Proyekt barədə | Reklam | Əlagə
Qeydiyyat
İstifadəçilər üçün giriş
Русская версия WAP RSS
Bağla



- Fanklubda qeydiyyat                       - Забыли пароль?
Rəylər
04.04.2012 / 0 şərh / 2010 -dəfə baxılıb

"Yunis Hüseynova tam dəstək olduğumuzu bildirirəm" (Müsahibə)

"Xəzər Lənkəran" klubunun prezidenti Mais Mənsimov komandanın Unibank Premyer Liqanın son turunda "İnter" üzərində qazanılan qələbəsi haqda danışıb. Mənsimov klubun rəsmi saytına müsahibəsində komandanın hazırkı durumu və bu mövsümdəki şanslarını dəyərləndirib:

- Komandanız müəyyən müddətli qələbəsiz seriyadan sonra nəhayət, son turda üç xal əldə etdi. Bu barədə fikirlərinizi bilmək istərdik...
- Son oyunda komanda baxımlı və üstün oyun nümayiş etdirdi və əlbəttə ki, bu sevindirici haldır. Ardıcıl bir neçə oyunda qalibiyyətin olmamasına baxmayaraq, rəhbərlik olaraq komandaya tam etimad göstərdik. Lənkəranda keçirilən kubok oyunundan sonra futbolçu və məşqçilərlə görüş keçirdik və bir daha öz dəstəyimizi onlara bildirdik. Çox şadam ki, bundan sonra keçirilən oyunda layiqli qələbə qazanıldı. Qarşıdakı görüşlərdə də uğurlu çıxışımızı davam etdirəcəyimizə inanıram.

- Yeni baş məşqçi Yunis Hüseynovun işini necə dəyərləndirərdiniz?
- Yunis Hüseynov ümumilikdə bacarıqlı və karyerası ərzində kifayət qədər uğur qazanmış mütəxəssisdi. Onu bu posta təyin etməyimiz də bu məşqçinin işinə verdiyimiz qiymətdən irəli gəlir. O qısa müddətdi ki, komandamızın sükanı arxasına keçib və sözsüz ki, zamana ehtiyacı var. Klub rəhbərliyi olaraq Hüseynova tam dəstək olduğumuzu bildirirəm. Komandaya inam ilk növbədə baş məşqçiyə olan inamdı.

- Komandanın vacib oyunlar öncəsi son məşqlərini bilavasitə izləmisiniz. Bu barədə fikirləriniz çox maraqlıdır...
- Yaxşı oyunun sərgilənməsi üçün ən əsas təminatçı komanda daxilində yüksək ab-havanın olmasıdı. Komandanın məşqini izləyərkən ilk növbədə bunun şahidi oldum. Bu gün "Xəzər Lənkəran"ın heyətində kifayət qədər təcrübəli və onlarla yanaşı, xeyli sayda gənc futbolçu var. Məşq prosesində hər bir oyunçu əzmlə hazırlaşır və bu çox müsbət haldır. Bu işdə komandamızın məşqçilər korpusunun tələbkarlığı da vacib rol oynayır.

- Artıq futbol mövsümü sona yaxınlaşır və komandanızın şanslarını necə dəyərləndirirsiniz?
- Kubokda çıxışımızı dayandırsaq da, çempionatda var gücümüzlə mübarizəni davam etdiririk. Final mərhələsində bütün oyunlar vacibdi və hər bir matç ciddi hazırlıq tələb edir. "Xəzər Lənkəran"ın güclü heyəti var və bu heyət mövsümü uğurlu nəticə ilə başa çatdırmağa tam imkan verir. Əminəm ki, futbolçularımız stabil olaraq ən yaxşı oyunlarını nümayiş etdirsələr, mövsümü titulla bitirərik. Sözsüz ki, bunun ardından əsas məqsədimiz Avropa yarışlarında uğurlu çıxışdı. Rəhbərliyin dəstəyi, komandanın ciddi hazırlığı və azarkeşlərin inamı sayəsində bu məqsədlərə çatacağımıza inanıram.

 
Müəllif: Azerifootball.com     Çap et Geri Yuxarı
Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Şərhlər [ Bütün şərhlərə baxmaq ]

Turnir cədvəli

KlubOH
1Simurq1427
2AZAL1326
3İnter1423
4Simurq1419
5Bakı1415
6Qəbələ1413
7AZAL1413
8Rəvan1413
9-00
10-00
Bütün cədvəl

Səsvermə


Müsahibə

25.06.2012 Rəşad Abdullayev: Komandaya yeni nəfəs gətirdiyimi hiss etdirmək istəyirəm (Müsahibə) (0)
R.Abdullayev “Qəbələ FK” qəzetinə müsahibəsində kluba keçidi, yeni komandasında hədəfi və bir çox başqa məqamlardan danışdı. 
16.06.2012 Fabio Luis Ramim AZAL-dan təklif gözləyir və millimizdəki karyerasını bitmiş sayır (Müsahibə) (0)
Milli komandamızın və “Bakı”nın sabiq futbolçusu Fabio Luis Ramim müsahibə verib. 

Ən çox oxunanlar

Ən cox şərh olunanlar


Oyun cədvəli

14

21.01.2021
16:00
Səbail
Neftçi
1
3
16:00
FC Zire
Qəbələ
2
0
18:00
Sabah
Qarabağ
1
2
22.01.2021
16:00
Keşlə
Sumqayıt
0
1



Açar sözlər


 

© 1999-2014 Azerifootball
info@azerifootball.com

Saytın yaradılması və dəstək: ExtraWeb

Proyekt haqqında Reklam Əlaqə

Saytdakı materiallardan istifadə edilərkən www.azerifootball.com link şəklində istinad mütləqdir
www.azerifootball.com saytı reklam materiallara və banerlərə görə məsuliyyət daşımır.