Proyekt barədə | Reklam | Əlagə
Qeydiyyat
İstifadəçilər üçün giriş
Русская версия WAP RSS
Bağla



- Fanklubda qeydiyyat                       - Забыли пароль?
Rəylər
24.02.2012 / 0 şərh / 1901 -dəfə baxılıb

Bir dön, bizim yığmaya bax...(Yazı)

Əcnəbi seyrə balonlarla çıxır,
  Biz hələ avtomobil minməyiriz.

Bu sətirlərin müəllifi olan Mirzə Ələkbər Sabirə Allah qəni-qəni rəhmət eləsin. Yazını nahaq yerə sevimli şairimizin kəlamları ilə başlamadım. Qardaş, azərbaycanlıların psixologiyasına dərindən bələd olan, bu millətin neçə əsrlər keçsə belə hər sahədə dəyişməyəcəyini, yerində sayacağını anlayan şairin hələ ötən əsrin əvvəllərində yazdığı şerlər indi də mahiyyətini itirməyib. Rəhmətliyin elə bil bu gün dediyi kəlamlar həqiqətən də bütün sahələrdə, hətta idmanın şahı hesab edilən futbolda da özünü göstərir. Təbii ki, şair bu gün yaşasaydı, elə futbolumuz haqqında ayrıca yazar, məsxərəyə qoyardı.

Bu ilin sentyabrında DÇ-2014-ün seçmə qrup oyunlarına start veriləcək. Taleyi almaniyalı baş məşqçi Berti Foqtsa tapşırılan Azərbaycan yığması (az qala çaşıb milli yazacaqdım - İ.) Portuqaliya, Rusiya, İsrail, Şimali İrlandiya və Lüksemburq millisi ilə birlikdə DÇ-2012-nin F qrupunda yer alıb. 306 xalla FİFA-nin 205 ölkə yığması üçün tərtib etdiyi reytinq cədvəlində 109-cu olan Azərbaycan yığması öz qrupunda məhz bu göstəricisinə görə yalnız Lüksemburqu (240 xal, 133-cü yer) qabaqlamaqla 5-cidi. Qrupumuzun reytinq favoriti 1155 xalla cədvəldə 6-cı yeri tutan Portuqaliya millisidi. Sonrakı yerləri isə Rusiya (989 xal, 13-cü yer), İsrail (708 xal, 35-ci pillə) və Şimali İrlandiya (412 xal, 86-cı yer) tutur.

Əlqərəz, keçək əsas mətləbə. Mundialın seçmə qrup oyunlarını uğurla başa vurub final mərhələsinə çıxmaq istəyən milli komandalar hamısı ciddi-cəhdlə hazırlıq prosesi keçmək və özlərini seçmələr öncəsi tutarlı komandalarla sınamaq qərarına gəliblər. "Qonşudan geri qalma" məsəlini əlində bayraq tutan Azərbaycan yığması da sınaq görüşləri keçirməyi planlaşdırıb. Ancaq rəqiblərimiz özlərini tutarlı komandalarla yoxlamaq istədikləri bir vaxtda Foqtsun rəhbərlik etdiyi yığmamız özü kimi reytinq cədvəlinin ikinci "yüzlüy"ündə yer alan və özündən xeyli geri qalan komandalarla gücünü yoxlamaq qərarına gəlib.

Fikir verin, fevralın 29-da rəqiblərimizdən Portuqaliya Polşayla (470 xal, reytinqdə 70-ci yer), Rusiya Danimarkayla (1090 xal, 10-cü yer), İsrail Ukraynayla (549 xal, 59-cu yer), Şimali İrlandiya Norveçlə (793 xal, 24-cü yer), hətta Lüksemburq belə reytinq cədvəlində özündən xeyli irəlidə olan Makedoniya (345 xal, 101-ci yer) millisiylə yoxlama matçına çıxacaq. Daha sonra Rusiya mayın 5-də Uruqvayla (1317 xal, 4-cü yer) qarşılaşacaq. Rəqiblərimiz iyunda da sınaq oyunları keçirməyi planlaşdırıblar. Ayın 1-də Rusiya İtaliyayla (110 xal, 8-ci yer), İsrail Almaniya (1369 xal, 2-ci yer), Şimali İrlandiya isə Hollandiyayla (687 xal, 37-ci yer) üz-üzə gələcək, iyunun 15-də İsrail bu dəfə Macarıstanla (678 xal, 37-ci yer), Şimali İrlandiya Finlandiya (439 xal, 79-cu yer) ilə özünü yoxlayacaq. Reytinq cədvəlində hətta bizə düşmən ölkə olan və heyətində ancaq ermənilərin yer aldığı Ermənistan (639 xal, 41-ci yer) millisindən də geri qalan, əsası isə milliləşdirilənlərdən təşkil edilən Azərbaycan yığması özünü Dubay turnirində Sinqapur (155 xal, 148-ci yer), Hindistan (141 xal, 154-cü yer) və Fələstin (128 xal, 162 xal) millisinə qarşı oyunlarda sınayacaq.

