Proyekt barədə | Reklam | Əlagə
Qeydiyyat
İstifadəçilər üçün giriş
Русская версия WAP RSS
Bağla



- Fanklubda qeydiyyat                       - Забыли пароль?
Rəylər
28.02.2012 / 0 şərh / 2085 -dəfə baxılıb

Utanmasan, oynamağa nə var ki (Yazı)

Ötən həftənin cümə günü milli komandamız 2012-ci ildə ilk oyununa çıxıb. Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində təlim-məşq toplanışında olan yığmamız ilk sınaq matçını Sinqapura qarşı keçirib. Dubaydakı “The Sevens” stadionunda keçirilən qarşılaşmada hesabı 15-ci dəqiqədə Rauf Əliyev açıb. O, Əfran İsmayılovun sağ cinahdan cərimə meydançasına verdiyi ötürməni uzaq küncə göndərib. 62-ci dəqiqədə Mahir Şükürov cərimə zərbəsindən 2-ci topu rəqib qapısından keçirib. 10 dəqiqə sonra Şahril İşak fərqi azaldıb. Əlavə vaxtda rəqib daha bir qol vurub və oyun 2:2 hesabı ilə başa çatıb.

Buyurun, bu da növbəti rəzalət. İndi yenə kimlərsə başlayacaq ki, burada rəzalətlik nə var, adi yoxlama görüşüdür, filan. Rəzalətin nə olduğunu deyim? İndi deyərəm...

1. Sinqapur FİFA-nın son açıqlanan reytinq cədvəlində 148-ci pilləni tutub. 109-cu olan millimiz heç-heçə etdiyi rəqibini düz 39 pillə qabaqlayır. Bunun özü bir rəzalətdir ki, yığmamız özündən 39 pillə geridə qalan rəqibə qalib gələ bilmir. Özü də hesabda 2:0 öndə ola-ola üstünlüyü əldən veririk.

2. Biz dəfələrlə AFFA-nı tənqid edirik ki, niyə zəif rəqiblərlə danışıq aparırsınız, niyə güclü rəqiblərlə oynamağa cəhd etmirsiniz. Amma belə getsə, keçən saylarımızda yazdığımız kimi, bundan sonra bu tip rəqiblər də bizimlə oynamaqdan imtina edəcəklər.

3. Bu rəzalətin əsas səbəbkarları futbolçuları görürəm. Gəlin birdəfəlik hamılıqla futbol oynamağı bacarmadığınızı boynumuza alaq, ataq bu futbolu. Heç olmasa, milli komandadan imtina edin, çünki o formanı geyinməyə layiq deyilsiniz. Biz burada AFFA-nı tənqid edirik ki, zəif rəqiblər seçir. Sabah həmin AFFA rəhbərliyi gəlib deyəcək ki, bunlar hələ Sinqapuru uda bilmirlər, siz hansı zəif rəqibdən danışırsınız? Yəni az da olsa utanmırsınız? Yaxşı bir atalar sözü var: utanmasan, oynamağa nə var ki. Nə veclərinə, gedirlər, gəzirlər, 5 ulduzlu otellərdə keflərini sürürlər, sutkalıqlarını necə lazımdır artıqlaması ilə alırlar, daha belə futbolçu (ona futbolçu demək mümkünsə) futbol oynamaq haqda düşünər? Mən hələ qorxuram Sinqapurla heç-heçəyə görə AFFA rəhbərliyi milli üzvlərinə mükafat da versin.

4. Sinqapura qarşı forma geyinən futbolçuların siyahısına baxın: Andrey Popoviç, Aleksandr Çertoqanov, Murad Ağayev, Ufuq Budak, Vladimir Levin, Branimir Subaşiç. Budur Azərbaycan millisi? Qeyri-azərbaycanlıları milliləşdirib oynatmaqla kimin başını aldadırıq? Bəs cənab Foqts demişdi ki, mən Dubayda yeni gəncləri sınaqdan çıxaracağam. Kimdir yeni gənc, Subaşiç, yoxsa Çertoqanov? Bəlkə Levindir? Berti müəllim oyunsonrası mətbuat konfransında deyir ki, Vüqar Əsgərov 2 aydır futbol oynamır, ona görə tam hazır deyil. İki aydır futbol oynamayan və formada olmayan futbolçunun millidə nə işi var? Hazır olmayan oyunçunu Dubaya niyə aparmısınız? Ondansa apar Elnur Abdulovu, Asif Mirilini, Tərzin Cahangirovu, Tofiq Mikayılovu, Rasim Ramaldanovu... Bu cür yerli gənclər ola-ola qeyri-millətin nümayəndələrini yığıb BƏƏ-yə aparmaqla nə etmək istəyirsiniz?

İndi siz deyin, bu rəzalət deyil, bəs nədir?

 
Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Şərhlər [ Bütün şərhlərə baxmaq ]

Turnir cədvəli

KlubOH
1Simurq1427
2AZAL1326
3İnter1423
4Simurq1419
5Bakı1415
6Qəbələ1413
7AZAL1413
8Rəvan1413
9-00
10-00
Bütün cədvəl

Səsvermə


Müsahibə

25.06.2012 Rəşad Abdullayev: Komandaya yeni nəfəs gətirdiyimi hiss etdirmək istəyirəm (Müsahibə) (0)
R.Abdullayev “Qəbələ FK” qəzetinə müsahibəsində kluba keçidi, yeni komandasında hədəfi və bir çox başqa məqamlardan danışdı. 
16.06.2012 Fabio Luis Ramim AZAL-dan təklif gözləyir və millimizdəki karyerasını bitmiş sayır (Müsahibə) (0)
Milli komandamızın və “Bakı”nın sabiq futbolçusu Fabio Luis Ramim müsahibə verib. 

Ən çox oxunanlar

Ən cox şərh olunanlar


Oyun cədvəli

14

21.01.2021
16:00
Səbail
Neftçi
1
3
16:00
FC Zire
Qəbələ
2
0
18:00
Sabah
Qarabağ
1
2
22.01.2021
16:00
Keşlə
Sumqayıt
0
1



Açar sözlər


 

© 1999-2014 Azerifootball
info@azerifootball.com

Saytın yaradılması və dəstək: ExtraWeb

Proyekt haqqında Reklam Əlaqə

Saytdakı materiallardan istifadə edilərkən www.azerifootball.com link şəklində istinad mütləqdir
www.azerifootball.com saytı reklam materiallara və banerlərə görə məsuliyyət daşımır.