Proyekt barədə | Reklam | Əlagə
Qeydiyyat
İstifadəçilər üçün giriş
Русская версия WAP RSS
Bağla



- Fanklubda qeydiyyat                       - Забыли пароль?
Rəylər
30.03.2012 / 0 şərh / 2771 -dəfə baxılıb

Futbolumuzun "zirzəmi"də olan gələcəyi (Yazı)

"Sumqayıt"ın baş məşqçisi Bernard Raab uğursuzluğa səbəbkar axtarmaqla məşğuldu. Əvvəlcə təcrübəli futbolçular günahlandırılırdısa, indi gənclərə qarşı ciddi tədbirlər görülür. Alman çalışdırıcı 3 futbolçunu - Samir Abdulov, Ruslan Tağızadə və Eşqin Quliyevi əvəzedici heyətə göndərib. Raab bu oyunçuları 1-2 matçlıq deyil, mövsümün sonuna qədər cəzalandırıb. Alman mütəxəssis eyni zamanda təcrübəli qapıçı Ruslan Məcidovu da əvəzedicilərdə oynamağa məhkum edir.

Bu gün "Sumqayıt"dan yazmaq istəyirəm. Səviyyəsiz premyer-liqamızı daha da səviyyəsizləşdirən "yamaq" komandadan.

AFFA rəhbərliyinin yeni "Şəfa" yaratmaq istəyi baş tutmadı. Düzdü, təşkil etdikləri klubu elitaya soxuşdura bildilər. Lakin qaş düzəltdikləri yerdə göz çıxartdılar.

Bir yamağın tarixçəsi

"Sumqayıt"ın premyer-liqada necə "zühur" etdiyini unudanların yaddaşını təzələyə bilərəm. Ötən mövsüm I divizionda sərgilədiyi futbol və qazandığı nəticələrlə hamını yaxşı mənada təəccübləndirən bir "Abşeron" vardı. Mirbağır İsayevin rəhbərlik etdiyi kollektiv rahatlıqla həm premyer-liqaya vəsiqə qazandı, həm də çempion oldu. Özü də heç bir oyunda yenilgi üzü görmədən. Amma...

İsayev və yetirmələri elitaya yüksəlməyin sevincini yaşadıqları bir vaxtda qara xəbərlər dolaşmağa başladı. Əvvəlcə, "Abşeron"un Sumqayıta köçərək, "Azərkimya"nın himayəsinə girəcəyi deyilirdi. Lakin bir neçə gün sonra Mirbağır bəy klubun prezidenti Yaşar Rüstəmovun ona zəng etdiyini və ona "Abşeron" yaşayası olmadı", - dediyini açıqladı.

Aradan bir neçə gün də ötdü. Və məlum oldu ki, "Azərkimya" debütanta sponsorluq edəcək. Amma "Abşeron"a yox, "Sumqayıt"a. Sən demə, "Abşeron" dağıldıqdan sonra AFFA rəhbərliyi I divizionda daha yaxşı nəticə qazanan kollektivlərin qapısını döyüb. Amma necə olubsa, mövsümü 3-cü sırada tamamlayan "Bakılı", ardından "Neftçi" İSM, "MKT-Araz" və "Şahdağ" premyer-liqada çıxış etməklə bağlı təklifə "yox" deyiblər. Axırda çempionatı 7-ci pillədə bitirən "Sumqayıt" AFFA-nın "dadına çatıb".

"Sumqayıt"ın premyer-liqaya necə "yamaq" edilməsi ilə bağlı bu qədər. İndi də gəlin mövsümün əvvəlində İngiltərə klublarından örnək götürüb, adının qarşısına "şəhər" sözü əlavə edən komandanın təşkil olunmasına və cari mövsümdəki çıxışına baxaq.

Elita üçün "uşaq baxçası"

AFFA "Sumqayıt Şəhər"i I divizionda çıxış edən "Sumqayıt"ın varisi kimi premyer-liqaya sırısa da, komanda sıfırdan yığıldı. Futbol təsərrüfatımıza rəhbərlik edən şəxslər "almanlaşma kursu" seçdiklərindən debütantı da Bernard Raab adlı birisinə tapşırdılar. Adamın məşqçilik karyerasına baxırsan, ancaq uşaq komandalarını, əvəzedici heyətləri çalışdırıb. Halbuki, millimizi çalışdıran Şahin Diniyev, Ağasəlim Mircavadov kimi məşqçilər hələ də işsizdi.

Raabın "Sumqayıt" üçün uyğun məşqçi olmadığı öz yerində, əgər bir komanda premyer-liqada çıxış etməyə qərar verirsə, buna uyğun da heyəti olmalıdı. Di gəl ki, yeni "Şəfa" yaratmaq sevdasına düşən AFFA rəhbərliyi aşağı yaş qruplarında forma geyinən futbolçuların əksəriyyətini gətirib, yığdılar "Sumqayıt"a. Mahmud Qurbanov, Samir Abasov, Aslan Kərimov və Aqil Məmmədovu isə təcrübəli futbolçu kimi "uşaq baxçasına" tərbiyəçi götürdülər. Lakin sonradan elə alındı ki, Kərimov heç bir oyunda iştirak etmədən futbolçu karyerasını bitirdiyini açıqladı, Məmmədov isə bir neçə matçda meydana çıxıb, butslarını mismardan asdı.

