Proyekt barədə | Reklam | Əlagə
Qeydiyyat
İstifadəçilər üçün giriş
Русская версия WAP RSS
Bağla



- Fanklubda qeydiyyat                       - Забыли пароль?
Rəylər
25.03.2012 / 0 şərh / 2143 -dəfə baxılıb

Rövnəq Abdullayev UEFA-ya kələk gəlirmiş (Yazı)

2009-cu ildə UEFA-nın Icraiyyə Komitəsinin Avropa ölkələri klublarının maliyyə şəffaflığı üzrə tətbiq etməyə başladığı qərar üstündən üç il keçdikdən sonra Azərbaycan üçün başağrısına çevrilə bilər. Bunu UEFA-nın rəsmi saytında yerləşdirilən və adıgedən qurumun son üç ildəki vəziyyətlə bağlı açıqladığı hesabat sübut edir. Həmin hesabatda göstərilir ki, guya Azərbaycan çempionatında çıxış edən klublar, ötən il orta hesabla 900 min avro (?) gəlir əldə edib. Bu hələ harasıdır? Sən demə, klublarımız hər bir biletin satışından bir avro da qazanırmış.

UEFA-nın “Avropa klub futbolunun landşaftı” adlı hesabatında göstrilən rəqəmlər Azərbaycanda futboldan başı çıxmayan şəxsdə belə gülüş doğura bilər. Söhbət ondan gedir ki, nəinki əyalətlərdə, - “Xəzər Lənkəran”ı nəzərə almasaq - heç paytaxtda keçirilən oyunlarda belə bilet satılmır. Hətta Lənkəran klubunun azarkeşləri belə komandalarının ev oyunu üçün bileti 1 manata alırlar. Yəni biletin qiyməti 1 manat olduğu halda 1 avro qazancdan söhbət gedə bilməz.

Hamı bilir ki, Azərbaycan çempionatında oyunlara giriş əsasən pulsuzdur. Bunu sübut etmək də çətin deyil. Məsələn, “Neftçi” klubunun rəsmisi Elnur Əşrəfoğlu mətbuata açıqlamasında dəfələrlə qeyd edib ki, klubun prezidenti Sadıq Sadıqovun, yeri gəlmişkən, Rövnəq Abdullayevin yaxın qohumudur, göstərişi ilə “Neftçi”nin ev oyunlarına azarkeşləri cəlb etmək üçün giriş pulsuzdur. Söhbət hələ çempionatımızın ən varlı və ən çox azarkeşi olan iki klubundan gedir. Digər klublarda vəziyyət daha pisdir. Giriş pulsuz olsa belə əyalətlərdə də ümumiyyətlə azarkeş qıtlığıdır.

Bəs onda UEFA öz hesabatındakı bu rəqəmləri hardan əldə edib? Hansı əsaslarla hər bir klubumuzun keçən ilki çempionatı az qala bir milyon avro gəlirlə başa vurduğu qənaətindədir?

Söhbət ondan gedir ki, UEFA 2009-cu ildə çıxardığı qərarda bəzi prinsiplər irəli sürüb və həmin prinsiplərin üstündə necə deyərlər prinsipial şəkildə dayanıb; 3 il ərzində və ondan sonra klublar sponsor asılılığından azad olmalı, özü-özünü dolandırmalıdır. Sponsor asılılığına qarşı çıxan ali qurum 2012-ci ilədək hər bir klubun qarşısında xərclərinin gəlirlərini ötməməsi barədə qərar çıxarıb. AFFA-nın UEFA-ya göndərdiyi hesabatdan da belə çıxır ki, başda “Neftçi” olmaqla oyunçularına aylıq məvacib belə verə bilməyən “Turan” da ötən ili gəlirlə (?) baş vurubmuş.

Azərbaycanda hər sahədə olduğu kimi futbolda da ikili mühasibatın olduğu heç kimə sirr deyil. Yəni klublar yerli vergi orqanları üçün olduqca kiçik rəqəmlər göstərir, əslində isə külli-miqdarda vəsait xərcləyirlər. Belə olmasaydı indi Azərbaycanın ən zəif klublarında belə legionerlər çıxış etmzədi.

Görünür belə ikili mühasibatı AFFA rəhbərliyi UEFA üçün də hazırlayıb və bu qurumu necə deyərlər aldada bilib. UEFA-ya göndərilən hesablarda rəqəmlər şişirdilib, klublarımızın guya gəlirlə çalışdığı bildirilir.

Indi sual oluna bilər, bütün bu oyunların başında nə durur? Söhbət ondan gedir ki, UEFA-nın prinsiplərinə zidd olan milli çempionatlarda çıxış edən klublar, bu prinsiplərə riayət etməyəcəyi təqdirdə Avrokuboklara buraxılmır, həmin klubları və ölkəni isə ciddi sanksiyalar gözləyir. Ölkədə futbolun inkişaf etdiyini daim dönə-dönə vurğulayan AFFA rəhbərliyi bəlkə də dövlət başçısının qəzəbinə tuş gəlməmək üçün, sanksiyalardan qorxaraq bu cür saxta hesabatı UEFA-ya göndərib.

Amma bir məqamı unutmamlıydılar: UEFA Azərbaycan da daxil Avropa ölkələrinin milli çempionatlarında çıxış edən kulubların qarşısına qoyuduğu tələbləri necə yerinə yetirməsinə nəzarət üçün xüsusi komissiya yaradıb. Elə bir qədər əvvəl Yunanıstanda ilk təftişdəcə bu ölkənin ən iri futbol klubları olan “Panatinaikos”, PAOK və digərlərinin maliyyə şəffalığına yol vermədiyi üzə çıxıb və bu klublar cəzalandırılıblar.

Həmin komissiyanın Azərbaycanda iki oyuna baxmağı kifayət edir ki, Abdullayev və komandasının UEFA-ya göndərdiyi yalan üzə çıxsın.
 
Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Şərhlər [ Bütün şərhlərə baxmaq ]

Turnir cədvəli

KlubOH
1Simurq1427
2AZAL1326
3İnter1423
4Simurq1419
5Bakı1415
6Qəbələ1413
7AZAL1413
8Rəvan1413
9-00
10-00
Bütün cədvəl

Səsvermə


Müsahibə

25.06.2012 Rəşad Abdullayev: Komandaya yeni nəfəs gətirdiyimi hiss etdirmək istəyirəm (Müsahibə) (0)
R.Abdullayev “Qəbələ FK” qəzetinə müsahibəsində kluba keçidi, yeni komandasında hədəfi və bir çox başqa məqamlardan danışdı. 
16.06.2012 Fabio Luis Ramim AZAL-dan təklif gözləyir və millimizdəki karyerasını bitmiş sayır (Müsahibə) (0)
Milli komandamızın və “Bakı”nın sabiq futbolçusu Fabio Luis Ramim müsahibə verib. 

Ən çox oxunanlar

Ən cox şərh olunanlar


Oyun cədvəli

14

21.01.2021
16:00
Səbail
Neftçi
1
3
16:00
FC Zire
Qəbələ
2
0
18:00
Sabah
Qarabağ
1
2
22.01.2021
16:00
Keşlə
Sumqayıt
0
1



Açar sözlər


 

© 1999-2014 Azerifootball
info@azerifootball.com

Saytın yaradılması və dəstək: ExtraWeb

Proyekt haqqında Reklam Əlaqə

Saytdakı materiallardan istifadə edilərkən www.azerifootball.com link şəklində istinad mütləqdir
www.azerifootball.com saytı reklam materiallara və banerlərə görə məsuliyyət daşımır.