Proyekt barədə | Reklam | Əlagə
Qeydiyyat
İstifadəçilər üçün giriş
Русская версия WAP RSS
Bağla



- Fanklubda qeydiyyat                       - Забыли пароль?
Rəylər
20.03.2012 / 0 şərh / 2549 -dəfə baxılıb

Ötən günlərimi qaytaraydılar...(Yazı)

Futbolçu ömrü azdır. Bu karyerasını 40 yaşında bitirənin də, futbolu 27-28 yaşında atanın da fikridir. Amma bu qısa ömürdən məharətlə istifadə edib, özünü hörmətli insan kimi yaddaşlarda saxlayıb, normal yaşaması üçün şərait quranlar da az deyil Lakin elələri də var ki, dünya 5 günlükdür məsəli ilə oturub-durur. Yəni həyatını ötüb gedən qatara bənzədən şəxs bu ömürdə çox bər - bəzəkli yerlərdən keçmək istəyir. Amma həmin bər-bəzəkli yerlərində öz mənfi xüsusiyyətləri var. Bəzən həmin anların bərqi gözlərini elə qamaşdırır ki, daha meydança adlı yer görə bilmirsən, kor olursan. Karyeranın qısa alınmasının əsas səbəblərindən biri zədə göstərilirsə, digəri də məhz belə yaşayışlardır. Hansı ki, həmin həyat Ronaldo, Maradona, Balatolli, Quti, Adriano kimi dünya uluzlarının məhvinə yol açıb.
Bizim futbolçuların ciddi gecə həyatı olmasa da, Bermud üçbucağına düşənlər arasında yolu bu gecələrdən keçən də az deyil. Görəsən, həmin qaranlıq yolla gedib, yoxa çıxan kimlərdir? Bu yazıda karyerası bu və digər səbəblərdən alınmayan futbolçulardan bəhs edəcəyik.

Murad Ağakişiyev (Azərbaycan milli komandasının sabiq üzvü): Murad Ağakişiyev deyəndə yəqin ki, 2007-ci ildə Bakıda Finlandiya yığmasını üstələdiyimiz görüşdə qol ötürməsini verən oğlan yada düşür. Murad həqiqətən də həmin ərəfədə Azərbaycan futbolunun yetişdirdiyi istedadlardan sayılırdı. “MKT - Araz”-dakı uğurlu çıxışından sonra “Qarabağ”a gətirilən oyunçu tez bir zamanda futboldan soyuyub, vaxtını maşın modelləri seçməyə, eləcə də saçına yeni düzümlər verməyə sərf etdi. Qurban Qurbanovun gəlişindən sonra əvvəlcə əsas heyətdən, daha sonra isə ümumiyyətlə komandadan uzaqlaşdırılan Murad nə qədər çalışsa da, əvvəlki dönəminə qayıda bilmədi. Əgər Muradın seçdiyi yol uğurlu olsa idi, o, indi birinci divizionda çıxış edən “Karvan”da gün keçirmək əvəzinə, iddialı bir komandamızın formasını geyinərdi.

Ramal Hüseynov (Azərbaycan yığmasının sabiq üzvü): Ramalın başı əvvəldən qalmaqaldadır. Onun “lipa” olduğundan hər kəsin şübhələnməsi ilə yanaşı, bir dəfə Ramal da bunu təsdiq edib. Düzdür, bu qanunsuz sənəd Azərbaycan futbolçularının əksəriyyətində var. Onların hələ də bu və ya digər komandaların kapitanı və əsas futbolçusu olduğunu nəzərə alsaq, Hüseynovun oynamama səbəbini yalnız bununla əlaqələndirə bilmərik. Ramal Hüseynov sırf gecə həyatının və kef məclislərinin qurbanı olan oyunçulardandır. Odur ki, vaxtilə iddialı “Qarabağ” və “Bakı” klublarında oynamış yarımmüdafiəçi indi klubsuz qalıb.

