Proyekt barədə | Reklam | Əlagə
Qeydiyyat
İstifadəçilər üçün giriş
Русская версия WAP RSS
Bağla



- Fanklubda qeydiyyat                       - Забыли пароль?
Rəylər
04.03.2012 / 0 şərh / 2009 -dəfə baxılıb

Çürümüş Azərbaycan futbolu iy verməyə başladı (Yazı)

Millimizi kim gəldi udarmış
Azərbaycanın FİFA-nın dünya reytiqində 109-cu pillədə yer alması utanvericidi. Ən azı ona görə ki, düşmən Ermənistandan 86 pillə (!) geridəyik... Millimizin reytinqdə özündən də 39, 45 və 53 pillə arxada qalan, müvafiq olaraq Sinqapur, Hindistan və Fələstinlə hazırlıq matçı keçirməsi də utancvericidi. DÇ-2014-ün Avropa zonasında qarşısına hər hansı bir məqsəd qoyan millinin Asiyanın axırıncı komandaları ilə gücünü sınamasının başqa adı yoxdu. Çünki dünyanın futbol xəritəsində adıçəkilən yığmalar yox kimi bir şeydi. Yalnız belələriylə qüvvəsini yoxlayan ölkədə də futbolun olduğuna ciddi şübhələr var. Şəhər-dövlətlə heç-heçə, idman hayında olmayan başıbəlalı ölkəyə məğlubiyyət isə ümumiyyətlə bu, şübhələrə son qoyur. Əslində Azərbaycanda futbolun olmadığını gerçəyini bir daha təsdiqləyir. Varsa da belə, Azərbaycanda futbol cismani şəkildədi. Ruhsuzdu, cansızdı. Ölü cəsəddən başqa bir şey deyil. Və artıq bu cəsəd çürüyür. Üfünət iyi verir. Bizimlə qarşılaşmadan sonra İraqın 7:1 (!) hesabıyla darmadağın etdiyi sinqapurlu “cırtdanlara” bata bilməyən, bir çoxlarının futbol millisi olduğu xəbərini təəccüblə qarşıladığı Fələstinə isə iki top fərqiylə uduzan futbolçularımız bu xəcalətdən sonra qabiliyyətləri çatsa, gedib özlərinə başqa sənət taparlar. Kişi kimi çörək pulunu qazanarlar, daha bu şəkildə - meydanda uduza-uduza, millətin söyüşünü “uda-uda” yox.

Elxan Məmmədovun “hədiyyəsi”
Bəli, bu heç bir şey həll etməyən yoxlama matçları, proqrama-plana uyğun gəlməyən, daxili çempionata zidd, hətta zərbə vuran bir toplanış idi. Amma əvəllər heç olmasa belə ikinci dərəcəli komandalarla, ikinci dərəcəli oyunlarda qazanılan qələbələrlə həm futbolçularımızın özünəgüvəni artırdı, həm də azarkeşlərə ümid işığı yaranırdı. Axı qələbə həmişə xoş hisslər və pozitiv enerji bəxş edir. Nə qədər kiçik olsa da. Qalibləri də heç kim mühakimə edə bilmir. Amma bu dəfə AFFA rəhbərliyinin zəifləri yenib, gözdən pərdə asmaq, futbolumuzun guya inkişafda olduğu haqda xoş illuziyalar yaratmaq cəhdi iflasa uğradı. Hətta qurumun əks-təbliğatına çevrildi, nüfuzunun güclü zərbə almasıyla nəticələndi. İyrənc iç üzünü açdı. Bu, sanki baş katib Elxan Məmmədovun AFFA prezidenti seçkilərinə tək gedən Rövnəq Abdullayevə “hədiyyəsi” oldu. İndi gəlin, bir qədər uzaqgörənlik etməyə çalışaq: bu hazırlıqla, bu rəqiblərlə və ən dəhşətlisi, bu nəticələrlə qarşıdakı seçmə mərhələdə nəyə ümid edə bilərik ki? Fələstinlə, Sinqapurla bacarmırıqsa, ən yaxşı halda Lüksemburqu üstələmək olar. Təkrar edirik, oda ki, ən yaxşı halda...

Axmaq Foqts deyil
Yalnız Berti Foqtsu asıb-kəsməyə tələsməyin. Kim nə deyir-desin, geridə qalan müddətdə almanın millimizə faydası dəyib. Həm oyun planında, həm də intizamda. Amma Foqts millimizə verdiyini verib, ondan ala biləcəyimizi çoxdan almışıq. Bundan sonra ondan ancaq zərər gələ bilər. Dünəndə yapışıb qalmaq yox, yeni mərhələyə adlamaq, sabaha keçmək gərək idi. Əvəzində isə AFFA almanla müqaviləni uzatdı. İxitiyar yaşında başqa belə bir fürsətin daha heç vaxt əlinə düşməyəcəyini anlayan Foqts isə məmnuniyyətlə müqaviləsini daha iki illiyə uzatdı. Axı, belə rahat şəkildə, əksər vaxtı evdə otura-otura, ancaq arada gedib Dubayda, Frankfurktda toplanış keçməklə yaxşıca pul qazanmaq şansından hansı axmaq imtina edərdi? Yox, Foqts axmaq deyil. Onu qınamayın. Axmaqın kimliyini özünüz bizdən yaxşı bilirsiz...

