Proyekt barədə | Reklam | Əlagə
Qeydiyyat
İstifadəçilər üçün giriş
Русская версия WAP RSS
Bağla



- Fanklubda qeydiyyat                       - Забыли пароль?
Rəylər
27.03.2012 / 0 şərh / 2025 -dəfə baxılıb

Yunis "Xəzər Lənkəran" kimi klubda mütləq özünü doğruldacaq (Müsahibə)

Ölkə futbolunu yaxından izləyənlər Yakuba Bambanı yaxşı tanımalıdı. Ölkəmizdə 76 oyuna 37 qol vuran Kot d`İvuar əsilli fransalı futbolçu karyerasını daha çox keçirdiyi "Karvan"ın tarixinə düşüb. Yevlax təmsilçisinin ən məhsuldar oyunçusu ünvanına sahib olan Bamba milli çempionatımızda 60 matçda 32 dəfə fərqlənib.

"Karvan"a 2005-ci ilin yazında gələn Yakuba 2007-ci ilin yayında "Xəzər-Lənkəran"a keçsə də, orada ümidləri doğrultmadı. Ardından "Karvan"a dönən əcnəbi maddi problemlər içində çabalayan Yevlax klubunda da gözlənilən oyunu sərgiləmədi. Ölkəmizdə çıxış etdiyi sonuncu - 2009/10 mövsümündə 13 görüşdə meydanda olan hücumçu qol hesabını aça bilmədi. Məhz bu səbəbdən də əyalət klubu ona qapını göstərməli oldu.

Oxucularımız üçün maraqlı olacağını nəzərə alaraq, hazırda Fransanın paytaxtı Parisdə yaşayan Bamba ilə əlaqə saxlayıb, söhbətləşdik.

- Salam, Yakuba. Səni Azərbaycandan narahat edirik.
- Buyurun, zənginizə çox sevindim.

- Ölkəmizdən gedəndən bəri səndən səs-soraq yoxdu. Necəsən, harada yaşayırsan?
- Çox sağ olan, yaxşıyam. Fransada, Parisdə yaşayıram.

- Nə işlə məşğulsan? Futboldan uzaqlaşmısan, yoxsa?
- "Karvan"dan ayrılandan sonra futbolçu karyeramı başa vurub, məşqçiliyə başladım. Hazırda Fransa çempionatının III liqasında çıxış edən "Paris"də çalışıram. Klubun 20 yaşadək futbolçulardan ibarət komandasının baş məşqçisiyəm. İşlərim yaxşı gedir. Məşqçilik peşəsi üçün normal başlanğıcdı.

- Azərbaycanda kimləsə əlaqə saxlayırsan?
- Hə, sosial şəbəkələrdə ünsiyyətdə olduğum adamlar var. Vaxtı ilə "Karvan"da mənimlə birgə oynayan Samir Abdulovla telefonla danışırıq, hal-əhval tuturuq.

- Çempionatımızı izləyirsən?
- Ətraflı izləməyə vaxtım olmur. Amma çempionatın gedişini internet vasitəsi ilə izləyirəm. "Neftçi" ötən mövsüm çempion oldu, səhv etmirəmsə, hazırda da liderdi.

- Yox, səhv etmirsən. Amma sabiq komandalarının durumu elə də yaxşı deyil. "Karvan" hazırda I divizionda çıxış edir, "Xəzər Lənkəran"ın da işləri yolunda deyil.
- "Karvan"dan xəbərim var, orada maddi baxımdan durum yaxşı deyildi. "Xəzər Lənkəran" isə imkanlı klubdu, hər nə olsa, vəziyyətdən çıxar.

- Yeri gəlmişkən, "Karvan"da rəhbərliyi altında çıxış etdiyin Yunis Hüseynov bugünlərdə "Xəzər Lənkəran"nın baş məşqçisi təyin olundu.
- Doğurdan? Xəbərim yox idi. Yunis yaxşı oğlandı, yaxşı insandı. Çox sevindim. Ona təbrikimi çatdırın. Yunis "Xəzər Lənkəran" kimi klubda mütləq özünü doğruldacaq.

- Bəs sənin gələcək planların necədi? Özünü məşqçi qismində ölkəmizdə sınamaq istəmirsən?
- Azərbaycan mənə doğma olan ölkədi. Orada özümü qərib hiss etmirdim. Təklif olsa, sevinə-sevinə gələrəm. Hazırda əlimin altında bilirsiz necə istedadlı futbolçular var? Mənə dəvət gəlsə, onları da özümlə gətirərəm.

- Dəvət olmasa belə, həmin futbolçuları klublarımıza təklif edə bilməzsən? Və ya bizim oyunçuları Fransaya aparmaq mümkün deyil?
- Bu işlərlə daha çox menecerlər məşğul olur. Mən bütün diqqətimi məşqçiliyə yönəltmişəm. Bu sahədə uğur qazanmaq istəyirəm.

- Yaxın vaxtlarda ölkəmizə gəlməyi düşünmürsən?
- Hələ ki, imkan yoxdu. Bəlkə istirahət vaxtlarında gəlmək olar.
Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Şərhlər [ Bütün şərhlərə baxmaq ]

Turnir cədvəli

KlubOH
1Simurq1427
2AZAL1326
3İnter1423
4Simurq1419
5Bakı1415
6Qəbələ1413
7AZAL1413
8Rəvan1413
9-00
10-00
Bütün cədvəl

Səsvermə


Müsahibə

25.06.2012 Rəşad Abdullayev: Komandaya yeni nəfəs gətirdiyimi hiss etdirmək istəyirəm (Müsahibə) (0)
R.Abdullayev “Qəbələ FK” qəzetinə müsahibəsində kluba keçidi, yeni komandasında hədəfi və bir çox başqa məqamlardan danışdı. 
16.06.2012 Fabio Luis Ramim AZAL-dan təklif gözləyir və millimizdəki karyerasını bitmiş sayır (Müsahibə) (0)
Milli komandamızın və “Bakı”nın sabiq futbolçusu Fabio Luis Ramim müsahibə verib. 

Ən çox oxunanlar

Ən cox şərh olunanlar


Oyun cədvəli

14

21.01.2021
16:00
Səbail
Neftçi
1
3
16:00
FC Zire
Qəbələ
2
0
18:00
Sabah
Qarabağ
1
2
22.01.2021
16:00
Keşlə
Sumqayıt
0
1



Açar sözlər


 

© 1999-2014 Azerifootball
info@azerifootball.com

Saytın yaradılması və dəstək: ExtraWeb

Proyekt haqqında Reklam Əlaqə

Saytdakı materiallardan istifadə edilərkən www.azerifootball.com link şəklində istinad mütləqdir
www.azerifootball.com saytı reklam materiallara və banerlərə görə məsuliyyət daşımır.