Proyekt barədə | Reklam | Əlagə
Qeydiyyat
İstifadəçilər üçün giriş
Русская версия WAP RSS
Bağla



- Fanklubda qeydiyyat                       - Забыли пароль?
Rəylər
12.03.2012 / 0 şərh / 2146 -dəfə baxılıb

Ağasəlim Mircavadov: "Xəzər Lənkəran"a heç bir məsləhətim yoxdur (Müsahibə)

Azərbaycanın əməkdar məşqçişi Ağasəlim Mircavadovun müsahibəsi

- Ağasəlim müəllim, son tur gözlənilməz nəticə ilə yadda qaldı. "Qəbələ"nin "Neftçi"ni bu hesabla məğlub edəcəyini gözləyirdinizmi?
- "Neftçi" zəif oynadı. Son illər bu komanda belə oyun göstərməyib, uduzmayıb. Əlbəttə ki, baş məşqçi Böyükağa müəllim zəif oyunun səbəbini yaxşı bilər. O, bu qarşılaşmanı yaxşı təhlil edəcək. "Neftçi" həmişə yaxşı oyun göstərib, ancaq nədənsə bu dəfə alınmadı. Demək olmaz ki, "Qəbələ" pressinq edərək rəqibinə oynamağa imkan vermirdi. Sadəcə, bu komanda öz oyununu göstərirdi. Bununla da qələbə qazandı. "Qəbələ" əsasən standart vəziyyətlər zamanı hücumlardan qollarını vurdu.

- Təcrübəli mütəxəssis olaraq, son çempionun uduzması nə ilə bağlı ola bilər?
- Hiss olunurdu ki, komandada arxayınçılıq var. Görünür, az güc sərf etməklə qalib gələcəklərini düşünürdülər. Ancaq yaddan çıxarmaq olmaz ki, "altılıq"da oyunlar daha gərgin keçir. Bu, çox yaxşıdır. Lider "Neftçi" yaxın izləyicisi "İnter"dən bir xal irəlidədir. "Qarabağ" və "Xəzər Lənkəran" eyni xala malikdir. Final mərhələsindəki oyunlar kubok görüşlərinə bənzəyir. Çempionatda kim axsadı, həmin komanda yer tuta bilməyəcək. Öz oyununu daha da artıran klub qalib gəlməklə uğur qazanmaq şansını çoxaldacaq. Üç gün sonra kubok, ardından çempionat qarşılaşması keçiriləcək. Kim bu tsiklə tab gətirsə, fiziki baxımdan hazırlıqlı olsa və ehtiyat oyunçulardan düzgün istifadə etsə maksimum xal toplaya biləcək.

- Bu tur keçmiş komandalarınızın məğlubiyyəti ilə yadda qaldı. Bu zaman "ötən günlərimi qaytaraydılar" fikrini ağlınıza gətirdinizmi?
- (Gülür). Bəli, belə hallar olur. Bu komandalar yaxşı klublardır. Ancaq daha yaxşı oynaya bilərlər. "Qarabağ" "Xəzər Lənkəran"la görüşdə üstün oyun göstərdi, layiqli qələbə qazandı. Ağdam klubunun yarımmüdafiə xətti fəal idi, irəliyə tez ötürmə verilirdi. Bununla belə hücumda problem olduğunu deməliyəm. Rauf Əliyevin olmaması təsirini göstərirdi. Əfran və Adamiya çox yaxşı oynadılar. Hətta ikinci hissədə meydana çıxan Rəşad Sadiqov da komandasına böyük kömək etdi, orta xət gücləndi. "Qarabağ" topa daha çox nəzarət etməklə qalib gəldi.

- Çempionluğa hansı komandanı daha şanslı saymaq olar?
- Heç kim deyə bilməzdi ki, "Qəbələ" "Neftçi"ni 4:1 hesabıyla məğlub edəcək. Altı komandanın hamısı sona kimi mübarizə aparacaq. Ancaq real yanaşsaq, ilk 4 pillədə olan komandalar çempionluğa daha şanslıdırlar. Onların öz aralarındakı oyunundan çox şey asılıdır və bu qarşılaşmalarda xal itirməmək əsas rol oynayır. Mart ayında təqvimdə gərginlik olacaq. Hansı komandanın psixoloji, fiziki və funksional durumu yaxşı olsa o da uğur qazanacaq. Digər tərəfdən, meydançaların bərbad halda olmasının da mənfi təsirini qeyd edərdim. Yəni, futbolçular çox əziyyət çəkəcəklər. Allaha şükür qar da yağır, bərəkətdir (gülür).

- Lənkəran klubu yenə də sabit oyun göstərmir.
- Bu, məşqçilərdən asılıdır. Komandanın daxilində deyiləm, rəhbərlik özü bilər. Buna görə də nəsə deyə bilmərəm.

- Heç bir məsləhətiniz yoxdur?
- Yox. Nə məsləhət? Lazım bilsələr, soruşarlar cavab verərəm. Bu, olmasa nə məsləhət?

