Rəylər
- 21.02.2012 / 0 şərh / 2143 -dəfə baxılıb
"Sumqayıt"la oyunda meydandan kənarlaşdırılan "İnter"in müdafiəçisi Arif Daşdəmirov hakim qərarına münasibət bildirib. Rəqibin oyunçusunun onun ünvanına təhqiramiz ifadə işlətdiyini deyən futbolçu, buna görə onu bilərəkdən ayaqla vurduğunu etiraf edib.
Qırmızı vərəqə ilə cəzalanan 25 yaşlı müdafiəçi, hakimin düzgün qərar verdiyini söyləyib: "Rəqib komandanın oyunçusunun hərəkəti qəbulolunmazdır. Buna baxmayaraq əsəblərimi cilovlamalı idim. Hardasa, hakim qərarını haqlı sayıram. Komandamı azlıqda qoyduğum üçün çox təəssüflənirəm. Bu oyunda xal da itirə bilərdik. Bununla belə komanda yoldaşlarım ikiqat güclərini sərf edərək vacib olan qələbəni qazandılar. Onların hər birinə təşəkkürümü bildirirəm".
Qeyd edək ki, "İnter" - "Sumqayıt" oyununun 35-ci dəqiqəsində baş hakim Elvin Əsgərov bilərəkdən rəqibi ayaqla vurduğuna görə ev sahibi komandanın müdafiəçisi Arif Daşdəmirovu meydandan kənarlaşdırıb.