Proyekt barədə | Reklam | Əlagə
Qeydiyyat
İstifadəçilər üçün giriş
Русская версия WAP RSS
Bağla



- Fanklubda qeydiyyat                       - Забыли пароль?
Rəylər
27.02.2012 / 1 şərh / 2046 -dəfə baxılıb

Həvəskar balıqçıya oxşayan peşəkarın gündəliyi (Yazı)

2008-ci ilin ya bu vaxtlarıydı, ya da bundan sonraydı - burası dəqiq yadımda deyil - jurnalist Qabil Abbasoğlu ilə oturub söhbət elədiyimiz yerdə idman müxbirimiz Nizam Rza belə bir əməliyyat xəbəri gətirdi ki, bəs milli futbol komandamıza Almaniyadan yeni baş məşqçi gətirirlər, xəbər bir məndədir, bir də AFFA rəhbərliyində.
Biz dərhal Nizamda - kürdəmirli qaqaşımızdan milli komandamızı ətalət girdabından çıxaracaq “nemes”in kim oldğunu soruşduq və o, bir ad çəkdi. Biz bir də soruşduq. O, bir də dedi. Ad nə onun dilinə yatırdı, nə də bizim qulağımıza. Biz dedik, Foks adında adamdan bizə məşqçi olmaz. Nizam millimizin gələcək yığmasının baş məşqçisinin soyadını hərf-hərf dedi və onun Berti Foqts olduğunu bildik.

Bununla belə, azdan-çoxdan futbol azarkeşliyim olsa da, o ad mənə heç nə demədi. Mən gözləyirdim ki, ölkəmizə gələn alman məşqçi ya Matteus olar, ya da Rummenigge, Föller, Müller, ya başqa bir tanıdığımız. Foqts kimdir? Nizam dedi, uğurları var, futbolçu kimi də, məşqçi kimi də çempion olmuşluğu var. Əlimizi yelləyib, getdik qəzet çıxarmağa.

Aradan ya bir, ya da iki həftə keçdi, Nizamin xəbəri doğruldu və onun bizə “gördünüzmü, mənim informasiyam necə doğru çıxdı” deyə kiçik çaplı təşəxxüs satmasına aldırmadan Foqtsun mətbuat konfransından çəkilmiş şəkillərinə baxdıq və tərifli “nemes”in surat cizgiləri ilə tanış olduq. Onun çöhrəsində uğurdan xəbər verəcək heç nə, hətta “uğur”un “u”su da yox idi. Adam istefaya çıxmış və hazırda tilov səviyyəsində balıqçılıqla məşğul olan rus mayoruna oxşayırdı.

Diqqətli oxucular xatırlayar ki, bu sətirlərin müəllifi hələ 2-3 il əvvəlcədən futbolumuzun Berti Foqtsdan heç bir fayda götürməyəcəyini yazıb və onun göndərilməsi məsələsinin vacib olduğunu qeyd edib. O zaman nə mənim, nə də bu ölkədə başqa bir kimsənin Foqtsun bizim barəmizdə səmimi olaraq nə düşündüyünü bilmirdi.

İndi elə çıxa bilər ki, müəllif Foqtsun telekanallarda klipi gedən müğənni-fahişə ilə yatdığından qeyzlənib deyə belə yazır. Xeyr. Onsuz da xəbər yayılıb ki, Berti Foqtsun adından yayılan gündəlikdən seçmələr, türkün sözü, hayal ürünüymüş, yəni bunu jurnalist özü uydurubmuş.
Belədirsə, o jurnalistə halaldır. Sanki o, adamın beyninə girib, nə düşündüyünü bilib, yazıb.

Belə hərəkətləri təbii ki, Foqtsdan gözləmək olar. Hətta onun üçün sutenyorluq edən, yanına müğənni xanım göndərən vəzifəli adamların mövcudluğu da istisna olunası şey deyil.