- "Bakı"ya uğur qazandıran Cüneyt Biçər "Xəzər Lənkəran"la hansısa nəticə əldə edə biləcəkmi?
- Heç bir klub bir-birinə bənzəmir. Hər məşqçinin öz iş üsulu var. Axırda bilinəcək: cəmi iki ay qalıb. Qərarların, işin düzgün və ya səhv olduğu həmin vaxt aydınlaşacaq. "Xəzər Lənkəran" hər zaman iddialı olub, sona kimi çempionluq uğrunda mübarizə aparıb. İndi də belə olacağını düşünürəm.

- "İnter" haqda nə fikirdəsiniz?
- "İnter"də hücumçu problemi var. Tsxadadze futbolçularına uyğun oyun qurub. İmkan düşəndə qol vurur, müdafiədə ağıllı oynayırlar. Ancaq arxa xətt də səhvə yol verir. "İnter"in uğurlarında qapıçı Lomayanın böyük rolu olduğunu qeyd etməliyəm. "Bakı" ilə qarşılaşmada əla oynadı. Qolkiperlə müdafiəçilərin yaxşı oyunu komandaya böyük ruh verir.

- Tsxadadzeni ölkəmizdə ən yaxşı əcnəbi mütəxəssis hesab etmək olarmı?
- Yox, indi bilirsiniz... Onun üstünlüyü ondadır ki, Qafqaz futboluna yaxşı bələddir.

- Çox güman ki, "Bakı" rəhbərliyinin baş məşqçi Starkovu yola salmağını doğru qərar sayırsınız.
- Bunu oyunda eşitdim. Mən heç vaxt həmkarım haqda mənfi fikir söyləmirəm. Hər bir klub rəhbərliyinin qərarına isə hörmətlə yanaşıram. Bir məqamı deyim ki, yüksək şərait və transferlər qarşılığında "Bakı" belə oyun göstərməli deyildi.

- Könlünüzdən paytaxt klubunu çalışdırmaq fikri keçmir ki?
- Könül başqadır, qismət başqa. "Bakı"nın rəhbərliyi necə bilirsə, bu haqda qərar verəcək.

- Təklif gəlsə, razılıq verərsiniz?
- Əlbəttə. "Bakı" da həmişə iddialı komanda olub və belə də olmalıdır. Klubun prezidenti Hafiz müəllim hər zaman iddialıdır. Bu olan yerdə çalışmaq və nəticə də qazanmaq olur. Turnir cədvəlinə əsasən hazırda "Bakı"nın çempion olmaq şansı çətindir. Digər tərəfdən, komandanın oyununu düzəltmək 3-5 günün işi deyil. Bunun üçün 4-5 ay, bəzən 1 il vaxt lazım olur. Mənim hər zaman prinsipim komandanın düzgün oyun göstərməsidir. Bununla nəticə qazanmaq mümkündür və bu, aksiomadır.
İndiki halda, "Bakı"nın kuboku qazanmaq şansı var. Bununla yanaşı, çempionatda 3-4-cü yerlər üçün mübarizə aparmaq vacibdir. Ola bilər ki, ilk üç yeri tutan komandalardan biri kuboku qazansın, bu halda 4-cü pillənin sahibi Avropa Liqasında iştirak etmək hüququ əldə edir.

 
Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Şərhlər [ Bütün şərhlərə baxmaq ]

Turnir cədvəli

KlubOH
1Simurq1427
2AZAL1326
3İnter1423
4Simurq1419
5Bakı1415
6Qəbələ1413
7AZAL1413
8Rəvan1413
9-00
10-00
Bütün cədvəl

Səsvermə


Müsahibə

25.06.2012 Rəşad Abdullayev: Komandaya yeni nəfəs gətirdiyimi hiss etdirmək istəyirəm (Müsahibə) (0)
R.Abdullayev “Qəbələ FK” qəzetinə müsahibəsində kluba keçidi, yeni komandasında hədəfi və bir çox başqa məqamlardan danışdı. 
16.06.2012 Fabio Luis Ramim AZAL-dan təklif gözləyir və millimizdəki karyerasını bitmiş sayır (Müsahibə) (0)
Milli komandamızın və “Bakı”nın sabiq futbolçusu Fabio Luis Ramim müsahibə verib. 

Ən çox oxunanlar

Ən cox şərh olunanlar


Oyun cədvəli

14

21.01.2021
16:00
Səbail
Neftçi
1
3
16:00
FC Zire
Qəbələ
2
0
18:00
Sabah
Qarabağ
1
2
22.01.2021
16:00
Keşlə
Sumqayıt
0
1



Açar sözlər


 

© 1999-2014 Azerifootball
info@azerifootball.com

Saytın yaradılması və dəstək: ExtraWeb

Proyekt haqqında Reklam Əlaqə

Saytdakı materiallardan istifadə edilərkən www.azerifootball.com link şəklində istinad mütləqdir
www.azerifootball.com saytı reklam materiallara və banerlərə görə məsuliyyət daşımır.