Proyekt barədə | Reklam | Əlagə
Qeydiyyat
İstifadəçilər üçün giriş
Русская версия WAP RSS
Bağla



- Fanklubda qeydiyyat                       - Забыли пароль?
Rəylər
23.02.2012 / 0 şərh / 1969 -dəfə baxılıb

"Xəzər Lənkəran"ın dələduzluğunun son qurbanı

“Xəzər Lənkəran”da min əməldən çıxdıqları təzə xəbər deyil. Budu, klub rəhbərliyinin növbəti fırıldağı Julis Vobayın başında çatlayıb. Afrikalı legioner “Xəzər” rəsmilərinin ənənəvi dələduzluğunun qurbanı olub və qarşıdakı bir ili futbolsuz qalmaq təhlükəsiylə üz-üzədi.

Mirça Rednikin israrla istəməsindən sonra təzminat ödənilərək, heyətə qatılan Vobay oyunu ilə boşuna belə tələb edilmədiyini göstərmişdi. Qısa zaman kəsiyində Lənkəran publikasının sevimlisinə çevrilmişdi. Amma yayda Parks kimi Bakı komandalarına qaçmaq istəyi haqda xəbərlərin çıxmasının ardından klub rəhbərliyi ilə münasibətləri korlanmışdı. Əsas heyətdən çıxarılaraq, əvəzedici heyətə göndərilmişdi. Peşəkar kimi davranıb, bu münasibəti həzm edən yarımmüdafiəçi səbrlə müqavilə müddətinin başa çatmasını gözləyiridi. Ki, başını götürüb, buralardan itə. Bir də geri boylanmamaq şərtiylə...

Odu ki, qış transfer pəncərəsi açılar-açılmaz Sierre-Leone millisinin üzvü Misirə üz tutdu. Yerli “Əl-Məsri” klubuyla anlaşdı. Hətta bütün dünyada böyük rezonans doğuran qanlı “Əl-Məsri” - “Əl-Əhli” matçını ehtiyat oyunçular skamyasından izlədi. Amma “Xəzər Lənkəran”ın FİFA-ya müraciəti Vobayın arzularını gözündə qoydu. Belə ki, imzaladığı müqavilənin dekabrda başa çatdığına əmin olan futbolçu sərbəst agent statusuyla “Əl-Məsri”ylə razılığa gəlibmiş. “Xəzər”in onunla hələ bir illik sözləşmələrinin qaldığını göstərməsi və kompensasiya tələb etməsi ərəblərin təcili Vobayla vidalaşmasıyla nəticələnib. Misir təmsilçisi FİFA-nın sanksiyalarından çəkinərək, problemli futbolçudan qurtulmağı məqsədəuyğun hesab edib. İndi zavallı Vobay ortada qalıb. Çətin geri qayıda. Son yarımildə gördüyü pis münasibət, böyük haqsızlıq azmış kimi aldadıldığını da bilən afrikalı, bunların hansı üzünə Lənkərana gələr?

O, “Xəzər Lənkəran” rəhbərliyinin əcnəbi futbolçularla müqavilə imzalayarkən vərdiş halına çevirdiyi fırıldağın son qurbanıdı. Julis, bir illik müddətinə sözləşməyə qol çəkdiyini zənn etsə də, orijinalda 2 illiyə imza atıbmış. Yox, “Xəzər” rəhbərliyində qaraçılar kimi gözbağlayıcı, hipnoz ustaları yoxdu. Necə deyərlər bunların öz üsulları və metodları var.

Hansı ki, artıq neçə ildi “Xəzər” rəsmiləri bu yolla usanmadan və utanmadan legionerlərini tələyə salır. Bir neçə metodlarla əcnəbi oyunçularını aldatmağı iş-peşəyə çevirmiş klub, Vobayın halında ona ingiliscə və Azərbaycanca müqavilələr imzaladıbmış. İngiliscədə 1 illik, federasiyaya təqdim edilən doğma dilimizdəki anlaşmaya isə iki il qeyd edilibmış. İngiliscə olan notariusdan keçirilməyibmış. Bu gün, sabah adıyla futbolçu aldadılıbmış və anlaşmanın notariusda təsdiq edilən nüsxəsini görməyibmış.

Hər dəfə “Xəzər” futbolçulara müxtəlif şərtlərlə, müxtəlif formalarda müqavilə imzalatmasını özlərinə belə izah edir ki, nüsxələrdən biri vergidən yayınmaq üçündü, orada maaşlar kiçik rəqəmlərlə göstərilir və əsaslı deyil. Bundan başqa Azərbaycan və İngilis dillərində daha iki müqaviləyə qol çəkdirirlər. Futbolçu ingiliscə yazılan nüsxədəki şərtlərlə anlaşır. Amma həmin orijinal müqavilə elə kağız üzərində qalır. Notariusda təsdiqlənmir. AFFA-nın Oyunçuların Transferi və Statusu Komitəsinə Azərbaycanca yazılan nüsxə təqdim edilir. Orada da ingiliscəyə çevrilib, FİFA-ya yollanır.

