Proyekt barədə | Reklam | Əlagə
Qeydiyyat
İstifadəçilər üçün giriş
Русская версия WAP RSS
Bağla



- Fanklubda qeydiyyat                       - Забыли пароль?
Rəylər
16.03.2012 / 0 şərh / 2064 -dəfə baxılıb

2 istefanın 2 səbəbi (Yazı)

Postsovet məkanından olan iki məşqçi - Aleksandr Starkov və Sergey Yuran ölkəmizi uğur qazanmadan tərk etdi. Hər ikisi dünya səviyyəsində az-çox tanınan şəxslər olsa da, premyer-liqamızda özlərini isbatlaya bilmədilər. Biri "Bakı"nı, digəri isə "Simurq"u yarıyolda qoymaq məcburiyyətində qaldı. Fərq ondadı ki, Starkov qovulduğu halda Yuran öz istəyi ilə postundan ayrıldı.

Starkovla Yuranı ölkəmizə fərqli hədəfləri olan klublar dəvət etmişdi. "Bakı" latviyalını çempion olmaq məqsədi ilə iş başına gətirmişdisə, "Simurq" rəhbərliyinin rusiyalıdan istəyi avrokuboka vəsiqə qazana biləcək komanda formalaşdırmaq idi.

"Bakı" bossları Starkovun uğur qazanması üçün hər şey etdilər. Ötən mövsüm qış fasiləsində "zolaqlılar"ın baş məşqçisi təyin olunan təcrübəli çalışdırıcıya yetərincə zaman verildi. Rəhbərlik gəldiyi anda ondan nəticə tələb etməyib, növbəti mövsüm üçün çempionluğa oynayacaq bir komanda formalaşdırmağı tapşırdı.

Transfer məsələlərində Starkova ikiəlli dəstək olan rəhbərlik 8 futbolçunu - Denis İvanov, Deyvidas Çesnauskis, Maris Verpakovski, Junior Xavyer Vilson, Duje Bakoviç, Mario Lukas Horvat, Nenad Kovaçeviç və Serxio Konterası onun istəyi ilə heyətə qatdı. Uinston Parksla Elvin Məmmədov isə bonus kimi latviyalının sərəncamına verildi. Bir sözlə, Starkovun öz fəlsəfəsinə uyğun komanda qurması üçün lazım olan hər şey edildi. Amma...

Bu cür dəstəyə, şəraitə rəğmən, cari çempionatda liderlər qrupunda yer almamaq bir yana, "Bakı" ilk "altılığ"a güc-bəla ilə vəsiqə qazandı. Hazırda turnir cədvəlində 6-cı pillədə qərarlaşan "zolaqlılar" lider "Neftçi"dən 14 xal geri qalır. Ən pisi isə bilirsiz nədi? "Bakı" iddialı klublarla oyunlarda qələbə qazanmağa çətinlik çəkir. Təqvimə nəzər saldıqda Starkovun komandasının cari çempionatda yalnız evdə "İnter" və "Qəbələ"ni məğlub etdiyini görürük, vəssalam. "Bankirlər"lə səfər matçında isə texniki məğlubiyyətə görə 3 xal qazanıblar. "Zolaqlılar"ın latviyalının dönəmində "Neftçi", "Xəzər Lənkəran", "Qarabağ" və AZAL-ı nə evdə, nə də səfərdə məğlub edə bilməməsi Starkovun səriştəsizliyindən xəbər verir.

Son illər baş məşqçiləri əlcək kimi dəyişməyə adət edən "Bakı"nı ağ günə çıxarda bilməməsinə rəğmən, Starkovu səviyyəsiz məşqçi adlandırmaq olmaz. Hər halda, biz Latviya kimi zəif bir milli komandanı Avropa çempionatının final mərhələsinə çıxaran bir məşqçidən danışırıq. Ümumilikdə Starkov pis məşqçi deyil. Sadəcə, o, "Bakı"nın dərdinə məlhəm ola bilmədi. Ölkəmizə beynəlxalq arenada çıxış edəcək gücdə olan bir komanda formalaşdırmağa gəlsə də, Qyoko Hacievskinin, Bülənt Korkmazın, Vinfred Şaferin aqibətini yaşadı.

