"Hesab daha böyük ola bilərdi, amma əsası 3 xal qazanmağımızdır"
"Neftçi"nin futbolçusu İqor Mitreski "Rəvan"la keçirilmiş oyunla bağlı fikirlərini bölüşüb. Klubun rəsmi saytına danışan makedoniyalı futbolçu növbəti görüşlərdə də qələbə qazanmaqla liderliyi davam etdirmək istədiklərini bildirib:
"Oyun boyu biz rəqibdən üstün futbol nümayiş etdirdik. Rəqib böyük qüvvə ilə müdafiə olunsa da, təzyiqimiz nəticəsini verdi. Hesab daha böyük ola bilərdi, amma əsası 3 xal qazanmağımızdır. Altılıq oyunlarına qədər daha 2 matçımız var. Həmin qarşılaşmalarda da qələbə qazanıb liderliyimizi qorumaq istəyirik".
Saytdakı materiallardan istifadə edilərkən www.azerifootball.com link şəklində istinad mütləqdir www.azerifootball.com saytı reklam materiallara və banerlərə görə məsuliyyət daşımır.