Proyekt barədə | Reklam | Əlagə
Qeydiyyat
İstifadəçilər üçün giriş
Русская версия WAP RSS
Bağla



- Fanklubda qeydiyyat                       - Забыли пароль?
Rəylər
03.04.2012 / 0 şərh / 2247 -dəfə baxılıb

Rəşad Sadıqov: Qələt edir onu deyən, başını daşa döyür! (Müsahibə)

"Qarabağ"ın müdafiəçisi Rəşad Sadıqovun müsahibəsi

- Belə oyunqabağı zədələnməyin birmənalı qarşılanmadı. Yəqin ki, özün də bunun təsirini hiss etdin.
- Başıma gələnləri iki yerə yozmaq lazım deyil, bunun bir mənası var. Necə yəni birmənalı qarşılanmadı?

- Belə bir söz-söhbət çıxdı ki, "Neftçi"yə qarşı bilərəkdən oynamırsan.
- Qələt edir onu deyən! Bilərəkdən oynamamaq nədi… Mümkün deyil. Kim deyirsə, başını daşa döyür!

- Klubun həkiminin oynamağına icazə verməməsi doğrudu?
- Bu vəziyyətdə də oynamaq istəyirdim, həkim qoymadı. Dedi ki, oynasan, yenə bir-iki ay futboldan kənar qalacaqsan. Keçən il əzələ zədəsinə görə dörd ay oynamadığımı bilirsiz. Ona görə qoymadılar. Yoxsa məni saxlamaq olardı? Bu oyunda meydançaya çıxmaq üçün hər şeyə hazır idim. Qismət beləymiş!

- "Neftçi" rəhbərliyi ilə də yaxşı münasibətin var. Demək istəyirəm ki, buna görə belə söz-söhbətlər yayılır, bilirsən?
- Bayaq dedim, onu deyən qələt edir! Çünki sən Rəşadı yaxşı tanıyırsan. Bunu ancaq məni tanımayanlar deyə bilər. Bu zədəni "Qəbələ" ilə oyunun son dəqiqələrində aldım. Axıra 15 dəqiqə qalmış. Sağ ayağımda qabaq əzələ ağrı verir.

- Son turlarda meydana iynə ilə çıxırdın?
- Yox. Allaha şükür, hər şey qaydasında idi. İynəyə ehtiyac qalmırdı. Sadəcə, zərbə vurduğum epizodda ağrı hiss elədim. Elə o dəqiqə bunu həkimlərə işarə ilə bildirmişdim. Oyundan sonra Bakıda müayinə olundum. Rentgenin cavabı bilindi, həkim də dedi ki, olmaz sənə meydançaya çıxmaq.

- Neçə həftə oynamayacaqsan?
- Əlimdən gələni edirdim ki, "Neftçi" ilə oyuna çıxım. Amma dəqiq bilmirdim. İnşallah, tez sağalaram. "İnter"lə oyuna özümü çatdrmalıyam.

- İndi özünü necə hiss edirsən?
- Yaxşı. Yeriyəndə ağrı vermir. Topa zərbə vuranda dəhşət ağrı olur.

- "Neftçi" ilə qarşılaşmanı canlı izlədin?
- Hə, stadionda idim.

- Anar Salmanovun bu matça təyinat alacağı və "Neftçi"yə kömək edəcəyi əvvəldən məlum idi. Səncə, 90 dəqiqə nəyi göstərdi?
- Deməzdim ki, Anar Salmanov kiməsə simpatiya göstərdi. Ümumi götürsək, pis hakimlik eləmədi. Bir şeyi demək istəyirəm ki, artıq hakimlər anlamalıdı, qəbul etməlidi ki, hər xırda epizoda görə oyunu saxlamaq olmaz. Hər yıxılana görə oyunu dayandırmaq düzgün deyil. Bizim hakimlərdə belə bir xasiyyət var, Flavinyo yıxıldısa, mütləq cərimə verirlər. Flavinyo yerə yıxılırsa, deməli, cərimə zərbəsidi? Belə olmaz axı. Hamı bilir ki, o, yıxılmağa meyillidi. Bu tip epizodlar adamı əsəbləşdirir. Salmanov, ümumi götürsək, məncə, oyunun nəticəsinə təsir edəcək səhvə yol vermədi. Sadəcə, o vəziyyətlərdə adamın əsəbləriylə oynadı.

- Qəbul edirsən ki, mətbuat Salmanovdan yazmasaydı, o, bu görüşdə "Neftçi"nin 12-ci oyunçusu olacaqdı?
- Yox, mən belə deməzdim. Fikirləşmirəm ki, belə kritik oyuna təyinat alan hakim hansısa komandaya simpatiya göstərər. Hamı bilir ki, bu, çempionatın ən vacib oyunlarından biri idi. "Neftçi" qələbə qazanacağı təqdirdə, çempionluğun taleyini, demək olar ki, həll etmiş olacaqdı. Hansısa bir səhv olar. Bütün hakimlərdə ola bilər bu. Amma belə oyunlarda hakimin bilərəkdən ciddi səhvə yol verəcəyinə inanmıram.

