Proyekt barədə | Reklam | Əlagə
Qeydiyyat
İstifadəçilər üçün giriş
Русская версия WAP RSS
Bağla



- Fanklubda qeydiyyat                       - Забыли пароль?
Rəylər
22.02.2012 / 0 şərh / 2195 -dəfə baxılıb

Vəli Qasımovun keçdiyi həyat yolu: “Məni Ukraynaya qonşum aparıb, idman internatına təhvil verib”

Vəli Qasımov, sözsüz ki, Azərbaycan futbolunun Avropadakı ən layiqli təmsilçilərindən biri, bəlkə də, birincisidir. Ukrayna, Rusiya, Portuqaliya, İspaniya kimi futbol ölkələrində oynamış Qasımovun həyatı Azərbaycanın birinci paytaxtı Gəncədən başlanır.

Onu Ukraynaya qonşusu aparıb

Qasımov 1968-ci ildə Gəncə şəhərində, Aydın kişinin ailəsində doğulub. Qasımovun anası rus olduğundan, o, uşaqlıqdan rus dilinə maraq göstərib və bu dildə təhsil alıb. Qasımov futbola gələnə qədər həndbolla məşğul olub. Bu iki idman növü arasında seçimi məhz Bakıda, “Neftçi”nin köhnə bazasında edib. O vaxtkı “Ümid” turnirində futbolçu olacağına inanan Qasımov həndbolun daşını atıb. Həmin turnirdən sonra Gəncəyə qayıdan yeniyetmə həyatında, bəlkə də, ən vacib addımı atıb. O vaxt Vəlinin qonşusu Ukraynada alver edirmiş. O, yeniyetməni Ukrayna futbolu barədə məlumatlandırıb və bu ölkəyə aparıb. Qasımov həmin günləri belə xatırlayır: “Mən anamın himayəsində böyümüşəm. Atam bizdən ayrı yaşayırdı. Ukraynaya getmək variantı meydana çıxanda, anam qarşımı kəsmədi və həmin ölkəyə getdim. Bəli, məni Ukraynaya qonşum aparıb, idman internatına təhvil verdi. Beləcə, futbol həyatına başladım”.

“Aeroport, dükanlar, hər şey qəribə gəlirdi”

Əlbəttə, 12 yaşlı bir uşaq qərib ölkədə və tək. İstər-istəməz ev üçün, yaxınlar üçün darıxmalısan. Qasımov da bu sınaqdan keçib. Özünün dediyinə görə, ilk vaxtlar ona hər şey qəribə gəlirmiş: “Əlbəttə ki, çətinliklər oldu, bu sözsüzdür. Bizim əsas işimiz məşq etmək idi. Bilirdim ki, məşq etməsəm, yaxşı futbolçu olmaram. Odur ki, çox çalışırdım. Bəzən vaxt olanda şəhərin küçələrini gəzirdim. İlk vaxtlar hər şey - aeroport, dükanlar mənə qəribə gəlirdi. Ukraynada pula ehtiyacım olmayıb. Çünki yemək və qalmaq xərclərini həmin baza üzərinə götürürdü”.

“Dinamo”nun rəsmiləri məni vağzalda gül-çiçəklə qarşıladılar”

İnternat məktəbini bitirdikdən sonra Vəlinin karyerasında peşəkar mərhələ başlanıb. O, klubunda oynamaqla yanaşı, aşağı yaş qrupu üzrə SSRİ yığmasına da dəvət alıb. Xüsusən də, Macarıstanda keçirilən gənclərin Avropa çempionatından sonra azərbaycanlı futbolçuya maraq artıb. Qasımov deyir ki, “Dinamo”nun rəsmiləri onu qarşılamaq üçün hətta dəmiryol vağzalına da gəliblər: “Özü də onlar əliboş deyil, gül-çiçəklə gəlmişdilər. Məni Kiyev klubuna dəvət etdilər. Amma getmədim. Həmin vaxt ürəyimdə başqa komanda yox idi”.

“İspaniyada yeni həyat, yeni mədəniyyətlə qarşılaşdım”

Qasımov Ukraynadakı uğurlu oyunlardan sonra Rusiya çempionatında çıxış etsə də, bu, onun karyerasında yeni mərhələ hesab oluna bilməz. Çünki hər iki ölkədə futbola münasibət təqribən eyni idi. Onun üçün yeni səhifə İspaniyaya getdiyi zaman açıldı. Bu səhifənin adı “Betis” adlanır. Qasımov “Betis”li günlərini xatırlayarkən, azarkeşlərin ona münasibətindən ağızdolusu danışır: “İspaniyada yeni həyat, yeni mədəniyyətlə qarşılaşdım. Bura fərqli məkan idi. Mən “Betis”lə birinci dəstədə də oynamışam, İspaniya Primerosunun bürünc medalını da qazanmışam. Orada azarkeşlərin mənə marağı çox böyük idi. Hətta azarkeşlər mənim üçün mahnılar bəstələmişdilər (duruxur). Həqiqətən də, gözəl anlar idi. Bəlkə də, ispanların şərəfinə mahnı bəslədəyi yeganə azərbaycanlı futbolçu mənəm”.

