Proyekt barədə | Reklam | Əlagə
Qeydiyyat
İstifadəçilər üçün giriş
Русская версия WAP RSS
Bağla



- Fanklubda qeydiyyat                       - Забыли пароль?
Rəylər
01.03.2012 / 0 şərh / 2693 -dəfə baxılıb

Mərdi qova-qova namərd etdilər (Yazı)

"Qərbə getdim İslam gördüm, müsəlman görmədim. Şərqə getdim müsəlman gördüm, İslam görmədim". 2 əsr əvvəl böyük yazıçı Aleksandr Düma qərb və şərqin insanlarını, cəmiyyətlərini belə xarakterizə etmişdi.

Cəmiyyətimizi müşahidə edərkən Düma ilə razılaşmamaq olmur. Axı bu gün cəmiyyətimizin ən böyük problemi insan faktorudur. Bir-birimizə dəyər verməyi, bir-birimizin uğuruna sevinməyi bacarmırıq. Əksinə mərdi qova-qova namərd etməkdə ustalaşırıq günbəgün! Bu gün cəmiyyətimizin əksər üzvləri vətənpərvərlik anlayışını əlinə silah alıb, bunu vətən uğrunda döyüşmək kimi qəbul eləyir (bu məntiqlə İsveçrədə vətənpərvər olmamalıdır). Vətənpərvərlik ilk növbədə vətəndaşların bir-birinə olan münasibətindən başlayır. O münasibət ki, bizə yaxşı heç nə vəd eləmir...

Berti Foqtsun məşqçiləri Dubaya dəvət etdiyini eşidəndə əmin idim ki, Qurban Qurbanov və Kaxaber Tsxadadze Birləşmiş Ərəb Əmirliklərinə getməyəcək, amma getdilər. Yox, mən fikirlərimdə yanılmamışdım, heç biri öz istəyi ilə getmədi. Amma....

Tsxadadze haqqında çox danışmaq istəmirəm. İki-üç dəfə açıqlama verdi ki, getməyəcəyəm, sonda onu “sındırdılar”. Elə Qurban Qurbanov da analoji vəziyyətlə üzləşdi. “Oyuna baxmağa gedirəm” desə də, Foqtsun ağsaqqallığı ilə keçən məclisdə əyləşməyə məcbur oldu.

“Qarabağ”ın çalışdırıcısı əvvəlcədən Dubaya getməyəcəyini dedi. Amma sonra yuxarıdan gələn zənglərə ‘‘yox’’ deyə bilmədi, böyüklərin sözünü yerə sala bilmədi. Qurban bəyi qınamaq düzgündürmü? Bu cəmiyyətdə hər bir şəxsə müxtəlif vasitələrlə təzyiq göstərmək olar. Bu, reallıqdı.

Bir insanın şəxsiyyət kimi yetişməsinin və ən əsası qəbul olunmasının nə qədər çətin olduğunun fərqinə varırsınızmı? Pislərin günbəgün artdığını, yaxşıların isə azaldığını dərk edirsinizmi?

Son illər ölkədə ən çox sevilən məşqçiyə çevrilən Qurban Qurbanovu insanların gözündən salmaq kimə və nəyə lazımdır? Berti Foqtsun sözü yerə düşməsin deyə, Qurbanovun imicini aşağı düşürmək kimin ideyasıdır?

“Qarabağ”ın çalışdırıcısı son illər avrokuboklarda imza atdığı uğurlarla azarkeşlərin sevimlisinə çevrildi. Öz üzərində çalışmağı xoşlayan mütəxəssisin rəhbərliyi altında “Qarabağ” baxımlı futbol sərgiləməyə başladı. Və bütün bunların məntiqi nəticəsi kimi azarkeşlərin böyük hissəsi Qurban Qurbanovu millinin baş məşqçisi postunda görmək istədi. Alınmadı, inanmadılar, izn vermədilər. AFFA-da gedən siyasi oyunların qurbanı oldu Qurban bəy.

Amma onun milliyə yolunu kəsənlər deyəsən, bununla kifayətlənmək istəmirlər. İndi onun haqqında yaranan müsbət fikirləri alt-üst etməyə növbə çatıb. Qurban bəyin israrla Dubaya göndərilməsi də məncə, buna hesablanıb. Bəlkə də, yanılıram.

Qurban Qurbanovun imicini xərcləyənlərə isə sözüm budur: Cəmiyyətimizin şəxsiyyətlərə ehtiyacı var! Futbolumuzda hörmət qazanan insanları şəxsi ambisiyalarınızı həyata keçirmək naminə “sındırmayın”.

 
Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Şərhlər [ Bütün şərhlərə baxmaq ]

Turnir cədvəli

KlubOH
1Simurq1427
2AZAL1326
3İnter1423
4Simurq1419
5Bakı1415
6Qəbələ1413
7AZAL1413
8Rəvan1413
9-00
10-00
Bütün cədvəl

Səsvermə


Müsahibə

25.06.2012 Rəşad Abdullayev: Komandaya yeni nəfəs gətirdiyimi hiss etdirmək istəyirəm (Müsahibə) (0)
R.Abdullayev “Qəbələ FK” qəzetinə müsahibəsində kluba keçidi, yeni komandasında hədəfi və bir çox başqa məqamlardan danışdı. 
16.06.2012 Fabio Luis Ramim AZAL-dan təklif gözləyir və millimizdəki karyerasını bitmiş sayır (Müsahibə) (0)
Milli komandamızın və “Bakı”nın sabiq futbolçusu Fabio Luis Ramim müsahibə verib. 

Ən çox oxunanlar

Ən cox şərh olunanlar


Oyun cədvəli

14

21.01.2021
16:00
Səbail
Neftçi
1
3
16:00
FC Zire
Qəbələ
2
0
18:00
Sabah
Qarabağ
1
2
22.01.2021
16:00
Keşlə
Sumqayıt
0
1



Açar sözlər


 

© 1999-2014 Azerifootball
info@azerifootball.com

Saytın yaradılması və dəstək: ExtraWeb

Proyekt haqqında Reklam Əlaqə

Saytdakı materiallardan istifadə edilərkən www.azerifootball.com link şəklində istinad mütləqdir
www.azerifootball.com saytı reklam materiallara və banerlərə görə məsuliyyət daşımır.