Camal Məmmədov (Olimpiya yığmasının sabiq üzvü): Camal “MKT-Araz”, “Turan” eləcə də “Standard” klubunda normal futbol nümayiş etdirib. Məmmədov xüsusən də uzaqdan vurulan zərbələrin mahir ifaçısı sayılırdı. Lakin sonradan onun karyerasında da eniş başladı. Dostu Kaxaber Sxadadzenin başçılıq etdiyi “İnter”də əsas heyətə düşməkdə çətinlik çəkən Məmmədovun yolu sonradan Tovuzdan düşdü. “Turan”da varlığı ilə yoxluğu bilinməyən yarımmüdafiəçi hazırda birinci divizionda çıxış edən “Karvan”ın heyətindədir.

Ramin Quliyev (Azərbaycan yığmasının sabiq üzvü): Quliyev çox güclü oyunçu olmasa da Azərbaycanda iddialı klubların formasını geyinib. “Bakı”nın əsas oyunçularından biri sayılan Quliyev daha sonra Rail Məlikovla birgə “Neftçi”yə keçdi. “Neftçi”dən xatirə kimi gözəl oyunu yox, “Range Rover”i qalan müdafiəçi daha sonra AZAL-da oynayıb, “Qəbələ”də isə ilk onsəkkizliyi tamamladı. Getdikcə oyun praktikasını itirən Quliyev şimal təmsilçisindən ayrıldıqdan sonra heç kimə lazım olmadı. Əslində, Ramin buna bir növ özü şərait yaratdı. Bu yaşda və hazırkı formada heç kimə lazım olmadığını bilə-bilə Quliyev paytaxtda oynamaq istədiyini, bölgəyə getmək barədə düşünmədiyini bildirdi. Az sonra isə xəbər çıxdı ki, Quliyev 31 yaşında futbolla vidalaşdı. Amma deyəsən futbol sevdası hələ də beynindədir. Quliyev bugünlərdə Dubayda təlim-məşq toplanışında olan yığmanın oyunlarında olub.

Xaqani Məmmədov və Füzuli Məmmədov qardaşları (Milli komandanın sabiq üzvləri): Düşünürəm ki,bu iki qardaşın eyş-işrətlə ciddi əlaqəsi yoxdur. Füzuli ilə müqayisədə, daha çox tanınan və güclü hücumçu kimi qəbul olunan Xaqaninin karyerasının tənəzzülə doğru getməsi hardasa baş məşqçilərlə arasında olan problemlərdən irəli gəlir. Doğurdan da, “İnter”in o vaxtkı baş məşqçisi Valentin Xodukinin hücumçu ilə bağlı mövqeyini başa düşmək olmadı. Bir müddət öncə ölkə çempionatının bombardiri olan Xaqaninin xidmətindən növbəti mövsümdə istifadə olunmadı. Ehtiyat oyunçular skamiyasının daimi sakininə çevrilən Xaqani Məmmədovla iplər Kaxaber Sxadadzenin gəlişindən sonra qopdu. Daha sonra “Karvan” və “Xəzər Lənkəran”dakı karyeradan sonra yaş və zədə amili hücumçunu sona doğru apardı. İndi 36 yaşlı sabiq forvard “İnter”in uşaq komandalarında çalışdığı halda, qardaşı Füzuli “Karvan”da oynayan-məşqçi funksiyasını yerinə yetirir.

Emin İmaməliyev (Milli komandanın sabiq üzvü): Emin İmaməliyev də ölkənin iddialı klublarının formasını geyinib. Dindar və Allaha bağlı bir insan olan Emin “Qarabağ”a keçənə kimi, hətta bu keçid baş tutandan bir müddət sonra da ölkənin ən güclü yarımmüdafiəçisi kimi göstərilirdi. Amma getdikcə gündəmdən düşməyə başladı və adi futbolçuya çevirildi. Əvvəl hər kəs Berti Foqtsdan Emin İmaməliyevin milli komandaya çağırılmasını tələb edirdi. Amma indi bəstəboy yarımmüdafiəçi heç kimin yadına düşmür. Həqiqətən də, “Qarabağ”da uzun müddətdir ki, ehtiyat oyunçular skamiyasında oturan İmaməliyevin ulduzu sönüb.

