Proyekt barədə | Reklam | Əlagə
Qeydiyyat
İstifadəçilər üçün giriş
Русская версия WAP RSS
Bağla



- Fanklubda qeydiyyat                       - Забыли пароль?
Rəylər
11.03.2012 / 0 şərh / 3114 -dəfə baxılıb

“Dağıstan yığması” (Yazı)

Son vaxtlar AFFA-nın milliləşdirmə siyasətində dozanı lap qaçırdığını və layiq olub-olmayan bir çox əcnəbini, hətta həvəskar futbolçuları belə ölkəmizin milli komandasının heyətinə cəlb etdiyini xüsusi qeyd etmişdik. Amma futbolumuzu idarə edənlər öz bildiyini etməyə davam edir. Legionerlərin gecə klubunda əylənməsi ilə bağlı qalmaqalda çətin ki, onları bu əməllərindən əl çəkməyə vadar edə. Sonuncu Dubay toplanışı zamanı da milliləşdirilənlərin onsuzda uzun olan siyahısı bir qədər də genişlənib.

İndiyədək millimizin tərkibində 9 müxtəlif ölkədən 29 futbolçu oynadılıb. Onların da əksərindən fayda görülməyib. Amma kor tutduğunu buraxmadığı kimi, AFFA rəsmiləri də milliləşdrimə azarından heç cür qurtula bilmir. Son illər xüsusilə, Dağıstan futbolçularına maraq və rəğbətin artması hiss edilir. İş elə gətirib ki, hətta bu gün Azərbaycan milli komandasında azərbaycanlılardan çox məhz dağıstanlılar yer alır.

Bu təkcə əsas komanda da geniş füsət alsaydı, nə vardı ki...Aşağı yaş qruplarından ibarət millilərin demək olar hamısında da eyni tendensiya müşahidə edilir.
Təkcə son dövürlərdə Azərbaycan millisinin əsas heyətinə cəlb edilən dağıstanlıları saymaqla bitəsi deyil. Özünüz baxın: Murad Hüseynov, Rizvan Umarov, Murad Ağayev, Şamil Qurbanov, Bədəvi Hüseynov, Arif Daşdəmirov.

Gənclər və yeniyetmələr millisində yer alanları da unutmayaq: Osman Umarov, Ruslan Qurbanov, Maqomed Əliyev, Mehdi Cənnətov, Abdulla Abatsiyev, Şamil Camaləddinov və b.

Bu futbolçuların heç birinin fövqəlistedad olduğunu söyləməyə adamın dili gəlməz. Yerli futbolçularımızdan nəyləsə fərqləndiklərini də söyləmək çətindi. Ən maraqlısı isə ondan ibarət ki, az qala hamısı birağızdan etiraf edir - seçim qarşısında qalsalar əsl vətəndaşları olduqları Rusiyanı seçəklər.

İndi AFFA-nın bu dağıstanlı eşqini məntiqlə başa düşmək və izah etmək çətindi. Ağla fərqli fikirlər gəlir. İlk növbədə isə AFFA-nın yığmalar üzrə siyasətini müəyyənləşdriən əsas sima Elxan Məmmədovun məqsədli şəkildə bunu etdiyi ilə bağlı qara-qara düşüncələr....

Biz bunu qələmə almaq istəmirdik. Amma yığmaya cəlb edilən dağıstanlıların günbəgün artması, bu şübhələrimiz sizinlə bölüşməyə vadar etdi. Bəlkə, bu məntiqlə izah edilməyən Dağıstan sevdası məhz Məmmədovun mənşəyi ilə bağlıdı?

Bəli, Azərbaycan tolerant ölkədi. Hər bir vətəndaşı mənşəyindən, dinindən, etiqadından asılı olmayaraq, eyni hüquqlara malikdi. Bizdə kimsə ayrı-seçkilik etmir və bu, fikirdən qəti uzaqdı.

Ancaq kimsə ona həvalə edilən vəzifədən sui-istifadə edib, azərbaycanlı balarının yolunu bağlayan hərəkətlərə yol verirsə, bununla bağlı hər hansı bir şübhəmiz yaranırsa, buna göz yummaq fikirindən də uzağıq. Və yerinə otuzurmaqda qərarlıyıq.

Bəli, baş katib Elxan Məmmədovun ləzgi millətinin nümayəndəsi olması normal bir haldı. Yaşadığı ölkənin dövlət dilini doğru-dürüst bilməsə də, onun ölkənin futbol həyatında belə məsul vəzifədə dayanmasına qarşı çıxa bilmərik.

Azərbaycanda doğulub, boya-başa çatan ləzgilərin millimizin şərəfini qorumasına da heç kim, heç nə deyə bilməz. Bu onların haqqıdı. Hər bir Azərbaycan vətəndaşı kimi. Yetər ki, layiq olduqlarını təsdiqləsinlər.

