Rəylər
- 29.03.2012 / 0 şərh / 2192 -dəfə baxılıb
- “Xəzər Lənkəran”ın sabiq çalışdırıcısı Mirça Rednik Azerifootball.com-a eksklüziv müsahibəsində qarşıdakı Lənkəran səfərinə toxunub, “Petrolul”la müqavilə bağlamadığını etiraf edib və Uinston Parksdan danışıb.
- Mətbuat tezliklə “Petrolul”a baş məşqçi təyin olunacağınızı yazıb. Bu, belədir?
- Əlbəttə, yox. Bir neçə səbəbə görə mümkün deyil. Əvvəla, bu komandanın yüksək iddiaları yoxdur. İkincisi də, “Petrolul” tezliklə Rumıniyanın yüksək dəstəsini tərk edəcək. Mən ancaq qarşısına böyük məqsədlər qoyan komandalarda işləyərəm.
- Deməli, Lənkərana gəlmək üçün boş vaxtınız olacaq...
- Bax, bu artıq həqiqətdir. Lənkəranda futzal turniri olacaq və mən də dəvətliyəm. Belə dəvət almaq çox xoşdur.
- Yəqin, Azərbaycanda işgüzar görüşləriniz də olar....
- Xeyr, ancaq turnirə baxıb geri dönəcəm.
- Keçmiş komandanızın çıxışını izləyirsiz?
- Əlbəttə, “Xəzər Lənkəran”ın bütün oyunlarını izləyirəm.Yeri gəlmişkən, Parks necədir?
- Nə mənada? Oyun planında o qədər də nəzərə çarpmır. Ən azından, ötənilki formasından çox uzaqdır.
- Bax, buna görə mən ona keçən yay daha artıq pu verilməsinə etiraz etdim.
- Parks isə deyib ki, problem ancaq pulda olmayıb. Onun sözlərinə görə, sizin “Xəzər”də futbolçular konfliktiniz olub...
- Bu barədə indi danışmaq istəməzdim. Bir daha əmin oldum ki, Parksdan imtina etməklə düzgün addım atmışam.
Abbas Zahidi