Proyekt barədə | Reklam | Əlagə
Qeydiyyat
İstifadəçilər üçün giriş
Русская версия WAP RSS
Bağla



- Fanklubda qeydiyyat                       - Забыли пароль?
Rəylər
11.04.2012 / 0 şərh / 2156 -dəfə baxılıb

"Qara zolaq" sona qədər belə qalmır (Müsahibə)

"Simurq"un latviyalı yarımmüdafiəçisi İqor Tarasovun müsahibəsi

- İqor, karyeranda ilk dəfədir ki, legioner həyatı yaşayırsan. Azərbaycanı bəyənirsənmi? Gəlməmişdən qabaq bu ölkənin futbolu haqqında nəsə bilirdin?
- Bəli, ilk dəfədir. Bura gəlməmişdən qabaq bilirdim ki, Latviya yığmasının baş məşqçisi və bir neçə il mənim "Skonto"da məşqçim olmuş şəxs burada işləyir. Həmçinin bizim ölkədən Azərbaycanda oynayan futbolçular olduğu haqqında məlumatım var idi. İnternet vasitəsi ilə də əlavə məlumat toplamışdım. Bura gəldikdən sonra anladım ki, Azərbaycan çempionatı həqiqətən yüksək səviyyədədir, oyunlar maraqlı keçir və bütün bunlar mənim xoşuma gəlir.

- "Simurq" haqqında nə deyə bilərsən? Zaqatalan şəhəri, "Simurq" xoşuna gəlir?
- Əlbəttə. Hər şey yaxşıdır. Əla stadionumuz var. İnsanlar bura futbola baxmağa gəlir. Bazamız çox rahatdır. Şəhər böyük deyil. Ailəmlə birlikdə gəzməyə çıxıram, yaxşı yaşayırıq. Həyat yoldaşım, uşağım buranı çox bəyənir.

- Komandanın turnir çədvəlindəki mövqeyi haqqında nə deyə bilərsən?
- Fikrimcə biz çox yaxşı futbol oynayırıq. Qarşılaşmalarda çoxlu qol vəziyyətləri yaradırıq. Əlbəttə ki, bunlardan az istifadə edə bilirik. Bunun üçün daha çox çalışmaqlıyıq. Təbii ki, futbolda əsas nəticədir, nəinki yaxşı oynamaq. Məncə ürəklə, indikindən bir az daha yaxşı oynasaq əla nəticələr əldə edərik. Hər şey sonda bilinəcək. "Qara zolaq" sona qədər belə qalmır. Sən istəyəndə onu "ağ xətt"ə çevirə bilirsən. Biz də heç bir şeyə fikir vermədən çalışmalıyıq. Hərdən qayıdıb analizlər aparmalıyıq. Düşünürəm hazırda biz düz yoldayıq.

- İqor, öz oyunun haqqında nə deyərdin?
- Oyunum haqqımda danışmağı xoşlamıram. Bu barədə qoy jurnalistlər, məşqçim danışsın. Başımı aşağı salıb üzərimə düşən işi gücüm çatan qədər ən yüksək səviyyədə yerinə yetirməyə çalışıram. Mən futbol oynamağı çox xoşlayıram. Hansı klubda oynayıramsa oranı mənim komandam sayıram və burada üzərimə düşəni etməyə çalışıram.

- İlk qarşılaşmalarda oyunun istənilən səviyyədə alınmırdı. Bunu nə ilə əlaqələndirərdin?
- Bəli, istənilən kimi deyildi. Ona görə ki, çempionatın ikinci dövrəsinə yaxşı hazırlıq keçə bilməmişdim. Fasilədə bir neçə klubda baxışda olmuşdum. Bundan sonra bir müddət böyük fasilə fiziki göstəricilərimə təsir göstərdi. Lakin davamlı olaraq formamı bərpa etmək və qorumaq üçün çalışıram. Ən əsası da yaya qədər yaxşı oyunu davam etdirməliyəm.

- Artıq “Simurq”un heyətində iki qol vurmağı bacarmısan. Növbəti oyunlar haqqında nə düşünürsən? Bunun davamı gələcəkmi?

