Rəylər
- 25.03.2012 / 0 şərh / 2015 -dəfə baxılıb
- "Gərgin oyun oldu. Penalti epizoduna qədər komandam 1:0 hesabı ilə irəlidə idi. Lakin fasilədən sonra hesab bərabərləşdi". Bu sözləri "Neftçi"nin baş məşqçisi Böyükağa Hacıyev "Xəzər Lənkəran"la oyundan sonra (1:1) deyib.
Hacıyev sözlərinə belə davam edib: "Neftçi" hansı oyunda penaltini qola çevirə bilmirsə, həmin görüşdə komanda ya uduzur, ya da heç-heçə edir. Bununla belə, komandanın oyunu pis alınmadı. Rəşad Abdullayevin əvəzlənərkən etiraz etməsinə gəldikdə isə onsuz da o, heç nə nədən razı qalmır.
Rəşad Abdullayev 70 dəqiqə meydanda olsa da, heç nə ilə yadda qalmadı. Ona görə də onu əvəzlədim. Komandada heç bir futbolçunun daimi yeri yoxdu. Qol epizodunda Stamenkoviç səhv etdiyinə görə, yəqin ki, növbəti oyunda qapıda Rauf Mehdiyevə şans verəcəyəm".