Proyekt barədə | Reklam | Əlagə
Qeydiyyat
İstifadəçilər üçün giriş
Русская версия WAP RSS
Bağla



- Fanklubda qeydiyyat                       - Забыли пароль?
Rəylər
22.02.2012 / 0 şərh / 1693 -dəfə baxılıb

"Maqazinləşənlər" üçün futbol eşqi (Yazı)

Üzdəniraqların, kişi cildində olan gədə-güdələrin efirləri zəbt edib, insanlara mənəviyyat dərsi keçdiyi bir dövrdə idmandan, xüsusən də futboldan yazmaq mənasız bir peşəyə çevrilməkdədi. İnternetin qəzet və jurnalları yavaş-yavaş tarix olmağa sövq etməsi öz yerində, ölkə əhalisinin günü-gündən "maqazinləşməsi" acı bir reallıqdı.

Təsəvvür edin, bir neçə ay öncə Braziliya yığmasının əfsanəvi kapitanı, millimizin sabiq baş məşqçisi Karlos Alberto Torresdən müsahibə götürüb, saytlardan birinə vermişdim. Dünyaca məşhur insanın fikirləri bir gün ərzində 1200 ziyarətçinin diqqətini cəlb etdiyi halda, həmin gün sayta yerləşdirilən Toppuş bacının müsahibəsini oxuyanların sayı 5 mini ötmüşdü... Bu mənzərəni görüncə, özüm-özümdən utandım. Və düşündüm: görəsən, problem məndədi, yoxsa Torresdə?..

Təbii ki, hamının, xüsusən də bütün kişilərin futbol həvəskarı olmaları mümkün deyil. Hər kəsin öz maraq dairəsi var. Amma futbolun dolu tribunalar önündə oynanılması yazılmamış bir qanundu. Di gəl ki, bizdə daxili yarışlara maraq olduqca aşağı səviyyədədi. Üstəlik, son illər millimizin, həmçinin klublarımızın beynəlxalq oyunlarını stadiondan izləmək istəyənlərin sayı getdikcə azalmaqdadı. Yalnız istisna hallarda, məsələn, Almaniya kimi rəqiblərlə duellər zamanı tribunalarda boş yer gözə dəymir.

Əvvəllər ölkə əhalisinin futbola biganə olmasını stadionlardakı şəraitsizlik və insanların maddi rifahının aşağı olması ilə bağlı olduğunu düşünürdüm. Lakin AFFA "Dalğa Arena"nı istifadəyə verdikdən sonra belə vəziyyətin dəyişmədiyini gördüm. Maddi rifaha gəlincə, əgər Coşqunla Rafael 5-6 gün ardıcıl konsert verib, bilet sata bilirlərsə, demək camaatın əyləncəyə ayırmağa pulları var. Amma iş orasındadı ki, onları yalnız Coşqunun hansısa qadın müğənnini necə parodiya etməyi, Rafaelin tamada cildində hansı hoqqalardan çıxacağı maraqlandırır. Yəni, yuxarıda qeyd etdiyim kimi, millət günü-gündən "maqazinləşir". Əminliklə deyə bilərəm ki, hansısa sıradan bir müğənni alt paltarında "Dalğa Arena"da konsert verməyə qalxsa və şou-proqram 10 gün ardıcıl keçirilsə, ora bilet tapmaq müşkülə çevrilər.

Deyək ki, bizim premyer-liqanın səviyyəsi çox aşağıdı, Avropada 48 milli çempionat arasında 44-cü yerdədi. Bəs millətin televiziya vasitəsi ilə İngiltərə premyer-liqasının canlı yayınlanan matçını yox, şou-biznes əhlini döyüşdürməklə məşğul olan maqazin proqramlarına üstünlük verməsinə nə sözünüz?

Futbol bu qədər maraqsızlaşıb, yoxsa insanlar?
 
Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Şərhlər [ Bütün şərhlərə baxmaq ]

Turnir cədvəli

KlubOH
1Simurq1427
2AZAL1326
3İnter1423
4Simurq1419
5Bakı1415
6Qəbələ1413
7AZAL1413
8Rəvan1413
9-00
10-00
Bütün cədvəl

Səsvermə


Müsahibə

25.06.2012 Rəşad Abdullayev: Komandaya yeni nəfəs gətirdiyimi hiss etdirmək istəyirəm (Müsahibə) (0)
R.Abdullayev “Qəbələ FK” qəzetinə müsahibəsində kluba keçidi, yeni komandasında hədəfi və bir çox başqa məqamlardan danışdı. 
16.06.2012 Fabio Luis Ramim AZAL-dan təklif gözləyir və millimizdəki karyerasını bitmiş sayır (Müsahibə) (0)
Milli komandamızın və “Bakı”nın sabiq futbolçusu Fabio Luis Ramim müsahibə verib. 

Ən çox oxunanlar

Ən cox şərh olunanlar


Oyun cədvəli

14

21.01.2021
16:00
Səbail
Neftçi
1
3
16:00
FC Zire
Qəbələ
2
0
18:00
Sabah
Qarabağ
1
2
22.01.2021
16:00
Keşlə
Sumqayıt
0
1



Açar sözlər


 

© 1999-2014 Azerifootball
info@azerifootball.com

Saytın yaradılması və dəstək: ExtraWeb

Proyekt haqqında Reklam Əlaqə

Saytdakı materiallardan istifadə edilərkən www.azerifootball.com link şəklində istinad mütləqdir
www.azerifootball.com saytı reklam materiallara və banerlərə görə məsuliyyət daşımır.