İlqar Qurbanov (Azərbaycan milli komandasının sabiq): “Fənərbağça” klubunun aşağı yaş qrupları üzrə komandalarında yetişən, hətta əvəzedici heyətin kapitanına çevrilən İlqar Qurbanovu kapitanlıqdan da, böyük futbolçu olmaq perespektivindən də pul hərisliyi məhrum etdi. Əvvəlcə “Xəzər Lənkəran”a gələn Qurbanov daha sonra yenidəın Türkiyəyə qayıtsa da, onun istədiyi qatar çoxdan getmişdi. Qurbanov hazırda “Qarabağ”ın heyətində arabir meydançaya çıxmaqla təsəlli tapır. Onun milliyə qayıtmaq perspktivi isə ümumiyyətlə yox dərəcəsindədir. Çünki Qurbanov son 2 ildə əlahiddə heç nə ilə yadda qalmayıb. “Macdonalds”da yemək yeməyini əldə bayraq edən yarımmüdafiəçi ancaq danışır. Amma İlqar mövsümün sonuna qədər bu imkandan da məhrum olub. Əldə etdiyimiz məlumata görə, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov futbolçusunun mətbuatla ünsiyyətinə qadağa qoyub.

Vaqif Cavadov (Azərbaycan milli komandasının sabiq üzvü): Əslində Vaqif Cavadovu bu siyahıya tam olaraq, aid etmək də olmur. Çünki Vaqif cavandı və karyerası hələ irəlidədir. Amma Vaqif futbol oynamalı olduğu bir vaxtda həyatının çoxunu qalmaqallarla keçirir. 20 yaşlı bir azərbaycanlının seçmə oyun öncəsi millinin düşərgəsini icazəsiz tərk etməsi, ondan sonra yaranan qalmaqallar, psixaloji təsirlər, hərənin bir cür danışması sözsüz ki, oyunçuya pis təsir göstərir. Odur ki, mən düşünürəm ki, Vaqif Cavadov bu hadisələrdən sonra Cavadovlar nəslinin layiqli davamçısı ola bilməyəcək. İsgəndər Cavadov kimi futbolçu olmaq üçün ən azından 3-4 əcnəbi klubda uğurlu karyera qurmaq lazım idi ki, bilmirəm hansı səbəbdən amma Vaqif Cavadov bunu bacarmadı.

 
Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Şərhlər [ Bütün şərhlərə baxmaq ]

Turnir cədvəli

KlubOH
1Simurq1427
2AZAL1326
3İnter1423
4Simurq1419
5Bakı1415
6Qəbələ1413
7AZAL1413
8Rəvan1413
9-00
10-00
Bütün cədvəl

Səsvermə


Müsahibə

25.06.2012 Rəşad Abdullayev: Komandaya yeni nəfəs gətirdiyimi hiss etdirmək istəyirəm (Müsahibə) (0)
R.Abdullayev “Qəbələ FK” qəzetinə müsahibəsində kluba keçidi, yeni komandasında hədəfi və bir çox başqa məqamlardan danışdı. 
16.06.2012 Fabio Luis Ramim AZAL-dan təklif gözləyir və millimizdəki karyerasını bitmiş sayır (Müsahibə) (0)
Milli komandamızın və “Bakı”nın sabiq futbolçusu Fabio Luis Ramim müsahibə verib. 

Ən çox oxunanlar

Ən cox şərh olunanlar


Oyun cədvəli

14

21.01.2021
16:00
Səbail
Neftçi
1
3
16:00
FC Zire
Qəbələ
2
0
18:00
Sabah
Qarabağ
1
2
22.01.2021
16:00
Keşlə
Sumqayıt
0
1



Açar sözlər


 

© 1999-2014 Azerifootball
info@azerifootball.com

Saytın yaradılması və dəstək: ExtraWeb

Proyekt haqqında Reklam Əlaqə

Saytdakı materiallardan istifadə edilərkən www.azerifootball.com link şəklində istinad mütləqdir
www.azerifootball.com saytı reklam materiallara və banerlərə görə məsuliyyət daşımır.