Proyekt barədə | Reklam | Əlagə
Qeydiyyat
İstifadəçilər üçün giriş
Русская версия WAP RSS
Bağla



- Fanklubda qeydiyyat                       - Забыли пароль?
Rəylər
29.02.2012 / 0 şərh / 2096 -dəfə baxılıb

Xalqın ən ləyaqətli övladları (Yazı)

Təxminən, iki il öncə Milli Məclisin iclaslarının birində deputat Aydın Həsənov maraqlı bir təkliflə çıxış etmişdi. O, bildirmişdi ki, özü də daxil olmaqla hazırda parlamentdə təmsil olunan deputatlar xalqın ən ləyaqətli övladlarıdı, ona görə də növbəti seçkilərə gərək yoxdu... Həmin vaxt bu kişinin sözünü zarafata yozub, söhbəti bağladılar. Amma...

Məlumunuz olsun ki, Milli Məclisdə yersiz zarafat kimi qəbul olunan həmin təklif futbol təsərrufatımıza rəhbərlik edən şəxslər üçün ciddi xarakter daşıyır. Hər halda, AFFA-nın alternativsiz seçkiyə hazırlaşması belə söyləməyə əsas verir. Növbəti seçkilərə yalnız AFFA-nın hazırkı prezidenti Rövnəq Abdullayev tək getsəydi, bunu hardasa başa düşmək olardı. Hər halda, Dövlət Neft Şirkətinə rəhbərlik edən nüfuzlu birinə qarşı kiminsə rəqib olması çətin məsələdi. Bəs İK-nın üzvlüyünə namizədliyə nə sözünüz? Bunlaradamı alternativ tapılmır?

Vəziyyəti aydınlaşdırmaq üçün sonuncu, 2008-ci ildə baş tutan seçkilərə nəzər salmaq doğru olardı. Həmin vaxt Rövnəq bəyin bir rəqibi vardı - Həvəskarlar Futbol Federasiyasının prezidenti Kamil Rəhimov. Konfransda AFFA-nın qurumu olan 30 üzvünün hərəsindən bir nümayəndə səsvermə hüququna malik idi. "Qarabağ"ın vitse-prezidenti Tahir Gözəl konfransa qatılmadığından səsvermədə 29 nəfər iştirak edirdi. Nəticədə Abdullayev 27, onun rəqibi isə 2 səs topladı. Beləliklə, Rövnəq bəy AFFA-nın sayca 3-cü prezidenti kimi tarixə düşdü.

İK-ya seçkilərə gəlincə, bu, 2008-ci il aprelin 14-də baş tutdu. Həmin vaxt 10 yer uğrunda mübarizəyə 15 nəfər qoşulmuşdu. Gizli səsvermənin nəticələrinə əsasən, Peşəkar Futbol Liqasının namizədi Tahir Gözəl (Qarabağ FK), Regional Futbol Federasiyalarından Yaşar Şəmilov (Şimal RFF) və Sakin Məmmədzadə (Cənub RFF), Sahə Futbol Təşkilatlarından Habil Qurbanov (Futzal Federasiyası) və Kamil Rəhimov (Həvəskar FF) kənarda qaldılar. Və beləliklə, Rauf Əliyev (Neftçi PFK), Hafiz Məmmədov (Bakı FK), Ələkbər Məmmədov (İnter PİK), Kazbek Tuayev (Simurq FK), Cahangir Hacıyev (Bakı FF), Elmar Qasımov (Mərkəz RFF), Mahir Məmmədov (Çimərlik FF), Mirkamil Rəhimov (Uşaq və Gənclər FF), Elşad Nəsirov və İsgəndər Cavadovdan (hər ikisi Futbolsevərlər Birliyi) ibarət heyət təsdiqləndi.

Qeyd edək ki, Rövnəq Abdullayev AFFA prezidenti seçildiyi üçün, İK-ya avtomatik üzv seçilib.

İndi isə gülünc vəziyyət yaranıb. Yalnız 2008-ci ildə komitəyə üzv seçilən şəxslər namizədliklərini təkrar irəli sürüblər. Siyahıya diqqət yetirdikdə yeni ada rast gəlmirik. Sadəcə, bəzi formal yerdəyişmələr olub. Məsələn, ötən seçkilərdə Kazbek Tuayev "Simurq"un namizədi olduğu halda, bu dəfə AZAL-ı təmsil edəcək. Elmar Qasımov Mərkəzi Regional Futbol Federasiyasını Futbol Veteranları İttifaqına, İsgəndər Cavadov isə Futbolçular Birliyini Şimal Regional Futbol Federasiyasına dəyişib. Beləliklə, AFFA açıq-aşkar növbəti seçkilərə alternativsiz gedir. Bax, əsl demokratiya budu.

Sözəbaxan "10-luq"

Əslində, İK-nın tərkibinin kimlərdən ibarət olması qətiyyən önəmli deyil. Orada Əli də olsa, Vəli də olsa, Rövnəq Abdullayevin təklifinə, qaldırdığı hər hansısa məsələyə ikiəlli "hə" demək məcburiyyətindədi. Başqa cür ola da bilməz. Ona görə elə düz edib komitəyə yeni adamlar götürmürlər. Ən ağıllı fikir hazırkı sözəbaxan "10-luq"la yola davam etməkdi. Artıq onlar nəyin nə olduğunu gözəl bilirlər. Məsələn, mətbuata açıqlamalarında Berti Foqtsu yıxıb-sürüyən Kazbek Tuayev, İsgəndər Cavadov İK-nın iclasında alman çalışdırıcının yığmamızın baş məşqçi postunda qalmasına səs verirlərsə, başqa sözə gərək yoxdu: futbolumuz "etibarlı" əllərdədi.
 
Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Şərhlər [ Bütün şərhlərə baxmaq ]

Turnir cədvəli

KlubOH
1Simurq1427
2AZAL1326
3İnter1423
4Simurq1419
5Bakı1415
6Qəbələ1413
7AZAL1413
8Rəvan1413
9-00
10-00
Bütün cədvəl

Səsvermə


Müsahibə

25.06.2012 Rəşad Abdullayev: Komandaya yeni nəfəs gətirdiyimi hiss etdirmək istəyirəm (Müsahibə) (0)
R.Abdullayev “Qəbələ FK” qəzetinə müsahibəsində kluba keçidi, yeni komandasında hədəfi və bir çox başqa məqamlardan danışdı. 
16.06.2012 Fabio Luis Ramim AZAL-dan təklif gözləyir və millimizdəki karyerasını bitmiş sayır (Müsahibə) (0)
Milli komandamızın və “Bakı”nın sabiq futbolçusu Fabio Luis Ramim müsahibə verib. 

Ən çox oxunanlar

Ən cox şərh olunanlar


Oyun cədvəli

14

21.01.2021
16:00
Səbail
Neftçi
1
3
16:00
FC Zire
Qəbələ
2
0
18:00
Sabah
Qarabağ
1
2
22.01.2021
16:00
Keşlə
Sumqayıt
0
1



Açar sözlər


 

© 1999-2014 Azerifootball
info@azerifootball.com

Saytın yaradılması və dəstək: ExtraWeb

Proyekt haqqında Reklam Əlaqə

Saytdakı materiallardan istifadə edilərkən www.azerifootball.com link şəklində istinad mütləqdir
www.azerifootball.com saytı reklam materiallara və banerlərə görə məsuliyyət daşımır.