İki oğul atası

Vəli Qasımovun şəxsi həyatında İspaniya mərhələsinin də böyük, önəmli yeri var. Belə ki, Qasımov həm də İspaniyada bir azərbaycanlı qızla ailə həyatı qurub. Bu nigahdan iki oğlan uşağı dünyaya gəlib. Hazırda İspaniyada yaşayan, təhsil alan bu iki cavanın Azərbaycan barədə heç ciddi məlumatları da yoxdur. Vəli Qasımov özü də bunu etiraf edir: “Böyük oğlan Azərbaycan, onun harada yerləşməsi barədə müəyyən informasiyaya malikdir. Kiçiyinin isə böyük təsəvvürü yoxdur”.
Qasımov ispan toyları haqda danışarkən gözəlliyi daha çox qabardıb: “Azərbaycan və İspaniya mədəniyyəti, toyları bir-birindən tamamilə fərqlənir. İspaniyada bu qədər yeyib-içmək olmur. Əvvəlcə şərab içilir, ardından isə qızlar tanqo rəqsini oynayırlar. Bu, toyun əsas məğzini təşkil edir. Həmin toylarda çoxlu meyvə çeşidləri olur”.

Qvardiola və Maradonaya qarşı

Vəli Qasımov orta nəsil ispan futbolçularının, demək olar ki, hamısı ilə tanışdır. O, 10 ildən çox yaşadığı İspaniyada çoxlu məşhur futbolçularla çiyin-çiyinə, eləcə də onlara qarşı oynayıb. Qasımov misal olaraq, bu futbolçuların adlarını çəkdi: “Dünya futbolunun canlı əfsanəsi Dieqo Armando Maradonaya qarşı oynamışam. Bunu böyük hadisə və ya zamanın tələbi adlandırmaq olar. “Barselona”nın hazırkı baş məşqçisi Xosep Qvardiola o vaxt bu klubun oyunçusu idi. Həmin şəxslə ciddi tanışlığım olmasa da, vaxtilə ona qarşı da oynamışam. İspaniya həyatı mənə yeni mədəniyyət, yeni dil, yeni baxış tərzi öyrətdi”.

Son anlar, məşqçiliyin ilk pillələri

Əlbəttə ki, hər yolun bir başlanğıcı olduğu kimi, bir sonu da var. Qasımovun Gəncədən başlanan karyerası Portuqaliya çempionatında bitib. Bir müddət Azərbaycan milli komandasında da oynamış Qasımovun yaşıl meydançalarda daha çox qalmasını zədələr əngəlləyib. O, butslarını mıxdan asdıqdan bir müddət sonra məşqçiliyə başlayıb. İspaniyada uşaq komandalarını çalışdırmış Qasımov məşqçilikdə B kateqoriyasını Portuqaliyada alıb. Onun Azərbaycana dönüşü “Neftçi”nin dəvəti ilə reallaşıb. Qasımov bu klubun idman direktoru təyin olunsa da, sonradan vəzifəsindən uzaqlaşıb. Veteran futbolçu Azərbaycana dönüşünü belə xatırlayır: “Azərbaycana sırf dəvət əsasında qayıtdım. Vətəndə çox şey dəyişmişdi. Təmir işləri gedirdi. Bu gün gəldiyin yolu sabah tapa bilmirdin. Amma sonradan öyrəşdim. Hazırda da Bakıda yaşayıb, Azərbaycan millisində çalışıram. Gələcəyin necə gəlməsi isə zamanın tələbindən asılıdır”.

 
Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Şərhlər [ Bütün şərhlərə baxmaq ]

Turnir cədvəli

KlubOH
1Simurq1427
2AZAL1326
3İnter1423
4Simurq1419
5Bakı1415
6Qəbələ1413
7AZAL1413
8Rəvan1413
9-00
10-00
Bütün cədvəl

Səsvermə


Müsahibə

25.06.2012 Rəşad Abdullayev: Komandaya yeni nəfəs gətirdiyimi hiss etdirmək istəyirəm (Müsahibə) (0)
R.Abdullayev “Qəbələ FK” qəzetinə müsahibəsində kluba keçidi, yeni komandasında hədəfi və bir çox başqa məqamlardan danışdı. 
16.06.2012 Fabio Luis Ramim AZAL-dan təklif gözləyir və millimizdəki karyerasını bitmiş sayır (Müsahibə) (0)
Milli komandamızın və “Bakı”nın sabiq futbolçusu Fabio Luis Ramim müsahibə verib. 

Ən çox oxunanlar

Ən cox şərh olunanlar


Oyun cədvəli

14

21.01.2021
16:00
Səbail
Neftçi
1
3
16:00
FC Zire
Qəbələ
2
0
18:00
Sabah
Qarabağ
1
2
22.01.2021
16:00
Keşlə
Sumqayıt
0
1



Açar sözlər


 

© 1999-2014 Azerifootball
info@azerifootball.com

Saytın yaradılması və dəstək: ExtraWeb

Proyekt haqqında Reklam Əlaqə

Saytdakı materiallardan istifadə edilərkən www.azerifootball.com link şəklində istinad mütləqdir
www.azerifootball.com saytı reklam materiallara və banerlərə görə məsuliyyət daşımır.