Proyekt barədə | Reklam | Əlagə
Qeydiyyat
İstifadəçilər üçün giriş
Русская версия WAP RSS
Bağla



- Fanklubda qeydiyyat                       - Забыли пароль?
Rəylər
03.04.2012 / 0 şərh / 2124 -dəfə baxılıb

Yunis Hüseynov: Hər oyun meydana çıxıb, gəzə-gəzə 3-4 qol vururdum

"Bakı" futbol klubunun uşaq və yeniyetmə futbolçular üçün nəşr etdirdiyi "Toplu Bakı" jurnalı veteran futbolçularla silsilə müsahibələri davam etdirir. Bu dəfə jurnalın qonağı Yunis Hüseynovdu.

Adı, soyadı: Yunis Hüseynov

Doğum tarixi: 1 fevral 1965 (47 yaş)

Boyu və çəkisi: 180 sм/ 75 kq

Mövqeyi: Yarımmüdafiəçi

Peşəkar karyerası: "Neftçi (1984-1991), İran (1992-1993), "Neftçi" (1993-1998), "Kəpəz" (1998-2000)
1993-1998-ci illərdə Azərbaycan milli komandasının heyətində 34 oyun keçirib, 4 qol vurub.

Nailiyyətləri: "Neftçi"nin heyətində Azərbaycan çempionu: 1992,1996
"Neftçi"nin heyətində Azərbaycan çempionatının gümüş mükafatçısı: 1997
"Neftçi"nin heyətində Azərbaycan çempionatının bürünc mükafatçısı:1995, 1999
"Neftçi"nin heyətində Azərbaycan kubokunun sahibi:1995,1996,1999

Məşqçi karyerası: "Karvan" (2005-2007)
"Standard" Bakı (2007)
"Karvan" (2008-2009)
"Xəzər Lənkəran" (2012 - ...)

Maraqlı faktlar: 1998-ci ildə "Kəpəz"ə keçərək 1999/2000-ci il mövsümü Çempionlar Liqasının kvalifikasiya raundunda çıxış edib, 2000-ci ilin avqustunda "Kəpəz"in heyətində UEFA kubokunda oynayıb.

İki dəfə, 1994 və 1998-ci illərdə "İdman" qəzetinin sorğusuna əsasən "Azərbaycanda ilin futbolçusu" seçilib. Vurduğu qolların sayına görə (66) Azərbaycan premyer Liqası tarixində ən yaxşı 23-cü futbolçudu.

Keçmiş futbolçu və məşqçi Yunis Hüseynovu Azərbaycanda tanımayan yoxdu. Karyerasına Gəncənin "Kəpəz" klubunda başlayan Hüseynov çox keçmədən "Neftçi"yə keçir. 1984-1998-ci illər ərzində bu komandada oynayır. Düzdür, 1992-ci ildə qısa müddətə olsa da, sevimli komandasını tərk edərək İrana yollansa da, özünün dediyi kimi, darıxaraq geri qayıdır. Milli komandanın heyətində bir sıra tarixi oyunlarda meydana çıxmış Yunis bəyin məşqçi karyerasını da uğurlu hesab etmək olar. O, başçılıq etdiyi "Karvan"a ölkə çempionatında bürünc və gümüş medalları qazandırıb. Onun haqqında çox danışmaq olar. Bunlar barədə özünün danışmağı daha maraqlıdı.

Görəsən cərimə zərbələrini dəqiq yerinə yetirməsi ilə orta yaşlı nəslin yaddaşlarında qalmış bu məşhur insan bu günə hansı yollarla gəlib. Bunu bilmək üçün keçmiş yarımmüdafiəçi ilə görüşdük.

"Alverçilərin səs-küyü, bazarın iy-qoxusu ilə böyümüşük"

Mən Gəncədə doğulmuşam. Uşaqlığım çox maraqlı keçib. Evimiz bazarın yanında yerləşdiyi üçün küçəmiz şəhərin ən qaynar yerlərindən biri idi. Məhəllə sakinlərinin çoxu alverçilər idi. Alverçilərin səs-küyü, bazarın iy-qoxusu ilə böyümüşük. Belə bir məhəllədə isə sakit uşaq olmaq mümkün deyildi. Məhəllə uşaqları ilə yaxınlıqdakı məktəbin həyətənə gedər, axşama kimi futbol oynardıq. Futbola həvəsim məndən 15 yaş böyük qardaşım İsmayıldan keçib. O uzun illər "Kəpəz"ın kapitanı olub. Elbrus Abbasov, Anatoli Banişevski kimi usta futbolçularla birgə oynayıb.

