Proyekt barədə | Reklam | Əlagə
Qeydiyyat
İstifadəçilər üçün giriş
Русская версия WAP RSS
Bağla



- Fanklubda qeydiyyat                       - Забыли пароль?
Rəylər
13.03.2012 / 0 şərh / 2367 -dəfə baxılıb

"Belə oyunla "Xəzər Lənkəran" yəqin ki, Avropaya vəsiqə qazana bilməyəcək"

Premyer-Liqanın final mərhələsinin ilk turunda «Qarabağ»a məğlub olan «Xəzər Lənkəran», turnir cədvəlinin dördüncü pilləsinə yuvarlandı. Mirça Rednikin gedişindən sonra özünəməxsus oyun dəst-xəttini tamamilə itirən cənub təmsilçisi, «Qarabağ» qarşısında biabırçı çıxışla yadda qaldı. Təsəvvür edin ki, Cüneyt Biçərin komandası 90 dəqiqə ərzində Ağdam təmsilçisinin qapısı qarşısında real qol şansı əldə edə bilmədi. Çox maraqlıdı ki, komandanın belə biabırçı çıxışına rəğmən, «Xəzər Lənkəran» azarkeşləri sükunətə qərq olublar. Mirça Rednikin baş məşqçi olduğu dönəmdə komanda qalib gələndə də, məğlub olanda da mətbuatda, sosial şəbəklərdə öz fikirlərini bildirən, «Xəzər Lənkəran»ın üstun və çatışmayan cəhətlərini söyləyən azarkeşələr nədən susublar?

Maraqlıdı ki, bu məqam «Premyer-Liqa» verilişində çempionatın oyunlarını şərh edən azerifootball.com saytının baş redaktoru Erkin İbrahimovun da diqqətini cəlb edib. Dünən «İdman Azərbaycan» kanalında efirə gedən növbəti buraxılışda Erkin bəy də «Xəzər Lənkəran» azarkeşlərinin susqunluğunu qabardıb: «Daim aktiv olan, irad və təkliflərini səsləndirən «Xəzər Lənkəran» azarkeşləri sanki apatiya vəziyyətindədilər. «Xəzər Lənkəran» babırçı oyun göstərir, azarkeşlər isə susur».

Erkin bəy «Xəzər Lənkəran»ın gələcək perspektivi haqda da danışıb: «Belə oyunla komanda yəqin ki, Avropaya vəsiqə qazana bilməyəcək. Vəsiqə qazansa belə, belə oyunla Avropada nəyəsə nail ola bilməyəcək».

«Xəzər Lənkəran» ətrafında baş verən son proseslərə nəzər saldıqda həqiqətən də Erikn İbrahimovun haqlı olduğu üzə çıxır. Maraqlıdı, azarkeşlər rəhbərlikdən küsərək stadiona gəlmirlər, bəs sosial şəbəklərdə, mətbuatda nədən öz fikirlərini səsləndirmirlər? Daha bir maprqlı məqam ondan ibarətdi ki, cənublu azarkeşlərin susqunluğu Rednikin qovulduğu, azarkeşlərin narazılığının artıdığı ərəfədə, komanda rəhbərliyi ilə bir qurup azarkeşin görüşündən, azarkeşlərlə əlaqələndirci vəzifəsinin təsis olunmasından sonra başlayıb. Olmaya bu vəzifə lənkəranlı azarkeşlərin ağzını bağlayıb?

 
Müəllif: Azerifootball.com     Çap et Geri Yuxarı
Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Şərhlər [ Bütün şərhlərə baxmaq ]

Turnir cədvəli

KlubOH
1Simurq1427
2AZAL1326
3İnter1423
4Simurq1419
5Bakı1415
6Qəbələ1413
7AZAL1413
8Rəvan1413
9-00
10-00
Bütün cədvəl

Səsvermə


Müsahibə

25.06.2012 Rəşad Abdullayev: Komandaya yeni nəfəs gətirdiyimi hiss etdirmək istəyirəm (Müsahibə) (0)
R.Abdullayev “Qəbələ FK” qəzetinə müsahibəsində kluba keçidi, yeni komandasında hədəfi və bir çox başqa məqamlardan danışdı. 
16.06.2012 Fabio Luis Ramim AZAL-dan təklif gözləyir və millimizdəki karyerasını bitmiş sayır (Müsahibə) (0)
Milli komandamızın və “Bakı”nın sabiq futbolçusu Fabio Luis Ramim müsahibə verib. 

Ən çox oxunanlar

Ən cox şərh olunanlar


Oyun cədvəli

14

21.01.2021
16:00
Səbail
Neftçi
1
3
16:00
FC Zire
Qəbələ
2
0
18:00
Sabah
Qarabağ
1
2
22.01.2021
16:00
Keşlə
Sumqayıt
0
1



Açar sözlər


 

© 1999-2014 Azerifootball
info@azerifootball.com

Saytın yaradılması və dəstək: ExtraWeb

Proyekt haqqında Reklam Əlaqə

Saytdakı materiallardan istifadə edilərkən www.azerifootball.com link şəklində istinad mütləqdir
www.azerifootball.com saytı reklam materiallara və banerlərə görə məsuliyyət daşımır.