- Nəsə demək çox çətindir. Bəli, iki qol vurmuşam. Ancaq bunu komandanın yaxşı oyunu ilə əlaqələndirərdim. Birlikdə çalışmağımızın, əla hücum təşkil etməyimizin sayəsində bu qollar vurulur. Bu oyundur. Yaxşı zamanda, yaxşı yerdə olmaq lazımdır ki, düşən imkanı dəyərləndirəsən. Qollarda tək mənim işim deyil. Hamı çalışdı, mən isə sonuncu zərbəni vurdum.

- Mövsümün sonunda müqaviləvin vaxti qurtarır. Burada qalmaq haqda fikirləşirsənmi?
- Hazırda çempionat davam edir. Əsasən oyunum haqqında düşünürəm. Əgər təklif olarsa əlbəttə ki, dəyərləndirəcəm. Bu barədə nəsə demək çətindir. Klub rəhbəri ilə də hələ ki, heç bir danışığımız olmayıb. Hazırda mən işimi görürəm. Sonda bilinəcək mənə qalmağı təklif edəcəklər, ya etməyəcəklər. İndiki vəziyyətdə nəsə deyə bilmərəm.

- Sonda azarkeşlərə nə deyərdin?
- İlk öncə onlara çox sağolumu bildirirəm. Xüsusən ev oyunlarında bizi tək qoymurlar. Qol vurarkən və ya hansısa hücum zamanı təhlükəli vəziyyət yaradanda azarkeşlərin dəstəyini eşidəndə bu bizə çox kömək edir. Yaxşı olardı ki, onları təkcə ev oyunlarında deyil, səfər qarşılaşmalarında da görərdik. Bilirik ki, yol uzundur. Gəlib getmək var. Ancaq səfər oyunlarında bu dəstəyə çox ehtiyacımız olur. Futbolçu üçün azarkeş dəstəyi çox vacibdir. Fərqi yoxdur ev oyunlarında, səfər oyunlarında. Futbolu onlarsız təsəvvür etmək olmaz. “Simurq”un oyunlarına gələn zaqatalalılar, o cümlədən mənim doğma şəhərimdəki yaxınlarımın bizim uğularımıza çox sevindiklərini bilirəm.

 
Müəllif: Azerifootball.com     Çap et Geri Yuxarı
Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Şərhlər [ Bütün şərhlərə baxmaq ]

Turnir cədvəli

KlubOH
1Simurq1427
2AZAL1326
3İnter1423
4Simurq1419
5Bakı1415
6Qəbələ1413
7AZAL1413
8Rəvan1413
9-00
10-00
Bütün cədvəl

Səsvermə


Müsahibə

25.06.2012 Rəşad Abdullayev: Komandaya yeni nəfəs gətirdiyimi hiss etdirmək istəyirəm (Müsahibə) (0)
R.Abdullayev “Qəbələ FK” qəzetinə müsahibəsində kluba keçidi, yeni komandasında hədəfi və bir çox başqa məqamlardan danışdı. 
16.06.2012 Fabio Luis Ramim AZAL-dan təklif gözləyir və millimizdəki karyerasını bitmiş sayır (Müsahibə) (0)
Milli komandamızın və “Bakı”nın sabiq futbolçusu Fabio Luis Ramim müsahibə verib. 

Ən çox oxunanlar

Ən cox şərh olunanlar


Oyun cədvəli

14

21.01.2021
16:00
Səbail
Neftçi
1
3
16:00
FC Zire
Qəbələ
2
0
18:00
Sabah
Qarabağ
1
2
22.01.2021
16:00
Keşlə
Sumqayıt
0
1



Açar sözlər


 

© 1999-2014 Azerifootball
info@azerifootball.com

Saytın yaradılması və dəstək: ExtraWeb

Proyekt haqqında Reklam Əlaqə

Saytdakı materiallardan istifadə edilərkən www.azerifootball.com link şəklində istinad mütləqdir
www.azerifootball.com saytı reklam materiallara və banerlərə görə məsuliyyət daşımır.