Proyekt barədə | Reklam | Əlagə
Qeydiyyat
İstifadəçilər üçün giriş
Русская версия WAP RSS
Bağla



- Fanklubda qeydiyyat                       - Забыли пароль?
Rəylər
04.04.2012 / 0 şərh / 2268 -dəfə baxılıb

Ağasəlim Mircavadov demişkən, budur əsas məsələ! (Yazı)

Belə çeynənmiş “kəlam”lara tez-tez rast gəlmək olar. Futbolçularımız “Mən heç kimdən zəif deyiləm”, məşqçilərimiz isə “Legioner yerli futbolçudan 2-3 baş üstün olmalıdır” sözlərini deməkdən yorulmurlar. Məşqçilərdən “baş” dedikdə nəyi nəzərdə tutduqlarını soruşsan, izah edə bilməzlər. Sadəcə, hansısa həmkarlarından eşidiblər, təkrarlaya-təkrarlaya gəzirlər. Məşqçidirlər axı...

Əgər o “baş”ı “düşüncə”, “təfəkkür” mənasında deyirlərsə, yanılırlar. Çünki əksər azərbaycanlı futbolçular cənubda Lənkəran, Qərbdə Tovuz, Şimal-Qərbdə Zaqataladan o tərəfə keçmək barədə fikirləşmirlər. Mahir Şükürov Şimalda – çox uzaqda yox, lap elə Mahaçqalada, Rəşad Sadıqov Türkiyənin ortabab komandasında 1 ildən artıq tab gətirə bilmir. Kamran Ağayev “gedirəm” deyə-deyə 3 baş məşqçini yola salıb.

Əgər o “baş”ı oyun keyfiyyətləri anlamında deyirlərsə, burada da yerlilər legionerlərə uduzurlar. Bunun üçün çox uzağa getmək lazım deyil. Qarşınızdakı kompüterdə interneti açın, “pfl.az” saytında Unibank Premyer Liqasının bombardirlər siyahısına tamaşa edin. Feyziyab olacaqsınız ki, 26 turdan sonra ən çox qol vuran 7 futbolçudan heç biri yerli deyil. Onlardan ən az – 8 qol vuran Luis Paulo Hilariodan tutmuş ən yaxşı bombardir – 14 qol müəllifi Bahodir Nasimovadək hamısı legionerdir. Bizimkilər hətta qışdan bəri oynamayan Robertas Poşkusu belə keçə bilmirlər. Siyahıdakılardan hərəyə 2-si “Neftçi” və AZAL-ın legionerləridir. Başqa vaxt bəyənmədikləri Özbəkistan yığmasının hücumçusu bunları geridə qoyub.

Nəhayət, o “baş” boy-buxun mənasında söylənilirsə, bu göstəricidə də legionerlər yerliləri üstələyirlər. Bir də ki, yaxşı futbolçu olmaq üçün uca boy vacib deyil. Hətta ən yaxşı hücumçular – Maradona və Messinin uzunluğu 170 sm-dən aşağıdır. Argentinalıların oyun səviyyəsinə isə bəlkə yuxuda çatmaq olar.

Hə, əgər aldıqları göydələnlər, “Jeep”lərin başını nəzərdə tuturlarsa, ayrı məsələ... Bu göstəricidə bizim futbolçulardan nəinki 2-3, heç 1 baş üstün ola bilməz. Baş haqda bu qədər. Keçək zəif söhbətinə...

“Mən heç kimdən zəif deyiləm” deyənlərin nəinki “mən hamıdan güclüyəm”, heç “mən öz mövqeyimdə oynayandan güclüyəm” söyləməyə cəsarətləri çatmır. Hazırkı vəziyyət isə elədir ki, ən güclü komandamızın baş məşqçisi elə “Zəif” adlandırılan Böyükağa Hacıyevdir. Bu baxımdan lider “Neftçi”nin kapitanı Rail Məlikov “Mən hamıdan zəifəm” desə, bunu etiraf kimi yox, “Zəif”in komandasında oynadığına işarə kimi anlamaq lazımdır.

