Proyekt barədə | Reklam | Əlagə
Qeydiyyat
İstifadəçilər üçün giriş
Русская версия WAP RSS
Bağla



- Fanklubda qeydiyyat                       - Забыли пароль?
Rəylər
22.02.2012 / 0 şərh / 1742 -dəfə baxılıb

Veteranlarımız düzgün yoldadırlar? (Yazı)

Əvvəlcə bütün Azərbaycan futbol veteranlarını salamlayıram, hörmət və ehtiramımı bildirirəm. “Neftçi”nin formasını geyinənlərə də, bunu bacarmayanlara da, 66-cı il bürüncünü əldə bayraq edib gəzənlərə də, “Neftçi”nin heyətində bir oyun keçirməyib, özünü “Neftçi”li sayanlara da, adını doğulduğu rayonun oyununa AFFA nümayəndəsi kimi yazdırıb, bundan ev-eşiyinə baş çəkmək məqsədi güdənlərə də, düzü deyib, yalanı yaxın buraxmayıb, işsiz qalanlara da, televiziya verilişlərində topun rənglərini həyatla eyni tutanlara da, AFFA-nın binasında bir, çölə çıxan kimi digər söz deyənlərə də, Foqs-moqs deyib, daha sonra onu dəstəkləyənlərə də salam olsun!!!

Veteran deyəndə ağıla müxtəlif cür təbiətli insan gəlir. Mənim düşüncəmə görə, veteran ağır təbiətli olmalı, keçmişini, qazandığı nailiyyəti qorumalı, bir ağsaqqal kimi sözünü deməyi bacarmalı, eyni zamanda öz bilik və bacarığını digərinə ötürməyi vəzifə borcu bilməlidir…

Çinlilər keçmiş haqqında belə deyiblər: “Keçmişi unutma, o gələcəyin müəllimidir!” Çox gözəl kəlamdır. Amma bizim keçmişimiz sağlam gələcəyin, uğurlu yolun, işıqlı dünyanın təminatçısıdırmı?

Əslində, həmin utopiyaları bir qədər də uzadıb, sualların sayını çoxaltmaq da olardı. Amma suallar elə sual olaraq da qalacaq. Çünki bizim futbol veteranlarımız mənə elə gəlir ki, əllərində olan çırağı həmin yollara sala bilmirlər. Bəlkə də, həmin çıraq artıq işıq saçmır...

Ələkbər Məmmədov, Kazbek Tuayev və İsgəndər Cavadov hazırda AFFA İcraiyyə Komitəsinin üzvləridir. Məhz onların təmsil olunduğu komitə futbolumuz barədə qərarlar çıxarır, bizim bu günümüzü, gələcəyimizi müəyyənləşdirir. Bəlkə də, həmin şəxslər elə düşünürlər ki, düz olanı ediblər. Amma unutmasınlar ki, bu gün Azərbaycana gələn yararsız legionerlərin səbabkarı birbaşa onlardır. Mənə maraqlıdır, müsahibələrində, gözdən-qulaqdan uzaq olan yerdə legionerlərin gəlişinə min mənfi dastan qoşub, klubları günahlandıran veteranlarımız nə üçün İcraiyyə Komitəsində səslərini çıxarmırlar?

Cənab İsgəndər Cavadov şəxsən mənə verdiyi müsahibəsində deyib ki, Foqtsa 2 milyon yox, 25 milyon da versək, o nəticə qazana bilməyəcək. Bəs niyə İcraiyyə Komitəsinin iclasında Foqtsun qalmasının lehinə səs verir, anlamıram… Çox böyük bir təzad var.

Ümumiyyətlə, düşünürəm ki, İsgəndər Cavadov, Kazbek Tuayev və Ələkbər Məmmədovun İcrakomda olmasındansa, olmaması yaxşıdır. Çünki, həqiqətən də, taleyüklü məsələlərdə bu adamların sözü keçmir. Əgər İcrakomda yer alanların hamısı bir ağızdan “hə” deyirsə, heç kim qarşı çıxarmırsa, hansı seçimdən və ya demokratiyadan söhbət gedə bilər?

