Proyekt barədə | Reklam | Əlagə
Qeydiyyat
İstifadəçilər üçün giriş
Русская версия WAP RSS
Bağla



- Fanklubda qeydiyyat                       - Забыли пароль?
Rəylər
31.03.2012 / 0 şərh / 2015 -dəfə baxılıb

"Qarabağ" bizi arxaya çəkilməyə məcbur etdi" (Müsahibə)

"Qəbələ"nin baş məşqçisi Fatih Kavlakın müsahibəsi

- Nəyə görə kubokda yarımfinala çıxa bilmədiz?
- İki oyunun nəticəsinə görə üstünlük əldə edə bilmədiyimiz üçün kənarda qaldıq. İstədiyimiz nəticəni ala bilmədik.

- Komandanız əvvəlki oyunlardan fərqli olaraq, bu dəfə müdafiəyəmeylli taktika seçdiz. Bu, nədən irəli gəlirdi?
- Deməzdim ki, tamamilə müdafiəyə çəkilmişdik. Özünüz də gördüz ki, birinci hissədə kifayət qədər irəlidə olduq, hücum futbolu oynadıq. Amma fasilədən sonra "Qarabağ" üstümüzə gəlməyə başladı. Rəqib topa hakim olmağa başlayınca, biz də məcbur olub, müdafiəyə diqqəti artırdıq. Ümumilikdə, konkret hansısa komandanın sırf hücum futbolu göstərdiyini demək olmaz. Futboldu bu, hücum etməyi bacardığın kimi, müdafiə də olunmalısan. Arxaya çəkilmək niyyətimiz yox idi. Amma rəqibi bizi məcbur etdi. Təəssüf edirəm ki, istədiyimiz oyunu alındıra bilmədik.

- Bizdə olan məlumata görə, klub rəhbərliyinə söz vermişdiz ki, kuboku qazanıb "Qəbələ"ni Avropa Liqasına çıxaracaqsız. Olub belə söhbət?
- Hardan eşitdiz? Kim kimə söz verib, mən anlamıram. Sualınız mənə çatmadı. Əlbəttə, hədəfimiz Avropa Liqasına vəsiqə qazanmaqdı. Bunun da bir yolu kubokdan keçir. Sizə bu məlumatı kim verib, bilmirəm. Mən heç kimlə söhbət etməmişəm, kiməsə kubok qazanacağımı söz verməmişəm. Futbolçularla danışmışıq ki, əlimizdən gələni edib avroliqaya çıxaq. Elə-belə komandaya məğlub olmamışıq. "Qarabağ" çox güclü komandadı.

- Danışığınızdan belə başa düşülür ki, artıq "Qəbələ"nin avrokubok şansı yoxdu. Amma bu, çətin də olsa, Premyer Liqadan mümkündü. Üstəlik, komandanız son turlar uğurlu çıxış edir.
- Niyə elə başa düşürsüz ki? Avrokuboklara çıxmaq üçün bir yolumuz qalıb. Çalışacağıq ki, Premyer Liqada uğurlu çıxışı davam etdirib, istəyimizə nail olaq.

- Şanslarınızı necə qiymətləndirirsiz?
- Məncə, şansımız var və bunu dəyərləndirmək üçün əlimizdən gələni edəcəyik.

- "Qəbələ"də kifayət qədər texnikalı, güclü və təcrübəli futbolçular çıxış edirlər. Amma komandada qeyri-stabillik var. Evdə uğurlu oynayır, iddialı rəqibləri məğlub edirsiz. Səfərdə isə çıxışınız alınmır. Bunun səbəbi nədədi?
- "Qarabağ"la iki dəfə səfərdə üz-üzə gəldik və hər ikisində heç-heçə etmişik. Əgər diqqət etmisizsə, onlar da evdə uğurlu çıxış edən komandalardan biridi. Biz zəif rəqibin qonağı olmamışıq. Götürək elə "Qarabağ"ı. Doğma meydanda "Neftçi"ni, "Xəzər Lənkəran"ı məğlub edib. Son iki dəfə «Bakı»ya səfərdə qalib gəldilər. Komanda artıq neçə ildi ki, avrokubokda uğurlu çıxış edir, özünü yaxşı tərəfdən göstərir. Oturuşmuş bir kollektivdi. Onlara qarşı oynamaq çox çətindi, məsuliyyət tələb edir. Bunların hamısı futbolun içində olan məsələlərdi. "Qəbələ" meydanda tək olmur. Rəqibə əsasən taktika seçirik.