Məktəbdə, 5-ci sinfə kimi əlaçı olmuşam. Valideynlərim mənim futbola getməyimi istəmirdi. Buna baxmayaraq məni futboldan ayırmaq mümkün deyildi. Bir ara futboldan soyumuşdum. Orta məktəbdə idman müəllimim qıvraq uşaq olduğumu görüb məndə güləşə həvəs oyatdı. Həmin vaxt 11-12 yaşım olardı. Bir ilə yaxın da güləşə getdim. Maraqlı səslənsə də, bundan evdəkilərin xəbəri olmadı. Güləşin mənlik olmadığını başa düşəndən sonra, getdim futbol məşqçisi Konstantin Obramenkonun yanına. Onun rəhbərliyi ilə ilk dəfə "Dəri top" turnirində oynadım.

16-17 yaşıma kimi Obramenkonun yanına futbola getdim. 10-cu sinifdə oxuyurdum. 1981-ci il idi. Futboldan bezdiyim üçün . 6-7 ay olardı ki, futbol oynamır, məşqlərə getmirdim. Demək olar ki, futboldan getmişdim. Günüm məhəllə uşaqları ilə bazarın tinində gəlib-gedənlərə baxmaqla keçirdi. "Təsadüf nəticəsində mən peşəkar futbola gəldim". Günlərin bir günü məni, Gəncə şəhər İdman komitəsinin sədri rəhmətlik Hamlet Zeynalov küçəmizdən keçəndə gördü. O məni dəfələrlə yarışlarda görmüşdü. Mənim yeniyetmələrdən ibarət Azərbaycan yığma komandasında oynadığımı bilirdi. O mənə dedi: "Niyə futbol oynamırsan a bala. Axşam saat 5-də gələrsən stadiona". Həmin gün SSRİ çempionatının 9-cu zonası üzrə yarışda "Tərəqqi" "Xəzər Lənkəran"ı qəbul edirdi. Çempionatın reqlamentinə görə hər bir komandanın heyətində 18 yaşadək 1 futbolçunun oynaması mütləq şərt idi.

Lənkəranlıların baş məşqçisi Kazbek Tuayev, heyətlərin əksəriyyəti isə "Neftçi"nin keçmiş oyunçuları idi. Oyunun ikinci hissəsində mənim meydana çıxacağımı deyəndə, əvvəlcə həyəcanlandım. Çoxdandı futbol oynamadığım üçün qorxdum. İkinci hissədə çıxdım və həddindən artıq yaxşı oynadım. Bu təsadüf nəticəsində mən peşəkar futbola gəldim. Həmin gün ştata götürüldüm, oyun və məşq üçün forma aldım. Beləliklə 16 yaşımdan futbola başladım. Bir ilə yaxın burada oynayandan sonra "Neftçi"yə dəvət edildim.

"Neftçi" zirvə idi. Mənim bir futbolçu kimi yetişməyimin səbəbkarı "Neftçi"di. 1983-ci ildən 1998-ci ilə kimi "Neftçi"də oynamışam. İlk dövrə bu komandaya gələndə məşhur Səməd Qurbanov karyerasını bitirdi. Rəşid Özbəyov, İsgəndər Cavadov, Əsgər Abdullayev, Arzu Səmədov, Asif Əliyev, Novruz Əzimov, Nazim Süleymanov kimi futbolçularla çiyin-çiyinə oynamışıq. "Neftçi" zirvə idi. Biz o vaxt klubun avtobusuna oturub oyuna gedəndə, pul fikirləşmirdik. Məqsədimiz ancaq o formanı geyinərək milyonlarla televiziya tamaşaçıları, və 30 minlik stadionun qarşısına çıxmaq idi. O vaxt bütün futbolçular "Neftçi"nin formasını geymək həsrəti ilə yaşıyırdı. Bizə adi həyatda da bir çox üstünlüklər verilirdi. Hər tərəfdə futbolçular üçün yaşıl işıq yanırdı. 1989-cu ildən 1998-ci ilə kimi isə bu komandanın kapitanı olmuşam. Düzdü, 15 illik "Neftçi" karyeramda 6 aylıq da olsa, komandadan ayrılmışam. 1992-ci ildə 6 ay müddətinə İranda, Tehranın "Kəşavərdi" klubunda oynamışam.

