Proyekt barədə | Reklam | Əlagə
Qeydiyyat
İstifadəçilər üçün giriş
Русская версия WAP RSS
Bağla



- Fanklubda qeydiyyat                       - Забыли пароль?
Rəylər
01.04.2012 / 0 şərh / 2366 -dəfə baxılıb

Sənin nəyini sevək, adam? (Yazı)

Çox hörmətli Ağasəlim Mircavadov o gün telekanalların birində yenə telli sazını əlinə alıb, dınqıldadırdı. Yaşlı və işsiz mütəxəssisimizin bir fikri məni özünə necə bənd elədisə, o bənd olan, bənd olub qalmışam. Mircavadov efirdən, yüzminlərlə, bəlkə də milyonlarla insanın gözünün içinə baxaraq dedi: «Bizim bədbəxtçiliyimiz ondadı ki, bizdə yerli mütəxəssislərə inam yoxdu, bizi sevmirlər». Bax, buna deyərəm etiraf! Bəli, biz sizi - yəni yerli məşqçiləri sevmirik, hörmətli Mircavadov. Nöşün? Ona görə ki...

Ona görə ki, siz qorxaqsız. Millidə işləyənlərinizə AFFA, klublarda baş məşqçilik edənlərinizə klub rəhbərləri söyür, hansı havanı çalırlar, o havaya oynayırsız. AFFA rəhbərliyi istəyəndə sizin baş məşqçi olduğunuz millini hansısa polis bölməsinin həyətində məşq etdirir. Ancaq bəyənmədiyiniz Berti Foqts yığmanın Avstriyadan tutmuş Almaniyaya, ordan da Dubaya kimi - ən yaxşı yerlərdə təlim-məşq toplanışı keçməsi üçün AFFA rəhbərliyini məcbur edir. Foqtsa diqtə etmirlər, Foqts diqtə edir.

Siz paxılsız. Hə, paxıl! Bu gün Foqtsa paxıllıq edirsiz, dünən Karlos Alberto Torresə paxıllıq edirdiz. Əcnəbilər bir tərəfə, o qədər paxılsız ki, özünüzə, özünüzdən olana da paxıllıq edirsiz. Şahin Diniyev millinin «sükanı arxasında» olanda arxasınca nə qədər danışırdız, yadınızdan çıxıb?

Siz - yerli məşqçilər ikiüzlüsüz. Çayxanalarda, yolda, kolda jurnalist görən kimi AFFA rəhbərliyinin, Foqts başda olmaqla burdakı bütün alman məşqçilərin qabırğasına döşəyib, onlarla üz-üzə gələndə irişirsiz. Sizin hamınızın bir adəti var: «O diktofonu söndür, bunları yazma hələ...». Müsahibələrdə AFFA rəhbərliyinin qabırğasına döşəyəndə mütləq diktofonu söndürtmək adəti var sizdə.

Siz savadsızsız. Kitab oxumursuz, dünyadan xəbəriniz yoxdu. Elə təkcə «Komanda»nın keçirdiyi sorğularda nə qədər savadsız, cahil olduğunuz sübut olunub. Cek London kimi dünyaca məşhur yazıçının futbol yazarı olduğunu, həm də hələ yaşadığını «təxmin edən» məşqçi savadlı, mütaliə edən məşqçi ola bilməz. Mütaliəsi olmayan, kitabları sevməyənlərdən isə böyük işlər gözləmək axmaqlıqdı.

Siz pulgirsiz. Pula görə hər şeyə razılaşarsız. Oyun da satarsız, lazım gəlsə başqa şeyləri də. Pula görə istənilən klub rəhbərinin qabağında baş əyərsiz.

Sizin istefa mədəniyyətiniz yoxdu. Mütləq qovulmalısız, özünüz öz ayağınızla getməyi bacarmırsız. Məğlubiyyətləri sıralayıb, insanları bezdirəndən sonra gedirsiz. Yox, yox, getmirsiz, qovulursuz.

Siz məşqçiliyi bacarmırsız. Bacarsaydız, rus, ukraynalı, moldovan, rumın, türkiyəli, hətta gürcü məşqçilər gəlib burda məşqçilik etməzdi. Bacarsaydız, heç olmasa, hansısa biriniz xaricdə məşqçilik edərdi. Siz bilirsiz, həm də çox yaxşı bilirsiz ki, bu ağılla, bacarıqla heç bir ağıllı xarici klub rəhbəri sizinlə əməkdaşlıq etməz. Sizinki elə buradı - pulunu basıb yeməyə hər cür imkanın olduğu Azərbaycan.

Siz alverçisiz. Oyun alverindən tutmuş oyunçu alverinə kimi - hər şeyi bacarırsız. Nadir Qasımov bir dəfə «Komanda»ya möhtəşəm açıqlama vermişdi... Qasımov «Bakılı»nın baş məşqçisi olanda «Neftçi»ni çalışdıran Kazbek Tuayevlə razılığa gəlir ki, çempionatda o buna, kubokda da bu ona «yaşıl işıq» yandırsın. Amma qadasını Elxan Məmmədovun aldığı Tuayev hiylə işlədir, razılığı pozur və hər iki turnirdə «Bakılı»nın qabağında «qırmızı işıq» yandırır. Görürsüzmü, siz həm də yalançısız, saxtakarsız.

...Və buyur, sən de, Mircavadov, sizin nəyinizə güvənək, nəyinizi sevək?

 
Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Şərhlər [ Bütün şərhlərə baxmaq ]

Turnir cədvəli

KlubOH
1Simurq1427
2AZAL1326
3İnter1423
4Simurq1419
5Bakı1415
6Qəbələ1413
7AZAL1413
8Rəvan1413
9-00
10-00
Bütün cədvəl

Səsvermə


Müsahibə

25.06.2012 Rəşad Abdullayev: Komandaya yeni nəfəs gətirdiyimi hiss etdirmək istəyirəm (Müsahibə) (0)
R.Abdullayev “Qəbələ FK” qəzetinə müsahibəsində kluba keçidi, yeni komandasında hədəfi və bir çox başqa məqamlardan danışdı. 
16.06.2012 Fabio Luis Ramim AZAL-dan təklif gözləyir və millimizdəki karyerasını bitmiş sayır (Müsahibə) (0)
Milli komandamızın və “Bakı”nın sabiq futbolçusu Fabio Luis Ramim müsahibə verib. 

Ən çox oxunanlar

Ən cox şərh olunanlar


Oyun cədvəli

14

21.01.2021
16:00
Səbail
Neftçi
1
3
16:00
FC Zire
Qəbələ
2
0
18:00
Sabah
Qarabağ
1
2
22.01.2021
16:00
Keşlə
Sumqayıt
0
1



Açar sözlər


 

© 1999-2014 Azerifootball
info@azerifootball.com

Saytın yaradılması və dəstək: ExtraWeb

Proyekt haqqında Reklam Əlaqə

Saytdakı materiallardan istifadə edilərkən www.azerifootball.com link şəklində istinad mütləqdir
www.azerifootball.com saytı reklam materiallara və banerlərə görə məsuliyyət daşımır.