Yerdə qalan futbol veteranlarımız isə yığışıblar köhnə məkanda. Qınamıram, “Neftçi baza” onlar üçün əziz məkandır. Amma səhərdən-axşama kimi bazada oturub, çay içmək yerinə daha faydalı işlər görmək olar. Hamısını demirəm, əksərini dindirən kimi, xəyal qatarını çəkir arxaya. Başlayır Nikolay dövründən danışmağa. Bəli, siz bunu etmisiniz, 40 min tamaşaçının gözü qarşısında oynamısınız, qarşılığını almısınız, artıq irəli baxmağın məqamıdır, vaxtıdır. Düşünürəm ki, Azərbaycanda veteranlar şurası yaradılmalı, oraya bir layiqli adam başçılıq etməlidir. Həmin veteranların da Azərbaycan futbolunda fikirləri nəzərə alınmalıdır. Quru veteran adını daşımaqla deyil, sənə hamı hörmət etməlidir, gördüyün işləri misal çəkməlidir. Şəxsən mən, “salam” sözündən əvvəl müəyyən insanların ünvanına tərif yağdırıb, “sağ ol” sözündən sonra bu mədhiyyəyə son qoyan ağsaqqaldan nə götürüm? Düşünürəm ki, veteranlar Azərbaycan futbolunun bu günü üçün çox iş görə bilərlər. Amma hələlik bunu istəmirlər və ya bacarmırlar. Veteranların səmərəli işləməsində klubların da çiyninə böyük yük düşür. Gəlin nəzər yetirək, indi Azərbaycan futbolunda Səməd Qurbanovun, İsgəndər Cavadovun, Şahin Diniyevin, Yunis Hüseynovun, Bəxtiyar Qulamovun, Mehman Allahverdiyevin, Tofiq Abbasovun, Samir Ələkbərovun bənzəri varmı? Fikirləşməyə dəyməz, çünki bu suala böyük əksəriyyətin yox deyəcəyi aydındır. Üzümü klublara tutub deyirəm: həmin veteran futbolçuların bilik və bacarığından bir məsləhətçi kimi yararlanmaq lazımdır. Belə olan halda, onlar da çayxanaları tərk edib topun ətrafına toplaşırlar… Klublar deyə bilər ki, həmin veteranlar ancaq baş məşqçi postu istəyirlər ki, bu da bizdə vakant deyil. Amma nəyisə əsas tutub danışıram. Şəxsən Səməd Qurbanovla söhbətimdə bu məsələyə toxunmuşuq. “Jiquli” ləqəbli futbolçumuz deyir ki, özü və bəzi həmkarları klublara kömək etməyə hazırdırlar. Amma dəvət yoxdur. Qurbanov o vaxt bir yaxşı cümlə də işlətdi ki, bizdə indi hamı özünü mütəxəssis sayır. Bəli, dərd odur ki, biz bilmirik ki, bilmirik. Bilsəydik ki, bilmirik, o zaman öyrənərdik. Dərd odur ki, biz bir-birimizin düşməniyik. Dərd odur ki, bizim futbol adamları bir-birini irəli çəkməkdən, ayaqlarının altını qazır. Dərd odur ki, bizim futbolçular 200 mini başının altına qoyub, inkişaf barədə bir qram da olsun düşünmür. Dərd odur ki, bizim veteranların çoxu düzü qoyub, əyrini danışır. Bu dərdlər çoxdur e, qutaran deyil. Hərə öz dərdini əlavə etsin...

 
Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Şərhlər [ Bütün şərhlərə baxmaq ]

Turnir cədvəli

KlubOH
1Simurq1427
2AZAL1326
3İnter1423
4Simurq1419
5Bakı1415
6Qəbələ1413
7AZAL1413
8Rəvan1413
9-00
10-00
Bütün cədvəl

Səsvermə


Müsahibə

25.06.2012 Rəşad Abdullayev: Komandaya yeni nəfəs gətirdiyimi hiss etdirmək istəyirəm (Müsahibə) (0)
R.Abdullayev “Qəbələ FK” qəzetinə müsahibəsində kluba keçidi, yeni komandasında hədəfi və bir çox başqa məqamlardan danışdı. 
16.06.2012 Fabio Luis Ramim AZAL-dan təklif gözləyir və millimizdəki karyerasını bitmiş sayır (Müsahibə) (0)
Milli komandamızın və “Bakı”nın sabiq futbolçusu Fabio Luis Ramim müsahibə verib. 

Ən çox oxunanlar

Ən cox şərh olunanlar


Oyun cədvəli

14

21.01.2021
16:00
Səbail
Neftçi
1
3
16:00
FC Zire
Qəbələ
2
0
18:00
Sabah
Qarabağ
1
2
22.01.2021
16:00
Keşlə
Sumqayıt
0
1



Açar sözlər


 

© 1999-2014 Azerifootball
info@azerifootball.com

Saytın yaradılması və dəstək: ExtraWeb

Proyekt haqqında Reklam Əlaqə

Saytdakı materiallardan istifadə edilərkən www.azerifootball.com link şəklində istinad mütləqdir
www.azerifootball.com saytı reklam materiallara və banerlərə görə məsuliyyət daşımır.