Rəylər
- 21.02.2012 / 0 şərh / 1664 -dəfə baxılıb
- “Bu qələbə bizə lazım idi. Düzdür, oyun ərzində səhvlər oldu. Lakin sonda biz qalib gələ bildik”. Bu sözləri “Bakı”nın futbolçusu Elvin Məmmədov deyib.
Yarımmüdafiəçi Premyer Liqanın XXI turunun “Simurq”la qarşılaşması haqda fikirlərini açıqlayıb: “Düzdür, komandamız qələbə hissini itirib. Çünki komanda yeni yığılıb. Azarkeşlər də bizi başa düşməlidir. Futbolçu heyətdə möhkəmlənməli, daim oynamalıdır. 1-2 oyunla nəsə mümkün deyil. Bizə vaxt lazımdır. Qarşıda 2 oyunumuz var: “İnter” və “Nefctçi” ilə. Bu oyunlarda istədiyimizi əldə edib, liderlərlə xal fərqini azaltmalıyıq”.
Qeyd edək ki, “Simurq” üzərində 2:0 hesablı qələbə qazanan “Bakı” hazırda liderdən 10 xal geri qalır.