"Kəpəz"lə "zirzəmi oyunu"

"Sumqayıt"ın bu heyətlə və Raab kimi baş məşqçi ilə elitada qapazaltı olacağı öncədən bəlli idi. Və belə də oldu. İlk xalını IV turda evdə "Qarabağ"la qolsuz bərabərə qalmaqla qazanan "Sumqayıt" qələbə sevinci yaşamaq üçün XI turadək dözməli oldu. Və nəhayət, debütant öz meydanında AZAL-ı 2:1 hesabı ilə məğlub edib, Elxan Abdullayevin istefasına səbəbkar oldu. Sumqayıtlıların növbəti tur səfərdə "Qarabağ"ı analoji hesabla məğlub etməsi isə şok effekti yaratdı.

Premyer-liqanın XVI turu turnir cədvəlinin ilk 6 pilləsində heç bir dəyişikliyə səbəb olmasa da, "zirzəmi"nin sahibinin əvəzlənməsi ilə yadda qaldı. "Kəpəz"ə 4:1 hesabı ilə qalib gələn "Sumqayıt" turnir cədvəlinin son pilləsini "Turan"a təhvil verdi və XXIV turadək yoluna 11-ci pillədə davam etdi.

"Kəpəz"i 4:1 hesabı ilə məğlub etməklə "zirzəmi"dən qurtulan "Sumqayıt" elə "Kəpəz"ə uduzmaqla da yenidən sonuncu pilləyə yuvarlandı. Maraqlıdı ki, XXIV tur çərçivəsində Gəncədə baş tutan dueldə də 4:1 hesabı qeydə alındı. Ən gülməlisi isə odu ki, Raab həmin qarşılaşmadan sonra komandasının çıxışından razı qaldığını ifadə edib. Adam kimdən, nədən, hansı günlərindən razıdı? Onun bu cür düşünməsi alman soyuqqanlılığından irəli gəlir, yoxsa məğlubiyyətlər Raabın əsəb sistemində pozuntuya yol açıb?

Bu günün və gələcəyin rüsvayçı komandası

Hazırda turnir cədvəlinin sonuncu pilləsində qərarlaşan "Sumqayıt" hamıdan az - 18 top vurub, qapısında isə hamıdan çox - 44 qol görüb. Debütant cari çempionatda keçirdiyi 25 görüşdən 18-də məğlub olub ki, bu da ən pis göstəricidi. Ən pisi isə odu ki, Raabın komandası oyunlara köklənə bilmir. Sanki futbolçular artıq taleləri ilə barışdıqları üçün matçlarda can yandırmırlar. Halbuki, onların əksəriyyəti millinin üzvləridi. Canfəşanlıq edib komandaya fayda vermək bir yana, aparıcı klubların diqqətini çəkmək əvəzinə, işlərinə barmaqarası yanaşırlar. Budurmu futbolumuzun gələcəyi?

"Sumqayıt"ın elitada yerini qoruya biləcəyi müşkül məsələdi. Bu, öz yerində. Əsas məsələ odu ki, AFFA meydanda gəzişən, formasını geyindikləri komanda üçün can yandırmayan gənclərə bel bağlayır. Bu isə o deməkdi ki, futbolumuzu daha rüsvayçı günlər gözləyir. Deyəsən, yaxın gələcəkdə "Sumqayıt"a bənzəyən milliyə azarkeşlik etmək məcburiyyətində qalacağıq.
 
Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Şərhlər [ Bütün şərhlərə baxmaq ]

Turnir cədvəli

KlubOH
1Simurq1427
2AZAL1326
3İnter1423
4Simurq1419
5Bakı1415
6Qəbələ1413
7AZAL1413
8Rəvan1413
9-00
10-00
Bütün cədvəl

Səsvermə


Müsahibə

25.06.2012 Rəşad Abdullayev: Komandaya yeni nəfəs gətirdiyimi hiss etdirmək istəyirəm (Müsahibə) (0)
R.Abdullayev “Qəbələ FK” qəzetinə müsahibəsində kluba keçidi, yeni komandasında hədəfi və bir çox başqa məqamlardan danışdı. 
16.06.2012 Fabio Luis Ramim AZAL-dan təklif gözləyir və millimizdəki karyerasını bitmiş sayır (Müsahibə) (0)
Milli komandamızın və “Bakı”nın sabiq futbolçusu Fabio Luis Ramim müsahibə verib. 

Ən çox oxunanlar

Ən cox şərh olunanlar


Oyun cədvəli

14

21.01.2021
16:00
Səbail
Neftçi
1
3
16:00
FC Zire
Qəbələ
2
0
18:00
Sabah
Qarabağ
1
2
22.01.2021
16:00
Keşlə
Sumqayıt
0
1



Açar sözlər


 

© 1999-2014 Azerifootball
info@azerifootball.com

Saytın yaradılması və dəstək: ExtraWeb

Proyekt haqqında Reklam Əlaqə

Saytdakı materiallardan istifadə edilərkən www.azerifootball.com link şəklində istinad mütləqdir
www.azerifootball.com saytı reklam materiallara və banerlərə görə məsuliyyət daşımır.