Proyekt barədə | Reklam | Əlagə
Qeydiyyat
İstifadəçilər üçün giriş
Русская версия WAP RSS
Bağla



- Fanklubda qeydiyyat                       - Забыли пароль?
Rəylər
13.04.2012 / 0 şərh / 2356 -dəfə baxılıb

\"Elçin Məmmədov Azərbaycan futbolunda hakimlər məktəbinin \"professor\"udu (Müsahibə)

Hakimlik düzəlməsə, Azərbaycanda futbol düzəlməyəcək. Ən ağrıyan «diş» bu sahədədi, çəkilməsə, ara qarışıb, məzhəb itəcək. Bütün çirkli proseslərdə iştirakçılardı. AFFA Hakimlər Komitəsi kağız üzərində fəaliyyətdədi. Kənardan yox, elə federasiyanın içində idarə olunurlar. Xaqani Məmmədovun istefaya göndərilməsi ilə işlər minvalına düşməyəcək. Gərək, bunu da deyək. Komitənin keçmiş sədri Rüstəm Rəhimovla danışdıq ki, son qalmaqalları xırdalasın. Xırdaladı. Bəzisini üstüörtülü, bəzisini açıq.

- Hakimliyin hazırkı vəziyyəti nəyə cavab verir?
- Azərbaycan hakimliyini soruşursuz?

- Yəqin ki.
- Vallah, inanırsız, mən oyunlara getmirəm, heç baxmıram da. 4-5 ildi hakimliklə bağlı heç nə danışmıram. Oyunları izləmirəm. Ona görə də şərh vermək istəmirəm. Siz özünüz görürsüz də. Hər şey göz qabağındadı.

- Hakimlərin idarəçiliyi ilə bağlı şərh verməməyiniz AFFA-dan aldığınız maaşı itirmək təhlükəsindən irəli gəlir, ya başqa amillər var?
- Bizə hakimliklə bağlı müsahibə verməyə icazə verilmir. Ona görə onların haqqında heç nə deyə bilmərəm.

- Rüstəm Rəhimov hakimliyin işinə qiymət verə bilmir?
- Ümumiyyətlə, indiki hakimliyin səviyyəsi məni qane eləmir. Kimin yaxşı, kimin isə oyunu pis idarə etməsinə isə şərh verə bilmərəm.

- Bu qane etməməyin arxasında nə dayanır?
- Onu jurnalist olaraq siz fikirləşin. Mən nə oyunlara inspektor gedirəm, nə də baxıram.

- Niyə inspektor getmirsiz?
- İş fəaliyyətimlə əlaqədar. Futbolda olsam da, başqa sahədə çalışıram. Ona görə də onların işinə qiymət vermək istəmirəm.

- Hakimlik, inspektorluq sizə aid olan bir sahədi. Məgər burda sizə bir iş tapılmır ki, başqa sahədə işləyirsiz?
- Tapılmadı ki, başqa sahədəyəm də.

- Sizə iş verməmək qısqanclıqdan doğan bir əlamətdi, yoxsa başqa amillərdən gələn bir səbəbdi?
- Oğlum, bilirsən, necədi; bir dəfə müsahibə verdim. Gənc hakimlərdən danışmışdım. Onlar arasında perspektivli hakim olanların adlarını çəkdim. Səhəri gün bunu dandılar. Dedilər ki, Rüstəm müəllim bizə elə-belə dərs deyib, bizim əsl müəllimimiz başqalarıdı. Ondan sonra özümə söz verdim ki, onlar haqda nə yaxşı, nə də pis söz deyəcəm.

- Belə başa düşdüm ki, vaxtilə dərs verdiyiniz və yetişdirdiyiniz hakimlər sizə arxa çeviriblər.
- Onları qınamıram, hələ gəncdilər. Ola bilsin ki, qorxudan belə deyirlər. Desələr ki, bizi Rüstəm müəllim yetişdirib, sonra oyun almaqdan məhrum ola bilərlər. Ona görə də məni yaxşı başa düşün.

- Müəlliminə arxa çevirən gənc hakimdən nə gözləyirsiz?
- Onlar belə fikirləşirlər də. Premyer Liqanın oyunlarını idarə edən gənclər mənim vaxtımda yetişiblər. Həmin hakimlərə məcbur elədilər. Tapşırdılar gedin deyin ki, Rüstəm sizin müəlliminiz deyil. Həmin hakimlər yeri gələndə onlara müəllimlik etiyimi deyirlər. Lakin əsas məqamlarda əksinə danırlar.