Starkovdan fərqli olaraq, Sergey Yuran məşqçilik sahəsində heç bir uğur qazanmayan şəxs kimi ölkəmizə gəlmişdi. 2001-ci ildə futbolçu karyerasını bitirən Yuran məşqçilikdə ilk addımlarını Moskva "Spartak"ının gənclərdən ibarət komandasında atıb. Özünün dediyinə görə, bundan sonra əsas komandanı çalışdırmaq təklifi alsa da, bunu qəbul etməyib. 2003-cü ildə "Spartak"ın məşqçilər korpusundan azad olunan keçmiş hücumçu bir neçə Rusiya, habelə Latviyada "Ditton", Estoniyada TFMK klubunu çalışdırıb. "Simurq"un "sükanı arxasına" keçənədək, son iş yeri Qazaxıstan olan Yuran Astananın "Lokomotiv" klubundan 2009-cu ilin payızında istefaya göndərilmişdi.

Moskva "Spartak"ının, Kiyev "Dinamo"sunun və Portuqaliya "Benfika"sının sabiq oyunçusunu Zaqatalaya avrokuboka düşmək uğrunda mübarizə aparacaq döyüşkən kollektiv formalaşdırmaq üçün dəvət etmişdilər. Lakin Yuran ölkəmizdəki şərtlərlə, premyer-liqadakı kollektivlərin səviyyəsi ilə tanış olduqdan sonra anladı ki, bu heyətlə heç ilk "altılığ"a düşmək olmaz, səviyyəli futbolçuların transferi üçün büdcə də pul yoxdu. Lakin artıq gec idi. Rusiyalı mütəxəssis müqaviləyə qol çəkdiyindən zəif heyətlə nəsə etməyə cəhd göstərməkdən başqa çıxış yolu yox idi. Amma möcüzə baş vermədi. "Simurq" ilk "altılıq"dan kənar qalınca Yuran şələ-şüləsini yığıb, vətənə döndü.


 
Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Şərhlər [ Bütün şərhlərə baxmaq ]

Turnir cədvəli

KlubOH
1Simurq1427
2AZAL1326
3İnter1423
4Simurq1419
5Bakı1415
6Qəbələ1413
7AZAL1413
8Rəvan1413
9-00
10-00
Bütün cədvəl

Səsvermə


Müsahibə

25.06.2012 Rəşad Abdullayev: Komandaya yeni nəfəs gətirdiyimi hiss etdirmək istəyirəm (Müsahibə) (0)
R.Abdullayev “Qəbələ FK” qəzetinə müsahibəsində kluba keçidi, yeni komandasında hədəfi və bir çox başqa məqamlardan danışdı. 
16.06.2012 Fabio Luis Ramim AZAL-dan təklif gözləyir və millimizdəki karyerasını bitmiş sayır (Müsahibə) (0)
Milli komandamızın və “Bakı”nın sabiq futbolçusu Fabio Luis Ramim müsahibə verib. 

Ən çox oxunanlar

Ən cox şərh olunanlar


Oyun cədvəli

14

21.01.2021
16:00
Səbail
Neftçi
1
3
16:00
FC Zire
Qəbələ
2
0
18:00
Sabah
Qarabağ
1
2
22.01.2021
16:00
Keşlə
Sumqayıt
0
1



Açar sözlər


 

© 1999-2014 Azerifootball
info@azerifootball.com

Saytın yaradılması və dəstək: ExtraWeb

Proyekt haqqında Reklam Əlaqə

Saytdakı materiallardan istifadə edilərkən www.azerifootball.com link şəklində istinad mütləqdir
www.azerifootball.com saytı reklam materiallara və banerlərə görə məsuliyyət daşımır.