Hərçənd Foqtsun gündəliklərindən “seçmələr”i oxuyanda adam yalnız ifadə üslubundan şübhələnə bilərdi. Gündəliyin dili lakonik idi və bu, almanlara xas xüsusiyyət deyil. Əslində Foqtsun qırmızı ayaqqabılı, ağ libaslı müğənni xanımla görüşü barədə Hüseynbala Mirələmovun “Gəlinlik paltarı” romanı boyda bir şey olmalıydı. Çünki dünyaya belə həlledici söhbətləri lakonik yazan alman hələ gəlməyib.

Ədalət naminə deyək ki, Foqtsun dilindən yazılan və bizim vəzifəli adamların araq içməyini təsvir edən qeydlər yüksək yaradıcılıqla qələmə alınıb. Çünki bizimkilər arağı doğrudan da şnaps içən kimi yavaş-yavaş içmirlər, tuluqdan badyaya qımız (süd arağı) töküb hortladan qədim monqollar kimi içirlər və arada açarlarını salıb itirirlər.

“Gündəlik”dəki yerdə qalan məsələləri də qoyaq bir tərəfə, gələk herr Foqtsun personasının üstünə.

Lap tutaq ki, Berti kişi bizim barəmizdə yaxşı şeylər düşünür və gələcəkdə yazdığı xatirələrdə də bizi tərifləyib göyə qaldıracaq, nə olsun? Bu, onunla bağlı bizim fikrimizi dəyişdirirmi? Dəyişdirmir. Çünki bu adam gəlib burada işləyəndən və AFFA-dan xaral-xaral pul-para alandan bəri milli komandamız qol üzünə həsrətdir.

Milli komandamız Bakınnı qəsəbələri (Sulutəpə, Mərdəkan) boyda olan dövlətlərin komandaları ilə qolsuz bərabərliyə qalanda AFFA iki-üç gün ziyafət təşkil edir.

Fakt budur. Bu baxımdan Foqtsun klipi olan müğənni xanımla yatıb-yatmadığı heç bir məna kəsb etmir. Adam 4 ildir milli futbolumuzla yatır, hələ buna görə pul da alır.

 
Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Şərhlər [ Bütün şərhlərə baxmaq ]

  • bizim futbol deyilesi şeyi yixan bu harinlamış futbolçulardi, bir de ki siz jurnalistler

    Anar Aliyev (blackman) / 28.02.2012 10:55 /

  • Şərh qoymaq üçün siz qeydiyyatı keçməlisiniz,
    və yaxud daxil olmalısınız

Turnir cədvəli

KlubOH
1Simurq1427
2AZAL1326
3İnter1423
4Simurq1419
5Bakı1415
6Qəbələ1413
7AZAL1413
8Rəvan1413
9-00
10-00
Bütün cədvəl

Səsvermə


Müsahibə

25.06.2012 Rəşad Abdullayev: Komandaya yeni nəfəs gətirdiyimi hiss etdirmək istəyirəm (Müsahibə) (0)
R.Abdullayev “Qəbələ FK” qəzetinə müsahibəsində kluba keçidi, yeni komandasında hədəfi və bir çox başqa məqamlardan danışdı. 
16.06.2012 Fabio Luis Ramim AZAL-dan təklif gözləyir və millimizdəki karyerasını bitmiş sayır (Müsahibə) (0)
Milli komandamızın və “Bakı”nın sabiq futbolçusu Fabio Luis Ramim müsahibə verib. 

Ən çox oxunanlar

Ən cox şərh olunanlar


Oyun cədvəli

14

21.01.2021
16:00
Səbail
Neftçi
1
3
16:00
FC Zire
Qəbələ
2
0
18:00
Sabah
Qarabağ
1
2
22.01.2021
16:00
Keşlə
Sumqayıt
0
1



Açar sözlər


 

© 1999-2014 Azerifootball
info@azerifootball.com

Saytın yaradılması və dəstək: ExtraWeb

Proyekt haqqında Reklam Əlaqə

Saytdakı materiallardan istifadə edilərkən www.azerifootball.com link şəklində istinad mütləqdir
www.azerifootball.com saytı reklam materiallara və banerlərə görə məsuliyyət daşımır.