Proyekt barədə | Reklam | Əlagə
Qeydiyyat
İstifadəçilər üçün giriş
Русская версия WAP RSS
Bağla



- Fanklubda qeydiyyat                       - Забыли пароль?
Rəylər
06.04.2012 / 0 şərh / 1956 -dəfə baxılıb

"Bizi çempionatın qalan oyunlarında layiqli mübarizə aparmaq və yaxşı nəticə vermək düşündürür" (Müsahibə)

Georgi Çixradzeni bizə Kaxaber Tsxadadze tanıtdı. 3 ilə yaxın "İnter"də köməkçi məşqçi işləyən 45 yaşlı gürcü mütəxəssis isə vətənində kifayət qədər məşhurdur. Tbilisi "Amerisi"ni ilk cəhddəcə I diviziondan yüksək dəstəyə çıxaran "Çixo" ardıcıl iki dəfə UEFA kubokunda mübarizə aparıb. 3-cü mərhələyə kimi irəliləyən Çixradzenin komandasını ilə yalnız Almaniyanın "Herta" klubu dayandırıb. Azerifootball.com-a müsahibəsində Georgi Çixradze xələfi Sergey Yurandan, Kaxaber Tsxadadze ilə dostluğundan və "Simurq"dakı dəyişikliklərdən danışıb.


- Bizdə olan məlumata görə, “Simurq” sizi Zaqatalaya hələ ötən yay çağırırdı. Niyə təklifi o vaxt qəbul etmədiz?
- “İnter”də ilk il çempion olduq. Növbəti mövsüm isə “Birlik kuboku"nu qazansaq da avrokuboklardan kənarda qaldıq. Bu, məni razı salmadı. Qərara gəldim ki, “İnter”də qalıb işləyim və Kaxaber Tsxadadze ilə birgə daha yüksək nailiyyətlər əldə edək.

- Razılaşan ki, Zaqatalaya çox əlverişsiz vaxtda yollanmısız. Mövsümün sonun yaxın başqasının hazırladığı kollektivlə nəsə qazanmaq çox çətindir.
- Doğurdan da, çətin qərar idi. Mənlik olsa, “Simurq”un sükanı arxasına mövsüm tamamlandıqdan sonra keçərdim. Ancaq belə alındı. Sergey Yuran klubdan ayrılanda vəziyyət acınacaqlı idi. Ardıcıl 6 məğlubiyyət fonunda komanda yalnız 1 qol vurmuşdu. Futbolçuların psixoloji durumu bərbad idi. Kollektiv turnir cədvəlində getdikcə aşağı yuvarlanırdı. Açığı belə vəziyyətdə işləmək mənə maraqlı gəldi. Komandanı çətin vəziiyətdən çıxarmaq istəyirəm.

- 25 gündür komandanı qəbul etmisiz. Qısa vaxt ərzində radikall dəyişiklik etmək mümükün deyil. Yenə də maraqlıdır, geridə qalan vaxt ərizndə “Simurq”da nələr dəyişib?
- Təşkilati məsələr və ən əsası məşq prosesi dəyişib. Oyunların analizinə daha çox vaxt ayrılır. Uşaqlarla yaxından maraqlanıb onları psixioji baryerdən azad etməyə çalışıram. Hamımız əl-ələ verib vəziyyətdən çıxmalıyıq.

- Sizin futbol fəlsəfənizi bilmək maraqlı olardı.
- Futbolçularımın topla daha çox davranması, topu özümüzdə saxlanılmasının tərəfdarıyım. Oyuna nəzarət edib, rəngarəng hücumları xoşlayıram. Əlbəttə ki, qapımızın toxunulmazlığını unutmamaq şərtilə. Etibarlı müdafiə əsas şərtdir. Yoxsa, nəticə qazanmaq çətin olar.

- İki tur əvvə “Simurq” səfərdə “Sumqayıt”la qarşılaşarkən matçı izləyənlər arasında Kaxaber Tsxadadze də vardı. Yollarınız ayrısa dsa, dostluğunuz davam edir.
- Kaxa mənim çoxdankı dostumdur. “Simurq”a keçsəm də, onun dəstəyini hiss edirəm və etraf edim ki, bu xoş hissdir.
 
- Gələn mövsümlə bağlı fikirləriniz bilmək istərdik. Çox şey dəyişəcək?
- Mənim rəhbərlyim altında “Simurq” 1 qələbə və heç-heçə qazanıb, 1 dəfə də məğlub olmuşuq. İndi bizi çempionatın qalan oyunlarında layiqli mübarizə aparmaq və yaxşı nəticə vermək düşündürür. Mövsümün sonunda təbii ki, heyətdə bəzi dəyişikliklər olacaq. Futbolçuların hamısından maksimum potensial gözləyirəm. Özlərinə də demişəm, kim özünü yaxşı tərəfdən göstərsə bizimlə qalacaq.

- Və sonuncu sualım. Sizcə, “İnter” yaxşı köməkçi-məşqçi itirdi, yoxsa “Simurq” yaxşı baş məşqçi qazandı?
- “İnter”də çox savadlı və və işini mükəmməl bilən baş məşqçi işləyir. Mən ona bacardığım qədər kömək edirdim. “Simurq”da isə özümü təsdiqləməliyəm.
 
Müəllif: Azerifootball.com     Çap et Geri Yuxarı
Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Şərhlər [ Bütün şərhlərə baxmaq ]

Turnir cədvəli

KlubOH
1Simurq1427
2AZAL1326
3İnter1423
4Simurq1419
5Bakı1415
6Qəbələ1413
7AZAL1413
8Rəvan1413
9-00
10-00
Bütün cədvəl

Səsvermə


Müsahibə

25.06.2012 Rəşad Abdullayev: Komandaya yeni nəfəs gətirdiyimi hiss etdirmək istəyirəm (Müsahibə) (0)
R.Abdullayev “Qəbələ FK” qəzetinə müsahibəsində kluba keçidi, yeni komandasında hədəfi və bir çox başqa məqamlardan danışdı. 
16.06.2012 Fabio Luis Ramim AZAL-dan təklif gözləyir və millimizdəki karyerasını bitmiş sayır (Müsahibə) (0)
Milli komandamızın və “Bakı”nın sabiq futbolçusu Fabio Luis Ramim müsahibə verib. 

Ən çox oxunanlar

Ən cox şərh olunanlar


Oyun cədvəli

14

21.01.2021
16:00
Səbail
Neftçi
1
3
16:00
FC Zire
Qəbələ
2
0
18:00
Sabah
Qarabağ
1
2
22.01.2021
16:00
Keşlə
Sumqayıt
0
1



Açar sözlər


 

© 1999-2014 Azerifootball
info@azerifootball.com

Saytın yaradılması və dəstək: ExtraWeb

Proyekt haqqında Reklam Əlaqə

Saytdakı materiallardan istifadə edilərkən www.azerifootball.com link şəklində istinad mütləqdir
www.azerifootball.com saytı reklam materiallara və banerlərə görə məsuliyyət daşımır.