- Səncə, oyunun qəhrəmanı və anti-qəhrəmanı kim oldu?
- Özünüz də gördüz ki, hər iki komanda ehtiyatlı oynadı. Oyunun əvvəlindən bunu hiss etmək olardı. Bizim oyun yaxşı alınmadı. Ümumiyyətlə, bu iki komandanın qarşılaşmasından daha maraqlı mübarizə gözləyirdim. Oyun gözlədiyim kimi keçmədi. Ən çox da birinci hissədə.

- Həm hücumda Rauf Əliyevin "dişsiz"liyi, həm də arxa xətdə bəzi epizodlarda buraxılan səhvlər barədə nə deyə bilərsən?
- Qrafik çox sıxdı. Bilirsiz ki, bundan qabaq "Qəbələ" ilə kubokda çox ağır oyunumuz olmuşdu. Demək olar ki, 90 dəqiqə istədiyimiz oyunu oynadıq. Bizdə bir az əzmkarlıq çatışmır. Qarşıda altı həftəmiz var. İnşallah, daha yaxşı hazırlaşarıq.

- "Qarabağ" xüsusən ikinci hissədə bir neçə qol epizodu yaratsa da, istər Rauf, istər Adamiya, istərsə də digərlərini sanki irəli aparan bir qüvvə yox idi. Düşünmürsən ki, sən olsaydın, bu boşluq aradan qalxardı?
- Mən bunu fikirləşmirəm. Bəlkə də mən olsaydım, uduzardıq. Belə şeylərə ümumiyyətlə fikir vermirəm. O ki qaldı epizodlara, bir az diqqətli olsaydıq, bəlkə də qol vura bilərdik. Demirəm, yüz faizli imkanlarımız oldu, amma yaratdığımız epizodlarda bir qədər diqqətli oynasaydıq, istədiyimiz qolu vurardıq.

- "Qarabağ"ın çempionluq şansı əldən getdi. Razısan bizimlə?
- Biz onsuz da qarşımıza məqsəd qoymamışdıq ki, mütləq çempion olmalıyıq. Çalışırıq ki, avrokuboka vəsiqə qazanaq. Biz bu yerlərdən birini tutmaq üçün narahatıq. Qarşıda hələ altı tur. Qismət olsa, əlimizdən gələni edəcəyik ki, nəticə yaxşı olsun.

- Oyundan sonra çempionluq münasibətilə "Neftçi"ni təbrik elədin?
- Kim, mən? Çempion olandan sonra təbrik edərlər. Qoy, hələ olsunlar bir. Qarşıda hələ altı tur var.

- Bu, nəyi dəyişəcək ki?
- Mən sənə verirəm bu sualı, özün də futbol adamısan: altı tura nə dəyişə bilər? Əlbəttə ki, çempionatın favoriti “Neftçi”di. Futboldu da bu, hər şey ola bilər. Qarşıdakı oyunlar olmamış heç ne deyə bilmərəm.

 
Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Şərhlər [ Bütün şərhlərə baxmaq ]

Turnir cədvəli

KlubOH
1Simurq1427
2AZAL1326
3İnter1423
4Simurq1419
5Bakı1415
6Qəbələ1413
7AZAL1413
8Rəvan1413
9-00
10-00
Bütün cədvəl

Səsvermə


Müsahibə

25.06.2012 Rəşad Abdullayev: Komandaya yeni nəfəs gətirdiyimi hiss etdirmək istəyirəm (Müsahibə) (0)
R.Abdullayev “Qəbələ FK” qəzetinə müsahibəsində kluba keçidi, yeni komandasında hədəfi və bir çox başqa məqamlardan danışdı. 
16.06.2012 Fabio Luis Ramim AZAL-dan təklif gözləyir və millimizdəki karyerasını bitmiş sayır (Müsahibə) (0)
Milli komandamızın və “Bakı”nın sabiq futbolçusu Fabio Luis Ramim müsahibə verib. 

Ən çox oxunanlar

Ən cox şərh olunanlar


Oyun cədvəli

14

21.01.2021
16:00
Səbail
Neftçi
1
3
16:00
FC Zire
Qəbələ
2
0
18:00
Sabah
Qarabağ
1
2
22.01.2021
16:00
Keşlə
Sumqayıt
0
1



Açar sözlər


 

© 1999-2014 Azerifootball
info@azerifootball.com

Saytın yaradılması və dəstək: ExtraWeb

Proyekt haqqında Reklam Əlaqə

Saytdakı materiallardan istifadə edilərkən www.azerifootball.com link şəklində istinad mütləqdir
www.azerifootball.com saytı reklam materiallara və banerlərə görə məsuliyyət daşımır.