Yuxarıda da vurğuladığımız kimi Vobaydan əvvəl “Xəzər Lənkəran”ın bəhs etdiyimiz mexanizmlə həyata keçirilən dələduzluğunun qurbanı çox sayda legioner olub. Vobay nə birinci və yəqin ki, nə də sonuncudu. Çünki pis əmələ vərdiş edənlər cəzasını almayınca sakitləşən deyil.

Bunlardan İvan Pexanın başına açılan oyun daha böyük əks-səda doğurub. Slovakiyalı yaxınlarda ölkə verdiyi müsahibəsində, “Xəzər”in onu necə aldatdığını və rəhbərliyin hansı əməllərdən çıxdığını açıq şəkildə dilə gətirmişdi. Bu üzdən bir il futbolsuz qalmalı olan Pexa, indiyədək də “Xəzər Lənkəran” adını eşitmək istəmir.
Estoniya millisinin üzvü Tixon Şirovda də “Xəzər” rəsmilərinin oyunbazlığının güdazına gedib və bir müddət futboldan kənarda qalmalı olub.

Lənkəran təmsilçisi bənzər üsulla Adrian Piti və digərlərini klubda saxlamağa müvəffəq olub. Amma Manuel Skarlateke kimiləri Mənsimovların klubunun hədələrinə rəğmən, saxtakar sözləşmənin şərtlərinə boyun əyməyərək, geri qayıtmayıb. İndi onun işi, digərləri kimi FİFA-dadı.

Ümumiyyətlə, eşitdiyimizə görə, daha Sürixdə “Xəzər” adı gələndə, başlarını tuturlar. Azərbaycandan ən çox FİFA-lıq olan klub lənkəranlılardı. “Ağ-yaşıllılar” nəinki, Azərbaycanın, regionunun ən problemli klubu kimi ad çıxarıb. İndi də ali futbol qurumunda eyni vaxtda təmsilçimizlə bağlı bir neçə məhkəmə prossesi gedir. Savadlı menecerləri olan klublar bu prosseslərdən qalib çıxırlar. Lənkəran klubuna güvənib, bütün sənədlərə gözuyumlu qol çəkən futbolçular isə bu etimadlarının acısını uzun müddət çəkirlər.

Ancaq gez-tez FİFA bu özbaşnalığa görə, Azərbaycan klubunu ağır cəzaya məruz qoyacaq. Artıq bir klubla bağlı bu qədər anlaşılmazlığın, problemin üzə çıxması diqqətləri cəlb edib. FİFA, “Xəzər”in hoqqalarının ifşa edib, avrokuboklar və transfer üzünə həsrət qoysa, qəti təəccüblənməyin. Bu, rəhbərlik hoqqaları ilə təkcə özünü və ölkəmizi beynəlxalq aləmdə biabır etmir, həm də klubu uçuruma aparırlar.

 
Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Şərhlər [ Bütün şərhlərə baxmaq ]

Turnir cədvəli

KlubOH
1Simurq1427
2AZAL1326
3İnter1423
4Simurq1419
5Bakı1415
6Qəbələ1413
7AZAL1413
8Rəvan1413
9-00
10-00
Bütün cədvəl

Səsvermə


Müsahibə

25.06.2012 Rəşad Abdullayev: Komandaya yeni nəfəs gətirdiyimi hiss etdirmək istəyirəm (Müsahibə) (0)
R.Abdullayev “Qəbələ FK” qəzetinə müsahibəsində kluba keçidi, yeni komandasında hədəfi və bir çox başqa məqamlardan danışdı. 
16.06.2012 Fabio Luis Ramim AZAL-dan təklif gözləyir və millimizdəki karyerasını bitmiş sayır (Müsahibə) (0)
Milli komandamızın və “Bakı”nın sabiq futbolçusu Fabio Luis Ramim müsahibə verib. 

Ən çox oxunanlar

Ən cox şərh olunanlar


Oyun cədvəli

14

21.01.2021
16:00
Səbail
Neftçi
1
3
16:00
FC Zire
Qəbələ
2
0
18:00
Sabah
Qarabağ
1
2
22.01.2021
16:00
Keşlə
Sumqayıt
0
1



Açar sözlər


 

© 1999-2014 Azerifootball
info@azerifootball.com

Saytın yaradılması və dəstək: ExtraWeb

Proyekt haqqında Reklam Əlaqə

Saytdakı materiallardan istifadə edilərkən www.azerifootball.com link şəklində istinad mütləqdir
www.azerifootball.com saytı reklam materiallara və banerlərə görə məsuliyyət daşımır.