- Fatih Kavlak erası başa çatmadı?
- Kubok oyununda "Qarabağ"a uduzmaqla istefa vermək olmaz. Buna ancaq rəhbərlik qərar verə bilər. İş birliyimiz davam edir.

- Heç olmasa, etiraf edirsiz ki, cavab oyunu üçün doğru taktika seçə bilmədiyinizə görə məğlub olduz?
- Xeyr, elə bir şey ola bilməz. Etiraf ediləsi nəsə yoxdu. Doğrusu, suallarınızın tam məqsədini anlaya bilmirəm. Nəyə görə belə suallar verdiyiniz mənə maraqlıdı. Kubokda mərhələ adlaya bilmədik. Əlbəttə, təəssüf edirik. Heyətdə ab-hava yaxşı deyil. Lakin ruhdan düşmək olmaz. Avropaya getməyin yolu var və bundan istifadə etmək üçün bacardığımızı əsirgəməyəcəyik.

- Ona görə belə suallar verirəm ki, son vaxtlar "Qəbələ"nin oyunlarını yaxından izlədiyimdən, komandadan potensialının normal olduğunu düşünürəm. Bu qədər potensialı olan, hər bir imkan yaradılan komanda uğurlu nəticə verməyə borcludu...
- Məğlubiyyətdə günahkar axtarmaq lazım deyil. Qələbə qazansaydıq, mərhələni komanda şəklində keçmiş olacaqdıq. Tək mən yox. Ona görə uğursuzluğu kiminsə üstünə atmaq lazım deyil. Qazana bilmədik, komanda olaraq kubokdan kənarda qaldıq. Günahkar lazımdı sizə?

- Belə bir deyim var - qalib komandanı mühakimə etməzlər. Komanda məğlub olanda isə səbəbləri araşdırılır, ağırlıq baş məşqçinin üstünə düşür...
- Qalib gəldiyimiz zaman da səbəbkar olmur, məğlub olanda da. Mən sizinlə razılaşmıram. Əgər siz elə düşünürsüzsə, hörmət edirəm, şəxsi fikrinizdi.

 
Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Şərhlər [ Bütün şərhlərə baxmaq ]

Turnir cədvəli

KlubOH
1Simurq1427
2AZAL1326
3İnter1423
4Simurq1419
5Bakı1415
6Qəbələ1413
7AZAL1413
8Rəvan1413
9-00
10-00
Bütün cədvəl

Səsvermə


Müsahibə

25.06.2012 Rəşad Abdullayev: Komandaya yeni nəfəs gətirdiyimi hiss etdirmək istəyirəm (Müsahibə) (0)
R.Abdullayev “Qəbələ FK” qəzetinə müsahibəsində kluba keçidi, yeni komandasında hədəfi və bir çox başqa məqamlardan danışdı. 
16.06.2012 Fabio Luis Ramim AZAL-dan təklif gözləyir və millimizdəki karyerasını bitmiş sayır (Müsahibə) (0)
Milli komandamızın və “Bakı”nın sabiq futbolçusu Fabio Luis Ramim müsahibə verib. 

Ən çox oxunanlar

Ən cox şərh olunanlar


Oyun cədvəli

14

21.01.2021
16:00
Səbail
Neftçi
1
3
16:00
FC Zire
Qəbələ
2
0
18:00
Sabah
Qarabağ
1
2
22.01.2021
16:00
Keşlə
Sumqayıt
0
1



Açar sözlər


 

© 1999-2014 Azerifootball
info@azerifootball.com

Saytın yaradılması və dəstək: ExtraWeb

Proyekt haqqında Reklam Əlaqə

Saytdakı materiallardan istifadə edilərkən www.azerifootball.com link şəklində istinad mütləqdir
www.azerifootball.com saytı reklam materiallara və banerlərə görə məsuliyyət daşımır.