Bir neçə gün öncə Mingəçevirdə idim. İş elə gətirmişdi ki, oradakı otellərdən birində məskunlaşan “Neftçi” üzvləri ilə rastlaşdım. “Qarabağ”la vacib oyun öncəsi idi. Böyükağa Hacıyevlə bir qəzet səhifəsi qədər diktofonsuz söhbətim oldu. Axırıncı dəfə gördüyümlə müqayisədə səsində irəliləyiş vardı. Onsuz da məzəli söhbətlərinə səsi ilə duz qatmışdı. Söylədiklərinin bir çoxunda həqiqət vardı.

Bu mövsüm transfer etməyən yeganə baş məşqçi olduğunu düzgün vurğuladı. “Qarabağ”la görüşdə heç-heçənin “Neftçi”yə sərf etdiyini gizlətmədi. Rəqibin heyətində həmin gün meydana çıxa bilməyəcək Rəşad Sadıqovun öz komandasının kapitanı Rail Məlikova nəzərən liderlik keyfiyyətlərinin yüksək olduğunu etiraf etdi. Amma heyətdəki legionerləri istədiyi vaxt cəzalandırdığı halda nəinki Rəşad Abdullayevin, hətta rəsmi sənəddə cəmi 20 yaşında göstərilən yerli futbolçu Mirhüseyn Seyidovun intizamsızlıqlarına göz yummadığını haqsız yerə israr etdi. Hətta belə də dedi: “Mirhüseyni çağırdım yanıma, “Baxmaram yerlimsən. Özünü yığışdır!” dedim. Amma “Seyid”in klubda kimlərinsə qohumu olduğu üçün at oynatdığını etiraf etmək istəmədi.

Bax belə... Məşqçilərimiz “baş-ayaq” danışır, futbolçularımız “zəif” söhbətləri edir. Guya məntiqli danışdıqlarını zənn edirlər. Amma özlərini tərifləyə-tərifləyə əcnəbilərə qısqanclıqdan partlayırlar. Bir də görürlər ki, işsizlikdən günləri çayxanalarda keçir. 2 ildir Azərbaycanda iş axtaran Ağasəlim Mircavadov demişkən, budur əsas məsələ!

 
Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Şərhlər [ Bütün şərhlərə baxmaq ]

Turnir cədvəli

KlubOH
1Simurq1427
2AZAL1326
3İnter1423
4Simurq1419
5Bakı1415
6Qəbələ1413
7AZAL1413
8Rəvan1413
9-00
10-00
Bütün cədvəl

Səsvermə


Müsahibə

25.06.2012 Rəşad Abdullayev: Komandaya yeni nəfəs gətirdiyimi hiss etdirmək istəyirəm (Müsahibə) (0)
R.Abdullayev “Qəbələ FK” qəzetinə müsahibəsində kluba keçidi, yeni komandasında hədəfi və bir çox başqa məqamlardan danışdı. 
16.06.2012 Fabio Luis Ramim AZAL-dan təklif gözləyir və millimizdəki karyerasını bitmiş sayır (Müsahibə) (0)
Milli komandamızın və “Bakı”nın sabiq futbolçusu Fabio Luis Ramim müsahibə verib. 

Ən çox oxunanlar

Ən cox şərh olunanlar


Oyun cədvəli

14

21.01.2021
16:00
Səbail
Neftçi
1
3
16:00
FC Zire
Qəbələ
2
0
18:00
Sabah
Qarabağ
1
2
22.01.2021
16:00
Keşlə
Sumqayıt
0
1



Açar sözlər


 

© 1999-2014 Azerifootball
info@azerifootball.com

Saytın yaradılması və dəstək: ExtraWeb

Proyekt haqqında Reklam Əlaqə

Saytdakı materiallardan istifadə edilərkən www.azerifootball.com link şəklində istinad mütləqdir
www.azerifootball.com saytı reklam materiallara və banerlərə görə məsuliyyət daşımır.