- Səhv etmirəmsə, Əliyar Ağayev də sizin məktəbdən çıxıb.
- Əliyar Ağayev, Orxan Məmmədov və digər gənc hakimlərə dərs keçmişəm. Hələ o vaxt onlardan yaxşı hakim çıxacağını demişdim.

- Elçin Məmmədov həmin gəncləri öz adına çıxır.
- Kim, kim?

- Elçini deyirəm. Tanımırsız onu?
- Elçin Məmmədov Azərbaycan futbolunda hakimlər məktəbinin «professor»udu. Onu kim tanımır ki? Onun necə hakim olduğunu Xaqani Məmmədovdan soruşun.

- Əliyar sizin vaxtınızda yetişib. Kərim Ağayev isə oğlunun hakim kimi yetişməsində Xaqaninin böyük zəhmətinin olduğunu deyir. Bunu necə başa düşək?
- Elə fikirləşirsə, nə deyə bilərəm. Kərim oğlunun müəlliminin başqası olduğunu desə, onda Əliyar təyinat almayacaq. Onlar zəmanə ilə ayaqlarını uzadan adamlardı. Külək hayana əsir, o yana da yönəlirlər. Belə adamlardılar da. Tərbiyə edə bilmərəm onları.

- Açıqlamadız, niyə inspektor getmirsiz?
- İki hakimlə işləyirəm. Orxan Məmmədovla Qorxmaz Eldarovun oyunlarını izləyirəm. Cavan hakimləri veteran inspektorlara tapşırıblar. İki-üç aydı onlarla işləyirəm. Oyunda buraxdığı səhvlərini deyirəm ki, bundan nəticə çıxarsınlar.

- Bayaq isə dediz ki, 4-5 ildi oyunları izləmirəm…
- Məni hansısa oyunlarda görmüsən? Adını çəkdiyim hakimlər oyun idarə edəndə baxıram. Onlar da əvəzedici və aşağı divizionun oyununa təyinat alırlar. Bir dəfə də yüksək dəstədə olub. Orxan «Simurq»un oyununu idarə edəndə Zaqatalaya getmişəm.

- Gənc hakimlər arasında ən perspektivlisi kimdi?
- Siz məni düzgün başa düşün. Onları tərifləmək də, pisləmək də istəmirəm. Tərifləyəcəm, sonra həmin hakimin başı ağrıyacaq.

- Əliyarın «qab»ında nəsə var. Orxanda isə o qədər perspektiv görmürəm. Rauf Cabbarovdan ümumiyyətlə, hakim olmayacaq. Rauf atasına görə hakimlik edir.
- O sualı mənə deyil, atasına verin. Onun kimə görə hakimlik elədiyini də deyə bilmərəm. Əliyar kimi gənclər üzərlərində çalışsalar, gələcəkdə onlardan yaxşı hakim çıxa bilər. Cavanlara ağır oyunlar vermək lazımdı. Axır-əvvəl çətin sınaqdan keçməlidilər. Biz də vaxtilə sınaqlardan çıxıb, özümüzü göstərmişik. Bizim səviyyəyə çatmaq üçün beynəlxalq oyunlarda özlərini təsdiq etməlidilər.

- Fikirləşmirsiz ki, belə davam eləsə, ki, «altılığ»ın sonu qanla qurtaracaq?
- Niyə qanla qurtarmalıdı ki?

- Hansısa oyunda mütləq yenə bir hakim döyüləcək. Əvvəl soyunub-geyinmə otağında döyürdülər, indi ora da kar eləmir onlara.
- Bunu arzu eləməzdim. Kim özünü pis aparırsa, hansı hakim oyunu idarə edə bilmirsə, onları xaric eləmək lazımdı. Biz sivil ölkədə yaşayırıq.

- Hakimlər Komitəsinin sədri işlədiyiniz vaxtı yaxşı xatırlayıram. O vaxtla müqayisədə, indi rüşvətxorluq daha da artıb.
- Həmişə səhv olub. Baxır necə səhv. Həmin səhvin araxasında qərəz varmı? Biz işlədiyimiz vaxtda şərait belə deyildi. Bu qədər də qonorar verilmirdi. İndiki halda hakimlərin oyunları pis idarə etməyə ixtiyarı yoxdu. AFFA rəhbərliyi, eləcə də PFL tərəfindən hakimlərin oyunları idarə etməsi üçün hər cür şərait yaradılıb. Hər oyuna da yüksək qonorar alırlar. Təlim-məşq toplanışını da ölkədən kənarda keçirilər. Orada oyunlar da idarə edirlər. Bundan başqa, daha nə olmalıdı ki? Özbək hakim dünya çempionatının final mərhələsində necə oyun idarə etdi, ad çıxardı. Bizim hakimlər də öz üzərlərində işləsələr, irəli gedərlər.