"Getsəydim, elə Yunis Hüseynov da Olimpiya çempionu olacaqdı"

1986-1988-ci illərdə SSRİ Olimiya yığmasının üzvü olmuşam. 1988-ci ildə olimpiyadaya 3 ay qalmış Koreyanın Seul şəhərində olimpiya oyunları qabağı turnir keçirilirdi. Mənim onda 23 yaşım vardı. Bütün milli komandalar Seul şəhərinə gəlmişdi. 25 gün ərzində bu turnirdə oynadıq və 2-ci yeri tutduq. Bütün oyunlarda meydana çıxaraq əla oynadım. Yarış bitər-bitməz 3-4 ölkədən gəlmiş menecerlər məni öz ölkələrində oynamağa dəvət etdilər. Təbii ki, sovet dövründə bu çox müşkül məsələ olduğu üçün gedişim alınmadı. Turnirdən sonra məşqçilər korpusu mənimlə söhbət zamanı olimpiyadada çıxış edəcəyimi bildirdi.

Ay yarımdan sonra olimpiyada başlayırdı. Sevinə-sevinə Bakıya qayıdıb öz üzərimdə daha da çox çalışmağa başladım. İşlər elə gətirdi ki, mənim işimi "burdular". Getsəydim elə Yunis Hüseynov da olimpiya çempionu olacaqdı. Elə alındı ki, məni olimpiyadaya aparmadılar. Onların kim olmasını da sonradan bildim. İndi bu barədə danışmağın heç bir faydası yoxdu.

SSRİ dağılandan sonra, ilk Azərbaycan çempionatında oynamaq istəmirdim. Demək olar, məşqlərə can yandırmırdım, futboldan soyumuşdum. Çünki, hər oyun meydana çıxıb, gəzə-gəzə 3-4 qol vururdum. Səviyyə çox aşağı düşdüyü üçün həvəs də ölmüşdü. O vaxt heç bir komanda təlim-məşq toplanışlarına getmirdi. Klubların maddi imkanları yox səviyyəsində idi. Buna baxmayaraq bəzi Rusiya klubları istəsə də, mən heç yerə getmədim.1993-cü ildən başlayaraq millidə oynamağa başladım. O dövrdə millidə oynayanlar Sovet futbol məktəbinin yetirmələri idi. Ona görə qazandığımız potensialın hesabına bir neçə illər millini təmsil etdik. İsveçrə üzərində Bakıda tarixi qələbə, Norveçi 1:0 hesabı ilə məğlub etməyimiz sırf bununla bağlı idi. O güc tükənəndən sonra isə biz yalnız yarım saat meydanda başabaş mübarizə aparırdıq.

1998-ci ilə kimi indi olan şərait yaradılsaydı, biz yaxşı nəticələr qazana bilərdik. Sonradan nəsil dəyişdi və biz daha da gerilədik. "Mən heç vaxt, CV ilə futbolçu götürməmişəm". Peşəkar məşqçiliyə "Karvan" da başladım. Demək olar ki, komandanı quranlardan biri mən idim. Futbolçuları əsasən topla davranışına baxıb seçirdim. Ümumiyyətlə, mən heç vaxt, CV ilə futbolçu götürməmişəm. Onun hansı klublarda oynaması da mənə maraqlı deyil.

"Karvan" ilə bir çox nailiyyətlərimiz oldu. İlk dəfə Azərbaycan adına UEFA kubokunda mərhələ adladıq. Klub çempionatda legionerlərə qoyulan limitdən sonra uğursuzluğa düçar oldu. İlk 11-likdə 3 legionerin oynamasına icazə verirdilər. Heyətin əksər hissəsi gəlmə futbolçular olduğu üçün bu bizə böyük zərbə oldu. Yaxşı futbolçularımız vardı.

