Proyekt barədə | Reklam | Əlagə
Qeydiyyat
İstifadəçilər üçün giriş
Русская версия WAP RSS
Bağla



- Fanklubda qeydiyyat                       - Забыли пароль?
Rəylər
03.04.2012 / 0 şərh / 2113 -dəfə baxılıb

"Deyəsən, işə başlamamış məni çıxarmaq istəyirsiz" (Müsahibə)

Milli komandamızın məşqçisi Nazim Süleymanovun müsahibəsi

- Çempionat oyunlarını yaxından izləyirsiz. Hazırkı vəziyyətdə milli üzvlərinin səviyyəsi sizi qane edir?
- Dubaydakı toplanışla müqayisədə onların çoxu indi yaxşı formadadı. Klublarında stabil oyun göstərirlər. Bəziləri isə tam formada deyil. Bir qədər boş çıxırlar meydançaya. Klubda elədi ki, onlar var güclərini qoyurlar. Nə vəziyyətdə olduqlarını Berti Foqtsa çatdırıram. Hansının səviyəsinin aşağı və ya yuxarı olması barədə baş məşqçiyə məlumat verirəm.

- Təlim-məşq toplanışının təxirə salınmasına münasibətiniz necədi?
- Aprelin 2-5-i aralığında toplanış nəzərdə tutulmuşdu. Klubların xahişi ilə Foqts toplanışı ləğv etdi. Bəlkə də ölkə çempionatda qızğın mübarizə getdiyini nəzərə alaraq, Foqts futbolçuları bir yerə yığmadı. Ola bilsin ki, qrafik sıx olduğundan onlara istirahət verməyi üstün tutdu. Buna yenə də Foqts qərar verib.

- Daha doğrusu, klublar oyunçularını milliyə verməkdən imtina edib…
- Bunun nə qədər düzgün məlumat olduğunu deyə bilmərəm. Hər halda AFFA ilə klublar arasında razılığa əsasən toplaşın təxirə salındı.

- Sizcə, Foqtsun buna münasibəti necə olacaq?
- Foqts Bakıya gəlməlidi. Yəqin ki, ondan sonra münasibətini bildirəcək. «Bakı»nın «Qəbələ» ilə oyununu izləməlidi.

- Millidə işinizi davam etdirirsiz. Federasiya ilə neçə illik müqavilə bağlamısız?
- Hələ müqavilə bağlamamışam. İki gündən sonra rəsmi sənədə qol çəkəcəm. Artıq demək olar ki, razılığa gəlmişik. Dubaydakı toplanışından sonra Foqts köməkçisi işləməyimə razılıq verib.

- Biz kənardan millinin daxili ab-havasının yaxşı olmadığını sezirik. Siz isə düşərgənin içindəsiz. Gördükləriniz qıraqdan görünən kimidi?

- Bilirəm nəyi nəzərdə tutursuz. Əgər söhbət Sinquparla oyundan sonra bir neçə futbolçunun əylənməsindən gedirsə, onlar cəzalarını aldılar. Mən birinci dəfəydi ki, toplanışda iştirak edirdim. Hər şey də qaydasındaydı. O ki qaldı yığmanın üç oyunda göstərdiyi nəticələrə, hamı qarşılaşacağımız rəqiblərin əvvəlcədən zəif olduğunu deyirdi. Sonra nə baş verdi? Həmin zəif rəqib hesab olunan komandalardan biriylə heç-heçə etdik, digərinə uduzduq. Mətbuatın oyundan əvvəl yazdıqları bizim futbolçularımızın əleyinə işlədi. Onlar da asan qələbə qazanacaqmış kimi meydana rahat çıxdılar. Futbol peşəkarlıqla yanaşı, əzmkarlığı sevir. Ona görə də "boşalmaq" olmaz. Rəqibi heç vaxt kiçiltmək lazım deyil. Fərq etmir həmin komanda reytinqdə bizdən qat-qat aşağı pillələrdə gedir, ya əksinə. Gücündən asılı olmayaraq hər bir rəqiblə oyuna köklənmək lazımdı. Rəqibə dəyər verməsən, axırı pis nəticələnə bilər. Necə ki, bizim futbolçuların evini arxayınçılıq yıxdı. Ona görə də ilk səfər təəssüratlarım nəticə baxımından məni qane etmədi.

- Berti Foqts hər seçmə mərhələdən sonra yerli köməkçiləriylə yollarını ayırır. Sizdən əvvəl Vaqif Sadıqov, Elxan Abdullayev və Vəli Qasımovla işləyib. Bir ildən sonra sizi də belə bir təhlükə gözləmir ki?
- Deyəsən, işə başlamamış məni çıxarmaq istəyirsiz. Qoy, "bismillah" edim də! Ondan sonra Allah kömək olar! Məşqçinin işi elədi ki, bir gün burda, sabah başqa yerdədi. Bizə ilk növbədə millimizin uğur qazanması lazımdı. Bunun üçün birləşib, bir nöqtəyə vurmalıyıq. Belə olmasa, futbolumuzu inkişaf etdirmək çətin olacaq.