Fələstin matçı göstərdi ki, Foqts milli komandanı uçuruma aparır. Özü də təkcə yığma komandanı yox. Onunla birgə, bütün futbolçumuzu başıaşağı yuvarlamaqdadı.

Bu iş, bu şəkildə olan deyil!
Düzdü, yığmanı çempionatsız, ayrıca inkişaf etdirmək kimi avantürist planın onun beyninin məhsulu olduğuna inamırırq. Amma, o, bunu icra edir. Hər dəfə ölkə çempionatınınin vacib oyunlarını izləməyərək, onu beş qəpiklik edən yersiz toplanışlar təşkil edərək. Ramin Musayevin peşəkarlıqdan uzaq təşkilatçılığı və digər hoqqaları ucbatından onsuzda bərbad hala düşən Unibank Premyer Liqası, hər dəfə növbəti zərbəni klubların hazırlığına çox zərər verən yığmanın növbədənkənar təlim-məşq toplanışları zamanı alır. Ritminə düşə bilmir. Bu şəkildə nə yığma inkişaf edir, nə də onun əsas dayağı sayılan ölkə birinciliyi. Necə deyərlər, Əli aşından da oluruq, Vəli aşından da...Dünyanın heç bir yerində rast gəlinməyən, analoqu olmayan qərarla ancaq bizim AFFA-dan çıxır. Bu şəkildə kimsənin millinin tərəqqisinə nail olduğu görülməyib. Mövsümün qızğın çağında futbolçuları yığıb Dubaya aparmaq azmış kimi, baş məşqçilərini da işindən-gücündən eləmək sadəcə, absurddu.

Əgər çempionatın inkişafını gözləmədən, tezliklə yığmanın irəliləyişə nail olmasının istəyirlərsə, onda önümüzdə yaxın keçmişin Latviya modeli var. Necə ki, Aleksandr Starkov ölkə çempionatının ən yaxşı futbolçularını “Skonto”ya cəmləmiş, əsasən bu futbolçuların və xaricdə çıxış edən digərlərinin yer aldığı millini sensasion şəkildə AÇ-2004-ün final mərhələsinə daşımışdı. Belədə, dağa-daşa düşməyə də dəyməz, “Qarabağ”ın üzərində bu planı rahatlıqla həyata keçirmək mümkündü. Amma zaman göstərir ki, istənilən halda, uğurun davamlı olması üçün bizə ilk növbədə güclü daxili birincilik gərəkdi. Ən ideal variant budu. Odu ki, qoy, Ramin Musayevdə yaxasını kənara çəkib, kənarda Elxan Məmmədova gülməsin, ayıbına kor olsun. Bu, yığma həm də onun təşkil etidiy çempionatın güzgüsüdü.

 
Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Şərhlər [ Bütün şərhlərə baxmaq ]

Turnir cədvəli

KlubOH
1Simurq1427
2AZAL1326
3İnter1423
4Simurq1419
5Bakı1415
6Qəbələ1413
7AZAL1413
8Rəvan1413
9-00
10-00
Bütün cədvəl

Səsvermə


Müsahibə

25.06.2012 Rəşad Abdullayev: Komandaya yeni nəfəs gətirdiyimi hiss etdirmək istəyirəm (Müsahibə) (0)
R.Abdullayev “Qəbələ FK” qəzetinə müsahibəsində kluba keçidi, yeni komandasında hədəfi və bir çox başqa məqamlardan danışdı. 
16.06.2012 Fabio Luis Ramim AZAL-dan təklif gözləyir və millimizdəki karyerasını bitmiş sayır (Müsahibə) (0)
Milli komandamızın və “Bakı”nın sabiq futbolçusu Fabio Luis Ramim müsahibə verib. 

Ən çox oxunanlar

Ən cox şərh olunanlar


Oyun cədvəli

14

21.01.2021
16:00
Səbail
Neftçi
1
3
16:00
FC Zire
Qəbələ
2
0
18:00
Sabah
Qarabağ
1
2
22.01.2021
16:00
Keşlə
Sumqayıt
0
1



Açar sözlər


 

© 1999-2014 Azerifootball
info@azerifootball.com

Saytın yaradılması və dəstək: ExtraWeb

Proyekt haqqında Reklam Əlaqə

Saytdakı materiallardan istifadə edilərkən www.azerifootball.com link şəklində istinad mütləqdir
www.azerifootball.com saytı reklam materiallara və banerlərə görə məsuliyyət daşımır.