Proyekt barədə | Reklam | Əlagə
Qeydiyyat
İstifadəçilər üçün giriş
Русская версия WAP RSS
Bağla



- Fanklubda qeydiyyat                       - Забыли пароль?
Rəylər
27.02.2012 / 0 şərh / 2880 -dəfə baxılıb

Gündə 4 saat yatıb, ayda 120 saat uçan Mənsimov (Yazı)

O, sadə bir azərbaycanlı oğlu, kasıb ailənin övladı, kənd həyatı görmüş bir oğlan, xoruz banında yuxudan durub, həyata başlayan Mübarizdir. İndi isə bütün dünya məhz belə həyatın oğlundan danışır, Mübariz Mənsimovdan. Hamının tanıdığı Mənsimov 1968-ci ildə martın 22-də dünyaya gəlib. Doğulduqdan sonra uşaqlığı yəqin ki, çoxumuzda olduğu kimi keçib. Amma onun sonrakı həyat yolu çox maraqlıdır. Türkiyə mətbuatında rast gəldiyimiz köhnə bir yazı, nəinki bu gün, hətta 1 əsr sonra da mahiyyətini itirməyəcək. Təkcə saylar dəyişə bilər, həyat yolu isə qismətdir. Bəs Mübariz Mənsimovun qismətində nə var imiş? Oxuyun, hali olun...

Rusiyada ən “kirli” yollarla oliqarx olmaqla məşhurlaşan keçmiş boss Mixael Kadarkovski belə deyirdi: “Çox pul qazanmağın ən yaxşı yolu idarə edilə bilən xaosdur”. O vaxt Yeltsinin maliyyə anarxiyası dövrü iqtidara ac 22 gənc qurdun ölkənin təməl zənginliklərini paylaşması ilə sona çatdı. İçində siyasi və idarəçilik qabiliyyətinə sahib çox azı əllərindəki sərvəti qoruyub saxlamağı bacardı. Bu azlıq dəstəkçiləri sayəsində “qızıl oğlan” təsəvvürü əldə etdilər. Onlara aid çoxlu məqalələr yazıldı. İçlərindən Boris Berezovski kimi sərvətinin verdiyi güclə siyasi oyunlar oynamaq istəyənlər isə sivri dillərinin əvəzini ölkədən qaçaraq və əllərindəkinin yox oluşuna şahidlik etməklə ödədi. Rusiyanın neft milyarderi Mixail Qutseriyev də ölkəsindən qaçmaq məcburiyyətində qalanlardandır. Yaxınları Qutseriyevin sonuncu dəfə Bakıda bir məsciddə oğlu Çingizxanın cəsədi ilə 5 saat keçirdiyini deyirdilər. Kartlarını doğru oynayanlar isə sərvətilərini böyütməyə davam edirlər. Əlbəttə ki, keçmiş Sovet sərvətlərini özəlləşdirmə yolu ilə alanların hamısı lənətlənmədi.

“Palmali”yə telefonla heç kim buraxılmır
Bu gün dünyanın ən böyük 5 dənizçilik şirkətindən biri olaraq göstərilən “Palmali” Şirkətlər Qrupunun sahibi bunu Rusiyada olan özəlləşdirmələrə borcludur. Oliqarxlar kimi bürokrat əsilli olmasa da, bir vaxtlar Rusiya daxili təhlükəsizlik orqanlarında işləmiş zabitdir. Keçmiş təhlükəsizlik işçisi ilə iş adamı arasındakı pərdə Akatdakı beş mərtəbəli “Palmali” Şirkətlər Qrupunun idarə binasının girişində aradan götürülür. Qala kimi qorunan binaya xüsusi icazəli şəxslər xaricində heç kim mobil telefonu ilə daxil ola bilmir. Əlaqələndirici koordinator deyir ki, bu qanuna hətta Rusiyadan gələn dövlət adamları belə, riayət etmək məcburiyyətindədirlər.

Yalnız kondisioner küləyinin səsi
Akatda nəqliyyatın ən sıx olduğu zamanlarda yaxınlığındakı məktəbin səs-küyünə baxmayaraq, bu binada yalnız kondisionerlərin küləyinin səsi eşidilir. Bu binanı hörümçək toru kimi əhatəyə alan kameralar bir an belə, yanınızdan əskik olmayan təhlükəsizlik işçiləridir.

Gözdən, qulaqdan uzaq bir həyat tərzi
Mübariz Mənsimov güc və zənginlik ehtirasını necə gəldi yaşayan, istəklərilə günəş işığının qarşısını alan oliqarxların əksinə, gözlərdən uzaq bir tərzi təmsil edir. Şirkətlərinin qalibiyyətlərini satmaq məsələsində o qədər də istəkli deyil. Jurnalistlərin onun şəxsi həyatına qarışmalarından xoşu gəlmir. Lakin bahalı zövqləri onu daim “ələ verir”. 3 milyon dəyərində olan qarajında dünyada məhdud sayla istehsal olunmuş “Maybach 62”, “Rolls Royce Phantom”, “Bentley Sport Coupe” kimi xüsusi maşınlar onu şou xəbərlərə başlıq etməyə bəs edir.