Rahid Əmirquliyev, Timur İsrafilov, İlkin Qırtımov, Sabir Allahquliyev, Taqim Novruzov və başqaları eyni ilə məsələn Mahir Şükürov, Rauf Əliyev və Rəşad Sadıqov kimi bu vətənin övladlarıdı və onların millilərimizdə oynaması qanuni, həmçinin mənəvi haqqlarıdı.

Amma Elxan Məmmədov baş katib təyin ediləndən bəri yığmadakı Dağıstan diasporasının durmadan artmasını bizi düşündürməyə və biganə qoya bilməz. Baş katibin dəstəyi ilə yürüdlən siyasət nəticəsində bu gün Azərbaycan əsas futbol komandasının adına milli sözünü yaraşdırmaq mümkün deyil. Çünki yığmada qeyri-azərbaycanlıların sayı qat-qat çoxdu. Yuxarıda da vurğuladığımz kimi xüsusilə, dağıstanlıların səviyyəsinə, sayına baxmadan heyətə cəlb edilməzi lap əndazədən çıxıb.

Baş katibin bu məsələdə ağ elədiyini düşünürük. Və əminik ki, heç kim ona belə bir səlahiyyət verməyib. Millini tədricən Dağıstan yığmasına çevirməsi, layiqli yerli oyunçular kənarda qaldığı halda, şimalı qafqazlıları heyətə doldurulması dözüləsi hal deyil. Axı, hər şeyin bir həddi var!

Bəli, başqa idman növlərində, məsələn güləşdə də xeyli sayda şimalı qafqazlı yığmamızın şərəfini qoruyurlar. Düzdü, heç bu da müsbət hal deyil. Amma yenə də həmin güləşçilər yerli idmaçılardan bir baş üstün olduğundan və beynəlxalq yarışlarda Azərbaycanın bayrağını yüksəklərə qaldırdığından belə ixtiyar qazanıblar. Futbolda isə vəziyyət tam fərqlidi. Yenə təkrar edirik, Məmmədovun israrla milliyə dəvət etdirdiyi dağıstanlılar yerli futbolçulardan heç nə ilə fərqlənmir. Bəlkə də daha zəifdirlər!

Məmmədovun Dağıstan sevdasının təsdiqləyən daha bir fakt isə onun kurasiyasında olan “Sumqayıt” klubunu demək olar ki, Mahaçqala “Anji”nin farm-klubuna çevirməsidi. Yeri gəlmişkən, bu klubun kapitanı da məsələn daha təcrübəli və layiqli olan Mahmud Qurbanov yox, Samir Abasovdu.

Düşünmək olar ki, Məmmədov Azərbaycan deyil, Dağıstan futbol federasiyasının baş katibi vəzifəsini daşıyır. Hər halda, onun ölkəmizdən çox Şimalı Qafqaz respublikasının futbola xeyri dəyir...

 
Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Şərhlər [ Bütün şərhlərə baxmaq ]

Turnir cədvəli

KlubOH
1Simurq1427
2AZAL1326
3İnter1423
4Simurq1419
5Bakı1415
6Qəbələ1413
7AZAL1413
8Rəvan1413
9-00
10-00
Bütün cədvəl

Səsvermə


Müsahibə

25.06.2012 Rəşad Abdullayev: Komandaya yeni nəfəs gətirdiyimi hiss etdirmək istəyirəm (Müsahibə) (0)
R.Abdullayev “Qəbələ FK” qəzetinə müsahibəsində kluba keçidi, yeni komandasında hədəfi və bir çox başqa məqamlardan danışdı. 
16.06.2012 Fabio Luis Ramim AZAL-dan təklif gözləyir və millimizdəki karyerasını bitmiş sayır (Müsahibə) (0)
Milli komandamızın və “Bakı”nın sabiq futbolçusu Fabio Luis Ramim müsahibə verib. 

Ən çox oxunanlar

Ən cox şərh olunanlar


Oyun cədvəli

14

21.01.2021
16:00
Səbail
Neftçi
1
3
16:00
FC Zire
Qəbələ
2
0
18:00
Sabah
Qarabağ
1
2
22.01.2021
16:00
Keşlə
Sumqayıt
0
1



Açar sözlər


 

© 1999-2014 Azerifootball
info@azerifootball.com

Saytın yaradılması və dəstək: ExtraWeb

Proyekt haqqında Reklam Əlaqə

Saytdakı materiallardan istifadə edilərkən www.azerifootball.com link şəklində istinad mütləqdir
www.azerifootball.com saytı reklam materiallara və banerlərə görə məsuliyyət daşımır.