"Belə adamları futboldan küsdürmək olmaz"

"Bakı"nın bazasında bu gün ilk dəfə oldum. Açığı, burada gördüklərim məni təəccübləndirdi. Bu klubun rəhbərliyi gənc futbolçular üçün hər cür şərait yaradıb. Futbola aid olan hər şey bu gün burada var. Xüsusən də, uşaqların futbola cəlb olunması üçün bir sıra layihələr həyata keçirilir. Bu yaxınlarda eşitdim ki, Hafiz Məmmədov "Bakı"nı idman klubuna çevirir. Görün, bu insan idmanın inkişafı üçün nə qədər iş görür. Belə adamları futboldan küsdürmək olmaz. Onlar ölkənin imici üçün əlindən gələni edir.

"Toplu Bakı" jurnalı klubun vizit kartıdı. Jurnala baxanda klubun gördüyü işlər, komandaların çıxışı, mütəxəssis məsləhətlərinə geniş yer ayrıldığını görürük. Mən bunu alqışlayıram.

"İki-üç ildən sonra klublarımıza legioner lazım olmayacaq"

Gənclər futbolumuzun sabahıdı. Gənclərin əsas heyətə gəlişi davamlı olmalıdı. Klubun aşağı yaş qrupları mexanizm kimi çalışmalı və yetişdirdiyi futbolçuları əsas heyətə yollamalıdır. Bu gün "klubların heyətində də gənclərin çoxaldığını müşahidə edirik. Bu, ilk növbədə klub rəhbərlərinin siyasətidi. Məşqçilər isə bunu davamlı xarakterə salmalıdı. O futbolçulardan istifadə olunmalıdı. Yerli futbolçularımızda da günah çoxdu. Onların əksəriyyəti peşəkar deyil. Qabında olanla razılaşıb, bacarıqlarını artırmırlar. Aza qane olub, inkişaf etmirlər. Özlərinə əziyyət vermək istəmirlər. Məşq bitəndən sonra hər bir futbolçu öz zəif olduğu sahədə əlavə çalışmalıdı. Gəlin görək bu gün neçə futbolçu məşqdən sonra bunları edir? - Çoxu harasa tələsir.

Legionerlərin əksəriyyəti isə öz üzərlərində az da olsa, çalışırlar. Buna baxmayaraq, inanıram ki, iki-üç ildən sonra klublarımıza legioner lazım olmayacaq.

 
Müəllif: Azerifootball.com     Çap et Geri Yuxarı
Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Şərhlər [ Bütün şərhlərə baxmaq ]

Turnir cədvəli

KlubOH
1Simurq1427
2AZAL1326
3İnter1423
4Simurq1419
5Bakı1415
6Qəbələ1413
7AZAL1413
8Rəvan1413
9-00
10-00
Bütün cədvəl

Səsvermə


Müsahibə

25.06.2012 Rəşad Abdullayev: Komandaya yeni nəfəs gətirdiyimi hiss etdirmək istəyirəm (Müsahibə) (0)
R.Abdullayev “Qəbələ FK” qəzetinə müsahibəsində kluba keçidi, yeni komandasında hədəfi və bir çox başqa məqamlardan danışdı. 
16.06.2012 Fabio Luis Ramim AZAL-dan təklif gözləyir və millimizdəki karyerasını bitmiş sayır (Müsahibə) (0)
Milli komandamızın və “Bakı”nın sabiq futbolçusu Fabio Luis Ramim müsahibə verib. 

Ən çox oxunanlar

Ən cox şərh olunanlar


Oyun cədvəli

14

21.01.2021
16:00
Səbail
Neftçi
1
3
16:00
FC Zire
Qəbələ
2
0
18:00
Sabah
Qarabağ
1
2
22.01.2021
16:00
Keşlə
Sumqayıt
0
1



Açar sözlər


 

© 1999-2014 Azerifootball
info@azerifootball.com

Saytın yaradılması və dəstək: ExtraWeb

Proyekt haqqında Reklam Əlaqə

Saytdakı materiallardan istifadə edilərkən www.azerifootball.com link şəklində istinad mütləqdir
www.azerifootball.com saytı reklam materiallara və banerlərə görə məsuliyyət daşımır.