Mənsimov gündə 4 saat yatır
Digər tərəfdən çox çalışqandır. Gündə ən çox 4 saat yuxu yatır. Ayda ən az 120 saat uçur. Bahalı risklərə qarşı “axil dabanı” var. İş həyatında risk almağı çox sevir. Şirkəti tək idarə etdiyi üçün rahat şəkildə buna girişir. Maliyyə yatırım qərarını idarə heyəti tərəfindən verildiyini söyləsə də, şirkətini “dəmir yumruq”la idarə etdiyi göz qabağındadır. İş həyatında şərik sevmir. İdarənin həmişə öz əlində olmağını istəyir. Tez qərar verib, həyata keçirmək onun tərzidir. Uduzmağı heç sevmir, lakin itirməyin tənbəlliyi aradan qaldırdığına inanır. Olduqca cəsurdur, “vur”, ya da “vurma” anlayışı var.

Təkcə tərəddüd etmir
Mənsimovun ümumilikdə 20 ildə belə bir sərvəti necə əldə etməsi barədə məlumat vermək istəmir. “Palmali” Şirkətlər Qrupunun bu gün Azərbaycandan Rusiyaya, Bolqarıstandan Yunanıstana, İrana qədər 21 ölkədə ofisi var. Təkcə dənizçilik sektorunda 28 min işçisi çalışır. Ümumilikdə isə Şirkətin 45 mindən çox işçisi dünyanın müxtəlif yerlərində fəaliyyət göstərir. Həqiqətən də, əlində çox sayda gəmisi olan Mənsimovun neft məhsullarının daşınmasındakı yeri cəlbedicidir. Mənsimov bu sahədə birinci olduqlarını düşünür. Rusiyanın daxili sularında çalışa bilən 2 şirkətdən biri olan “Palmali” Aralıq dənizi və Qara dəniz arasında Rusiya neftinin 75%-ni daşıyır. Ən böyük müştərisi isə BP-dir. Mənsimovun şirkəti neftin satışı sabit durduqca böyüməyə davam edəcək. Çünkü davamlı olaraq yeni müqavilələr imzalayaraq, bazar payını artırır. Mənsimov daha çox Türkiyə iş adamları ilə çalışmağa üstünlük verir. Onun maraqlı liman yeniləməsi var. Belə ki, onun bu baxımdan büdcəsi yoxdur. Mənsimov: “6 milyon dollara düzəltdirdiyim gəmini 18 milyon dollara satıram. Satışdan əldə etdiyim gəlir yeni gəmilərin ehtiyaclarını ödəyir, hətta artıq pul da qalır”, deyir. Mənsimovun şirkətinin əslində böyük hissəsi 1996-cı ildən İstanbulda idi. Çünkü Türkiyə Mənsimova ilk şirkətini qurduğu Maltada belə, olmayan imkanı verdi. Mənsimov Türkiyədə 2-ci qəbildən olan gəmilər üçün vergi vermir. Milyarderi belə böyük sərvətin sahibi edən Rusiyada əsən fırtınalar oldu. Belə ki, Oliqarxlar kimi özəlləşdirmənin verdiyi üstünlükləri əla dəyərləndirmişdir.

“Şirkətimdə 3-cü nəsil erməni belə olsa, onu dərhal qovaram”
Ən böyük fakt isə onun ermənilərə qarşı olan antipatiyasıdır. Mübariz Mənsimovun 1989-cu ildə Maltada ilk şirkətini qurmadan öncə fərqli keçmişi olub. Uşaq vaxtı çox dəcəl olan oliqarx, babasının tələbi ilə 13 yaşında Bakıda hərbi məktəbə gedir. Sonra ali hərbi məktəbə daxil olaraq, daxili təhlükəsizliklə əlaqəli təhsil aldı. Sovet daxili təhlükəsizlik orqanlarında müxtəlif tapşırıqlardan sonra 1985-ci ildə Şərqi Almaniyaya göndərildi. Mənsimov “Sovet ordusu tarixində Berlin divizionunda daxili təhlükəsizlik orqanınında zabit olaraq çalışan ilk azəri, ilk qafqazlı mən idim” deyir. Bir neçə il sonra ali zabit heyəti arasında edilən dəyişikliklə əlaqədar yüksək çinli erməni zabitinin əmri altında xidmət etməyə başlayınca onun həyatı dəyişdi. Mübariz bəy “Bu gün şirkətlərimin hər hansı birində üçüncü nəsil bir erməni belə, olduğunu öyrənsəm, qovaram. Onlarla ticarət əlaqəsində olmaram. Ermənilərə qarşı həmişə antipatiyam olub. Ailəmdə 7 şəhid var və ən yaşlısı 21 yaşındadır” deyir.