Millimizin belə zəif rəqiblərlə görüşməsinin müxtəlif səbəbləri var. Əvvəla, güclü komandalar Azərbaycanla oyundan heç nə əldə etməyəcəklərini bilərək boş yerə vaxt itirmək istəmir (bir zaman Ukrayna yığmasının baş məşqçisi Oleq Bloxin bizimlə keçirdiyi görüşdən sonra çox təəssüflənmişdi - İ.), ikinci tərəfdən isə Azərbaycana elə yuxarıda adları çəkilən "hərif" komandalar gərəkdi ki, onlarla ya sülh bağlaya, ya da uda bilsin. Belədə isə ölkənin futbol funksionerləri ağızdolusu inkişafdan və bu inkişafda ilin 10 ayını vətənində, qalan 2 ayını isə ayda 95 min avronu qamarladığı Azərbaycanda keçirən Foqtsun "əməyindən" danışa biləcəklər.

Artıq bunun bir oyun olduğunu, külli miqdarda pulların futbol naminə göylərə sovrulduğunu ölkə futboluna laqeyd qalmayan hər kəs yaxşı anlayır. Bütün bu amilləri nəzərə alaraq, məhz Azərbaycan futbolu haqqında gözəl və tarixdə qala biləcək bir fikir söylənilib: "Azərbaycanda futbol oynamırlar, futbolla oynayırlar!"

Futbolumuzun inkişaf etdiyini və milli çempionatımızın yüksək səviyyədə olduğunu az qala camaatın gözünə soxanların nəzərinə çatdıraq ki, Beynəlxalq Futbol Tarixi və Statistikası Federasiyasının (IFFNS) bugünlərdə elan etdiyi milli çempionatların reytinq cədvəlində Azərbaycan premyer-liqası 128 çempionat arasında 93-cü yeri tutub. Bu da bizim "yüksək səviyyəli" çempionatımız.

Baş məşqçi işlədiyi 4 il müddətində yığmaya zərrə qədər də xeyri dəyməyən Foqts ölkənin ali futbol qurumunun rəhbərləri ilə yaxşı dil tapdığı üçün bundan sonra daha iki il müddətinə yığmamıza rəhbərlik edəcək. Xatırladaq ki, 2009-cu ilin aprelindən yığmanın "sükanı arxasına" keçən almanın dövründə yığmamız 42 oyun keçirib və cəmi 9 qələbə qazanıb. 10 dəfə meydanı "sülh" şəraitində, 23 dəfəsə məğlub tərk edən millimiz bu illər ərzində qapısından buraxdığı 68 qola cəmi 32 qolla cavab verə bilib. "Foksçu" mütəxəssisin rəhbərliyi altında DÇ-2010-un seçmə mərhələsində keçirdiyi 10 oyunun 1-də qələbə qazanaraq 2-də heç-heçə edən (top fərqi - 4:14) millimiz son tsikldə 7 xal topladı (top fərqi - 10:26). Bir sözlə, DÇ-2010 və AÇ-2012-nin seçmələrində 20 oyun keçirən Azərbaycan yığması 3 qələbəyə, 3 heç-heçəyə nail olduğu halda 14 dəfə rəqiblərə qələbə sevinci yaşadıb. Kəsəsi, yığmaya qəpik-quruş qarşılığında daha çox can yandıran yerli mütəxəssislərlə sərvət qazanan Foqtsun nəticələri arasında heç bir fərq yoxdu. Əksinə, almana yaradılan şəraiti nəzərə alsaq, indiki durum daha pisdi.
 
Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Şərhlər [ Bütün şərhlərə baxmaq ]

Turnir cədvəli

KlubOH
1Simurq1427
2AZAL1326
3İnter1423
4Simurq1419
5Bakı1415
6Qəbələ1413
7AZAL1413
8Rəvan1413
9-00
10-00
Bütün cədvəl

Səsvermə


Müsahibə

25.06.2012 Rəşad Abdullayev: Komandaya yeni nəfəs gətirdiyimi hiss etdirmək istəyirəm (Müsahibə) (0)
R.Abdullayev “Qəbələ FK” qəzetinə müsahibəsində kluba keçidi, yeni komandasında hədəfi və bir çox başqa məqamlardan danışdı. 
16.06.2012 Fabio Luis Ramim AZAL-dan təklif gözləyir və millimizdəki karyerasını bitmiş sayır (Müsahibə) (0)
Milli komandamızın və “Bakı”nın sabiq futbolçusu Fabio Luis Ramim müsahibə verib. 

Ən çox oxunanlar

Ən cox şərh olunanlar


Oyun cədvəli

14

21.01.2021
16:00
Səbail
Neftçi
1
3
16:00
FC Zire
Qəbələ
2
0
18:00
Sabah
Qarabağ
1
2
22.01.2021
16:00
Keşlə
Sumqayıt
0
1



Açar sözlər


 

© 1999-2014 Azerifootball
info@azerifootball.com

Saytın yaradılması və dəstək: ExtraWeb

Proyekt haqqında Reklam Əlaqə

Saytdakı materiallardan istifadə edilərkən www.azerifootball.com link şəklində istinad mütləqdir
www.azerifootball.com saytı reklam materiallara və banerlərə görə məsuliyyət daşımır.