- Bu yaxınlarda hakim-inspektorların iclasında PFL prezidenti Ramin Musayev deyib ki, Xaqani Məmmədovu çıxarsam, yerinə kimi gətirim? Soruşub ki, onun əvəzinə namizəd varsa, deyin. Heç kim dinməyib. Doğrudanmı, Xaqani elə bir komitə sədridi ki, yerinə namizəd yoxdu?
- AFFA yarandığı gündən hesablasaq, Xaqani Məmmədov 10 ilə yaxın komitə rəhbəri işləyib. Dünyada əvəzolunmaz insan yoxdu. Sabah Xaqani gedər, yerinə Həsən gələr. Həsən də gedər, əvəzinə Məmməd gələr. Atalar məsəli var, xoruz yox idi, səhər açılmırdı? Ondan daha təcrübəli adamlar var, komitə sədri işləyə bilərlər. İnspektorlar qorxudan cavab verməyiblər. Ola bilsin ki, qorxublar danışsalar, sabah təyinat almaycaqlar.

- Həmin yığıncaqda iştirak etmisiz?
- Olmamışam orda. Dedim axı, onların heç bir yığıncağında iştirak eləmirəm. Mənim yanımda desəydi, cavabını alardı.

- Cavabınız nə olardı?
- Ona deyərdim ki, əvəzolunmaz adam yoxdu. Xaqani Məmmədov olmasa, məgər Azərbaycan futbolu dayanmalıdı? Onu komitədə əvəzləyə biləcək layiqli adamlar var.

- Onu kim əvəzləyə bilər?
- Niyə ad çəkim? Sonra da həmin adamın başı ağrısın. Ad çəkəcəm, onu da işdən çaxararlar.

- Bəlkə Hakimlər Komitəsinə siz rəhbərlik edəsiz?
- Vaxtilə komitə rəhbəri işləmişəm. Həmin adamlar da nəyə qadir olduğumu yaxşı bilirlər. Mənlə işləmək onlara sərf eləməz. Çünki onların dediklərilə oturub-duran insan deyiləm. Mənim öz əqidəm var. Onu da heç vaxt dəyişə bilmərəm.

- Sərf etmədiyiniz adamlar deyəndə, kimləri nəzərdə tutursuz?
- Onlar özləri yaxşı bilirlər. Ad çəkməyə də ehtiyac yoxdu. Mən sərbəst işləməyi xoşlayıram. Kənardan «zakaz»ları qəbul edənlərdən deyiləm. İşimə qarışan olsa, sözümü deyib gedərəm.

- Belə çıxır ki, Xaqani Məmmədov komitədə quru və boş fiqurdu?
- Deyə bilmərəm, fiqurdu, ya yox. Onu özündən soruşsaz, yaxşı olar.

 
Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Şərhlər [ Bütün şərhlərə baxmaq ]

Turnir cədvəli

KlubOH
1Simurq1427
2AZAL1326
3İnter1423
4Simurq1419
5Bakı1415
6Qəbələ1413
7AZAL1413
8Rəvan1413
9-00
10-00
Bütün cədvəl

Səsvermə


Müsahibə

25.06.2012 Rəşad Abdullayev: Komandaya yeni nəfəs gətirdiyimi hiss etdirmək istəyirəm (Müsahibə) (0)
R.Abdullayev “Qəbələ FK” qəzetinə müsahibəsində kluba keçidi, yeni komandasında hədəfi və bir çox başqa məqamlardan danışdı. 
16.06.2012 Fabio Luis Ramim AZAL-dan təklif gözləyir və millimizdəki karyerasını bitmiş sayır (Müsahibə) (0)
Milli komandamızın və “Bakı”nın sabiq futbolçusu Fabio Luis Ramim müsahibə verib. 

Ən çox oxunanlar

Ən cox şərh olunanlar


Oyun cədvəli

14

21.01.2021
16:00
Səbail
Neftçi
1
3
16:00
FC Zire
Qəbələ
2
0
18:00
Sabah
Qarabağ
1
2
22.01.2021
16:00
Keşlə
Sumqayıt
0
1



Açar sözlər


 

© 1999-2014 Azerifootball
info@azerifootball.com

Saytın yaradılması və dəstək: ExtraWeb

Proyekt haqqında Reklam Əlaqə

Saytdakı materiallardan istifadə edilərkən www.azerifootball.com link şəklində istinad mütləqdir
www.azerifootball.com saytı reklam materiallara və banerlərə görə məsuliyyət daşımır.