Proyekt barədə | Reklam | Əlagə
Qeydiyyat
İstifadəçilər üçün giriş
Русская версия WAP RSS
Bağla



- Fanklubda qeydiyyat                       - Забыли пароль?
Rəylər
13.03.2012 / 0 şərh / 2088 -dəfə baxılıb

Limiti kimin üçün dəyişdik? (Yazı)

Ötən həftə AFFA İcraiyyə Komitəsinin qərarı ilə çempionatımızda legioner limiti dəyişdirildi. Yeni mövsümdən klublar start heyətində biri 21 yaşına çatmamış olmaq şərtilə 4 həmyerlimizə güvənməli olacaq.

Doğrusu, bu addımı alqışlayanlardanam. Çünki vecsiz legionerlərlə də futbolumuzun yerində saydığı bir zamanda yerli gənclərə daha çox şans verilməsinin tərəfdarıyam. Bu, həm yığma komandaların üzvlərinin oyun praktikası qazanması, həm də ümumiyyətlə, gənclərin onlara da diqqət göstərilməsini hiss etməsi baxımından önəmli addımdı. Ancaq premyer-liqanın son turunda üzləşdiyim acı statistika fikirlərimi bir qədər qarışdırıb.

Premyer-liqanın final mərhələsinin ilk turunda baş tutan 6 oyunda meydana 165 futbolçu çıxdı və onlar 13 qol vurmağı bacardı. Elə əsas biabırçılıq da bu 13 qolda gizlənir. Təsəvvür edin, onlardan 11-nə legionerlər imza atıb. Ancaq 2 qola görə şükür etməyə tələsməyin. Çünki həmin topların müəllifi olan AZAL-ın yerli futbolçuları öz komandasını yox, rəqibini sevindirdi. Kəsəsi, 13 qoldan cəmi ikisinə bizimkilər imza atdı ki, onlar da avtoqol müəllifi oldu.

Limitin "8+3" olduğunu deyib, əcnəbilərin say çoxluğunu səbəb göstərənlərə də maraqlı bir faktım var. Son turda meydanda olan 165 futbolçudan cəmi 65-i əcnəbi olub. Deməli, 100 yerli oyunçudan heç biri fərqlənə bilməyib, hələ onların ikisi qapıları da səhv salıb.

Bax, elə bu statistikanın nəticəsidi ki, çempionatımızın bombardirlər siyahısına Türkiyə, Rusiya, Ukraynanın ikinci divizion komandalarında belə oynamağa səviyyəsi çatmayacaq gəlmələr başçılıq edir.

Bax, elə bu statistikanın nəticəsidi ki, yığmamız Fələstin kimi komandalara belə qol vura bilmir.

Bax, elə bu statistikanın nəticəsidi ki, uzun illər qola, qələbəyə həsrət qalan gənclər yığmamızın acınacaqlı seriyasını Almaniyanın aşağı dəstə təmsilçilərinin əvəzedici heyətindən U-21 üçün milliləşdirilən türkiyəli qırır.

İndi özünüz fikirləşin, limiti dəyişməyə dəyərdimi? Elə bilirsiz gələn mövsüm meydanda olmağı vacib şərt hesab edilən həmin gənclər bu şansdan istifadə edəcək? Doğrusu, mən inanmıram. Araz Abdullayev də gəncdi, ancaq o, hələ yerli oyunçulara daha çox şans verən "Neftçi"də belə heyətə düşə bilmirdi. "Panionios" ilk turlarda ona güvəndi, ancaq əsl səviyyəsini öyrənəndən sonra həmyerlimizi ehtiyat oyunçular skamyasını isitməyə göndərdi. Bu gedişlə yunanlar yay gələn kimi Abdullayevdən imtina edəcək.

Son turun statistikası reallıqdı. Kazbek Tuayevin bəyənmədiyi gürcülərin heç də ən istedadlı nümayəndəsi olmayan Georgi Adamiya neçə illərdi sabit oynayır, bəzən rişxənd etdiyimiz özbək Bahodir Nasimov ardıcıl ikinci mövsümdü qolçuluq bacarığını göstərir. Bəs hanı 2 ilə 4 klub dəyişən Vaqif Cavadov, az qala Arif Əsədovu vətən xaini çıxaran Fərid Quliyev, mövsümə 4 qol vurmaqla Almaniya bundesliqasına getmək istəyən Rauf Əliyev və digər hücumçular?..
 
Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Şərhlər [ Bütün şərhlərə baxmaq ]

Turnir cədvəli

KlubOH
1Simurq1427
2AZAL1326
3İnter1423
4Simurq1419
5Bakı1415
6Qəbələ1413
7AZAL1413
8Rəvan1413
9-00
10-00
Bütün cədvəl

Səsvermə


Müsahibə

25.06.2012 Rəşad Abdullayev: Komandaya yeni nəfəs gətirdiyimi hiss etdirmək istəyirəm (Müsahibə) (0)
R.Abdullayev “Qəbələ FK” qəzetinə müsahibəsində kluba keçidi, yeni komandasında hədəfi və bir çox başqa məqamlardan danışdı. 
16.06.2012 Fabio Luis Ramim AZAL-dan təklif gözləyir və millimizdəki karyerasını bitmiş sayır (Müsahibə) (0)
Milli komandamızın və “Bakı”nın sabiq futbolçusu Fabio Luis Ramim müsahibə verib. 

Ən çox oxunanlar

Ən cox şərh olunanlar


Oyun cədvəli

14

21.01.2021
16:00
Səbail
Neftçi
1
3
16:00
FC Zire
Qəbələ
2
0
18:00
Sabah
Qarabağ
1
2
22.01.2021
16:00
Keşlə
Sumqayıt
0
1



Açar sözlər


 

© 1999-2014 Azerifootball
info@azerifootball.com

Saytın yaradılması və dəstək: ExtraWeb

Proyekt haqqında Reklam Əlaqə

Saytdakı materiallardan istifadə edilərkən www.azerifootball.com link şəklində istinad mütləqdir
www.azerifootball.com saytı reklam materiallara və banerlərə görə məsuliyyət daşımır.