Proyekt barədə | Reklam | Əlagə
Qeydiyyat
İstifadəçilər üçün giriş
Русская версия WAP RSS
Bağla



- Fanklubda qeydiyyat                       - Забыли пароль?
Rəylər
06.03.2012 / 0 şərh / 2419 -dəfə baxılıb

Onlar manqurt deyil (Yazı)

Bivec Berti Foqts o səhər əlini qılınca atdı… Və 5 futbolçunu cəzalandırdı. Hamı "milliləşən" yadlardı. Sayım sizinçün.

Vladimir Levin ("İnter")

Branimir Subaşiç ("Xəzər Lənkəran")

Ufuk Budak ("Frayburq", Almaniya) Aleksandr Çertoqanov ("Qəbələ")

Andrey Popoviç ("Sumqayıt")

Əl-ələ verib, almaniyalı mütəxəssisi qəzəbləndiriblər. Dubayda Sinqapurla qələbəni əldən verdikləri 2:2 hesablı oyundan sonra barda əyləniblər deyə. Foqts həmin 5 nəfəri səhər məşqi bitəndən sonra meydanda qaçırıb, Hindistanla oyunun iştirak ərizəsinə salmayıb. Daha nə cəza kəsibsə, xəbərim yoxdu, gözləyirəm, gəlsinlər bir.

Siqaret çəkiblər. Spirtli içkinin dadına baxıblar. Yəqin barda 1-2 "ağır" qızla da tanış olub, qalxıblar yuxarı mərtəbəyə. Adi futbolçu həyatıdı, darıxıblar, bilməyiblər vaxtı necə "öldürsünlər". Komandaya istirahət verilən gün gediblər əylənməyə, günah iş görməyiblər başqa. Foqts onlara "doza"dan artıq cəza kəsməyəcək. "Qoca" futbolçusuna intim azadlıq tanıyır. Almaniya qəzetlərinin arxivini vərəqələyin, bu mövzuda danışdıqlarından şoka düşəcəksiz. Foqts hətta oyunun 12-13 dəqiqəlik fasiləsində futbolçusunun "məlum məsələ" ilə məşğul olmasına pis baxmır. Mənə hələ də çatmır ki, o vurhavurda zərif cinsin nümayəndəsi "razdevalka"nın həndəvərinə necə düşə bilər. Foqts bunu izah etsə, bir də onu tənqid etməyəcəyimə söz verirəm.

Qaldı ki "bizimkilər"in siqaret tüstülədib, araq vurmasına, "Qoca" özü günahkardı. Alman nizam-intizamından danışır başqa vaxt, di, göstərsin ki, hanı bu. "Bar əhli"ni millidən uzaqlaşdırmalıydı o dəqiqə. Bildiyimə görə, belə fikri yoxdu. Allah eləməmiş, həmin hərəkəti azərbaycanlı futbolçulardan kimsə etsəydi, Dubayı başına uçurardı. Yeddi gün, yeddi gecə ondan deyinib, özlərini apara bilməməsindən, səviyyəsinin aşağılağından donquldanacaqdı. Gecədən xeyli keçmiş otelə qayıdan kefli "beşliy"ə "gözün üstdə qaşın var"ı o deməyəcək. Onlar gözdağıdı azərbaycanlılara. Düşmənləri əyləşdirib ocaq başında Berti əkə. Çünki özü də bu millətə, bu milliyə düşməndi. Lənət olsun, Foqts sevgisini Azərbaycandan üstün tutan manqurtlara!

Açığı, mən əylənmək fikrinə düşənləri qınamıram. onlar bizdən deyil, zorla düşərgəmizə soxuşdurulanlardı. Sinqapurla heç-heçəyə kədərlənmədiklərinə görə heç birini asıb-kəsməyə dəyməz. Bu 5 nəfər Azərbaycanın rəmzlərini daşıyan formanı əyninə geysə də, həyata baxışları mili mentalitetlə uzlaşmır. Uzlaşa da bilməz. Qulağı sırğalı Popoviç Ukraynada heç kim idi, gəlib burda adam olub, pul qazanır, tanınır. Həmyerlisi Çertoqanovdu, onun da 2-3 ildi xəlbiri ələnib, ələyi göydə fırlanır. Üçüncü ukraynalı - Vladimir Levini bu qarınla mən də meydançada aldadaram, azərbaycanlı müdafiəçilər ona baxıb, yerə girməlidi. Foqtsun Ufukla Branimiri milliyə çağırmaqda niyyəti bu boyda ölkədə orta səviyyəli futbolçu olmadığını göstərməkdi. İşdi, Popoviç "facebook"da bardakı şəklini yerləşdirməsəydi, "Qoca" siqaret tüstülədib, badə toqquşduran "legion"un şərəfinə ziyafət verərdi. Məhz belə etdiklərinə görə.

 
Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Şərhlər [ Bütün şərhlərə baxmaq ]

Turnir cədvəli

KlubOH
1Simurq1427
2AZAL1326
3İnter1423
4Simurq1419
5Bakı1415
6Qəbələ1413
7AZAL1413
8Rəvan1413
9-00
10-00
Bütün cədvəl

Səsvermə


Müsahibə

25.06.2012 Rəşad Abdullayev: Komandaya yeni nəfəs gətirdiyimi hiss etdirmək istəyirəm (Müsahibə) (0)
R.Abdullayev “Qəbələ FK” qəzetinə müsahibəsində kluba keçidi, yeni komandasında hədəfi və bir çox başqa məqamlardan danışdı. 
16.06.2012 Fabio Luis Ramim AZAL-dan təklif gözləyir və millimizdəki karyerasını bitmiş sayır (Müsahibə) (0)
Milli komandamızın və “Bakı”nın sabiq futbolçusu Fabio Luis Ramim müsahibə verib. 

Ən çox oxunanlar

Ən cox şərh olunanlar


Oyun cədvəli

14

21.01.2021
16:00
Səbail
Neftçi
1
3
16:00
FC Zire
Qəbələ
2
0
18:00
Sabah
Qarabağ
1
2
22.01.2021
16:00
Keşlə
Sumqayıt
0
1



Açar sözlər


 

© 1999-2014 Azerifootball
info@azerifootball.com

Saytın yaradılması və dəstək: ExtraWeb

Proyekt haqqında Reklam Əlaqə

Saytdakı materiallardan istifadə edilərkən www.azerifootball.com link şəklində istinad mütləqdir
www.azerifootball.com saytı reklam materiallara və banerlərə görə məsuliyyət daşımır.