Rəylər
- 05.03.2012 / 0 şərh / 2166 -dəfə baxılıb
- Millimizin Sinqapurla heç-heçə oynaması və Fələstinə uduzması bir yana, həftənin ən qalmaqallı hadisəsi yığmamızın milliləşdirilmiş legionerlərinin əməli oldu. Vladimir Levin, Branimir Subaşiç, Aleksandr Çertoqanov, Ufuk Budak və Andrey Popoviçin Dubayda qaldıqları otelin gecə klubunda əylənməsini təsdiqləyən fotolar aləmi bir-birinə qatdı. Sonuncunun Sinqapurla matçdan sonra utanmadan sosial şəbəkədə paylaşdığı şəkillərdə, Levinin əlində siqaret, Subaşiçdə isə içki bokalı açıq şəkildə gözə dəyir.
Bu hadisədən dərhal sonra Berti Foqtsun adıçəkilən futbolçuları cəzlandırdığı haqda AFFA-dan məlumat gəldi. Məhz bu üzdən onların adının Hindistanla növbəti qarşılaşmanın iştirak ərzissinə salınmadığı bəlli oldu.
İstənilən halda, milliləşdirilmiş futbolçuların millimizə göstərdiyi münasibət bir daha üzə çıxdı. Subaşiç əlindəki bokalda konyak deyil, antibiotik olduğunu, Levin siqaretin süniliyini və ya başqa bir şey uydura bilər. Ancaq bir çoxumuza gün kimi aydın olan gerçəyi heç kim dana bilməz. Bu, futbolçuları Azərbaycanın idman maraqları, şərəfi qətiyyən narahat etmir. Yığmamızda da ancaq pul xətrinə oynayırlar. Ölkəmizdə qalmalarının da tək səbəbi, burada aldıqları məvacibi heç yerdə görməyəcəklərini yaxşı dərk etmələridi.
Peşəkar futbolçunun əsas marağının məhz qazancı olduğunu nəzərə alıb, legionerlərin millimiz üçün ürəyinin yanmamasına göz yummaq olar. Əsas oyun keyfiyyətidi deyə, bilərik. Amma dərd burasındadı ki, bunların sərgilədiyi oyunda beş qəpiklik deyil. Tutduqları hoqqalardan sonra isə peşəkarlıqlarının da olmadığı ortaya çıxır.
Bu, milliləşdirilmiş legionerlərdən birinin üzərində xüsusi dayanmaq istərdik. Andrey Popoviçin...Qalmaqaldan dərhal sonra ukraynalı qolkiper bütün sosial şəbəkələrdə profilini silib. Amma çətin ki, bu onun düzələcəyi anlamına gəlir. Çünki Popoviçin şakəri var. Bir çox slavyan millətlərinə xas şakəri. Gənc yaşına rəğmən, o, indidən bunun acısını çəkir. Getdikcə də, fəsadları böyüyür.
Bəli, Andreyin içki düşkünü olması təzə xəbər deyil. Futbol aləmində bunu bilməyən yoxdu. Zaman-zaman bu haqda məlumatlar mətbuata da sızır.
Lvovlu futbolçunun hələ U-19-da çıxış edərkən, əyyaşlığının büruzə verdiyi bəllidi. Hətta birində Yaşar Bahabzadənin rəhbərliyi altında çıxış edərkən, Belarusla yoldaşlıq görüşü üçün getdikləri Minsk şəhərindəki otelin nömrəsində sərxoş halda yaxalanmışdı. Ancaq təəssüf ki, bu nə birinci, nə də sonuncu hal olub. Onun bokal yoldaşlığından uzaq durmaq istəyən millidəki oyundaşlarının Popoviçlə bir nömrədə qalmaqdan boyun qaçırdığı da söylənilir.
Dəfələrlə AFFA rəhbərliyi onu yoluna gətirməyə çalışsa da, gənc qolkiper fürsət tapan kimi yenə butulkadan yapışır. Geninə hopmuş xəstəlikdən qurtula bilmir. Və çətin ki, qurtula...
Ümumiyyətlə, AFFA-nın belə intizmasız futbolçunun bunca nazırla oynamasının heç cür başa düşmək mümkün deyil. Bəli, o, bacarıqlı və perspektivlidi. Amma heç kim əvəzedilməz deyil. O, cümlədən də Popoviç. Ukraynalının üzərində dayanıldığı qədər, istedadlı yerli qapıçılardan birinə, məsələn Səlahət Ağayevə, yaxud Aqil Məmmədova etimad göstərilsəydi, inanırıq ki, daha fayadalı olardılar.
AFFA-nın əcnəbi eşqini anlamaq çətindi. Əyyaş qapıçıya bu qədər bel bağlamasını isə başa düşmək mümkün deyil.