- Foqts alman köməkçiləri ilə sizin aranızda fərq qoyur?
- Sözsüz ki, onalarla daha yaxın münasibətdədi. Həm həmyerliləridi, həm də dil problemi yoxdu. Mənimlə isə tərcüməçi vasitəsilə danışır. Hardasa futbol baxışlarımız üst-üstə düşür. Arada fikir mübadiləsi aparırıq.

- Almaniyalı insan və məşqçi kimi necədi?
- İnsanı yaxından tanımaq üçün onunla yoldaşlıq elməlisən. Mən də yalnız bir dəfə Berti Foqtsla səfərə çıxmışam. Ondan sonra deyib ki, Nazim Süleymanovla birgə işləmək istəyirəm, köməkçim o olsun. Bu az müddətdə onun mənə etimad göstərməsi yaxşı haldı. Foqtsun etimadanı doğrultmaq, milliyə kömək üçün əlimdən gələni edəcəm. Foqts dünya miqyasında özünü təsdiq etmiş və göstərmiş məşqçidi.

- Deyirsiz ki, ondan nəsə götürmək olar?
- Mən sizinlə danışanda da nəsə götürürəm. İnsan hansı sahədə olursa-olsun, yerində saymamalıdı, daim öz sahəsində yeniliklər edib, nəyisə öyrənməlidi. Foqtsun həm futbol, həm də yaş təcrübəsi var. Ondan çox şey götürmək olar.

- Yığmaya yeni namizədlər var?
- Hardan ola bilər? Üzdə olanlar göz qabağındadı. Onların hamısı komandaya cəlb olunub. Bizim üçün ən əhəmiyyətlisi onların hansı vəziyyətdə olmasıdı. O ki qaldı yeni oyunçular axtarışana, biz boş dayanmırıq. Kənarda oynayan əslən azərbaycanlı gənc futboluçlarla maraqlanırıq. Onların arasında potensialı olanlara dəvət edirik. «Ximki»də bir yerli uşaq var. Vüqar adlı gənci U-17-nin baş məşqçisi Təbriz Həsənova məsləhət görmüşəm. Yaxın günlərdə təlim-məşq toplanışında onu yoxlayacaqlar.

- Dubaydakı toplanışa dəvət olunan türk əsilli Cihan Özkan barədə nə deyə bilərsiz?
- O, toplanışa gec qoşuldu. Bir oyunla futbolçuya qiymət vermək olmur. Fələstinlə yoxlama oyununda özünü yaxşı tərəfdən göstərməyə çalışdı. Qol vurmağa yaxın idi. Özkan komandaya tam uyğulaşmadığı üçün bir qədər çətinlik çəkirdi. Onun bir hücumçu kimi bizə xeyiri dəyə bilər.

 
Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Şərhlər [ Bütün şərhlərə baxmaq ]

Turnir cədvəli

KlubOH
1Simurq1427
2AZAL1326
3İnter1423
4Simurq1419
5Bakı1415
6Qəbələ1413
7AZAL1413
8Rəvan1413
9-00
10-00
Bütün cədvəl

Səsvermə


Müsahibə

25.06.2012 Rəşad Abdullayev: Komandaya yeni nəfəs gətirdiyimi hiss etdirmək istəyirəm (Müsahibə) (0)
R.Abdullayev “Qəbələ FK” qəzetinə müsahibəsində kluba keçidi, yeni komandasında hədəfi və bir çox başqa məqamlardan danışdı. 
16.06.2012 Fabio Luis Ramim AZAL-dan təklif gözləyir və millimizdəki karyerasını bitmiş sayır (Müsahibə) (0)
Milli komandamızın və “Bakı”nın sabiq futbolçusu Fabio Luis Ramim müsahibə verib. 

Ən çox oxunanlar

Ən cox şərh olunanlar


Oyun cədvəli

14

21.01.2021
16:00
Səbail
Neftçi
1
3
16:00
FC Zire
Qəbələ
2
0
18:00
Sabah
Qarabağ
1
2
22.01.2021
16:00
Keşlə
Sumqayıt
0
1



Açar sözlər


 

© 1999-2014 Azerifootball
info@azerifootball.com

Saytın yaradılması və dəstək: ExtraWeb

Proyekt haqqında Reklam Əlaqə

Saytdakı materiallardan istifadə edilərkən www.azerifootball.com link şəklində istinad mütləqdir
www.azerifootball.com saytı reklam materiallara və banerlərə görə məsuliyyət daşımır.