22 il öncə cəmi 20 min rublu vardı
Generalla arasında olan şiddətli mübahisədən sonra 1989-cu ildə hərbidən istefa verəndə yığdığı 20 min rubldan başqa pulu yox idi. İl yarım gəmilərdə aşbazlıq etdikdən sonra 3 dostu ilə 150 tonluq bir balıqçı gəmisi kirayə götürdü. Özəlləşdirilən gəmilərdən birini aldılar. “Gəmi çaylardan kənar sularda üzə bilməzdi. O gəmini risk edib İstanbula gətirməyə qərar verdik. Yolda batma ehtimalı 80% idi, lakin batmadı. Tuzlada təmir elətdirib gəmi sahibi olduq. İşləri böyütməyimdə isə əlaqələrimin köməyi danılmazdır. Hər iş adamı kimi, risk etdim və ətrafımdan dəstək aldım”.
Mənsimovun ən etibarlı “evi” sayılan xüsusi dizayn etdirdiyi idarə binası sanki müalicə mərkəzidir. Böyük akvariumlarda köpək balığından okean balığına qədər hər növ balıq var. Binanın beşinci mərtəbəsi isə botanika bağçasını xatırladır. Mənsimov bu mərtəbədə meymunlar və itlərin olduğu bir meşə yaradıb. İstanbulda 12 itinin olduğunu deyir. O, küçə itləri üçün də Rusiya, Azərbaycan və Türkiyədə sığınacaqlar tikdirib: “Türkiyədə heyvanlarla pis rəftar edirlər. Onlar da bir canlıdırlar. Bəlkə də, kənddə böyüdüyüm üçün heyvanları çox sevirəm. Bir az da gücsüzün yanında olmaq xasiyyətim var”. Bu haqda danışmaq istəməsə də, Türkiyədə və Azərbaycanda məktəblər tikdirib bağışlayır. Gücsüzün yanında olmaq xarakteri iş həyatına da təsir göstərib: “Məsələn, gəmi kiralayırıq, birinin 30 gəmisi var, digərinin 2, biz 2 gəmisi olana üstünlük veririk. Bizim işdə olanlar bunu bilirlər. Bu məncə, ailə tərbiyəsi ilə əlaqəlidir. Ot kökü üstdə bitər. Bizə hər kəsi sevməyi öyrətdilər. Bunun zənginliklə və ya yoxsulluqla əlaqəsi yoxdur”.

“Beşiktaş”ı böyük məmnuniyyətlə alaram"
Mənsimov futbola da maliyyə yatırımları edir. Bu işə çox-çox əvvəllər girdiyini qeyd edən oliqarx: “Hazırda Azərbaycanda “Xəzər Lənkəran” adlı klubum var. Hər il yüksək nailiyyətlər əldə edir. Bundan başqa, Azərbaycanda sponsorluq etdiyim bir klub da var. Lakin heç birinin idarə heyətində yoxam. Mən Roman Abramoviç kimi futbol aşiqi deyiləm. Türkiyədə “Beşiktaş”ı çox bəyənirəm. Məncə, Türkiyənin ən prestijli klubudur. Satsalar, böyük məmnuniyyətlə alaram”.

 
Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Şərhlər [ Bütün şərhlərə baxmaq ]

Turnir cədvəli

KlubOH
1Simurq1427
2AZAL1326
3İnter1423
4Simurq1419
5Bakı1415
6Qəbələ1413
7AZAL1413
8Rəvan1413
9-00
10-00
Bütün cədvəl

Səsvermə


Müsahibə

25.06.2012 Rəşad Abdullayev: Komandaya yeni nəfəs gətirdiyimi hiss etdirmək istəyirəm (Müsahibə) (0)
R.Abdullayev “Qəbələ FK” qəzetinə müsahibəsində kluba keçidi, yeni komandasında hədəfi və bir çox başqa məqamlardan danışdı. 
16.06.2012 Fabio Luis Ramim AZAL-dan təklif gözləyir və millimizdəki karyerasını bitmiş sayır (Müsahibə) (0)
Milli komandamızın və “Bakı”nın sabiq futbolçusu Fabio Luis Ramim müsahibə verib. 

Ən çox oxunanlar

Ən cox şərh olunanlar


Oyun cədvəli

14

21.01.2021
16:00
Səbail
Neftçi
1
3
16:00
FC Zire
Qəbələ
2
0
18:00
Sabah
Qarabağ
1
2
22.01.2021
16:00
Keşlə
Sumqayıt
0
1



Açar sözlər


 

© 1999-2014 Azerifootball
info@azerifootball.com

Saytın yaradılması və dəstək: ExtraWeb

Proyekt haqqında Reklam Əlaqə

Saytdakı materiallardan istifadə edilərkən www.azerifootball.com link şəklində istinad mütləqdir
www.azerifootball.com saytı reklam materiallara və banerlərə görə məsuliyyət daşımır.