Proyekt barədə | Reklam | Əlagə
Qeydiyyat
İstifadəçilər üçün giriş
Русская версия WAP RSS
Bağla



- Fanklubda qeydiyyat                       - Забыли пароль?
Rəylər
24.04.2012 / 0 şərh / 1972 -dəfə baxılıb

Mənə şübhəli gəldi (Müsahibə)

"Rəvan"ın yarımmüdafiəçisi Ramazan Abbasovun müsahibəsi

- Niyə ardıcıl xallar itirirsiz?
- Vallah, çətin sualdı. Belə baxanda, normal oynayırıq. Bəxtimiz gətirmir. Artıq neçə oyundu hesabda irəli oluruq, amma qələbəni qoruya bilmirik. Ya heç-heçə edirik, ya da uduzuruq.

- "Turan"a iki top vurduz, son 5 dəqiqədə isə üstünlüyü itirdiz. Komanda artıq fiziki cəhətdən çatdırmır, yoxsa psixoloji gərginlik var?
- Həmin vaxt meydanda azlıqda qalmışdıq. İkinci topu vurandan sonra bir qədər arxayın oynadıq. Bunun nəticəsidi ki, sonda qapımızdan iki top buraxdıq.

- 83-cü dəqiqədə hesab 2:0 "Rəvan"ın xeyrinə idi. 10 nəfərlə qalsaz da, penalti vurduz…
- Oyunun sonlarında komandamız "boşaldı". Hardasa qələbəni təmiş etmiş kimi oynayırdıq. "Turan" bir qol vurandan sonra daha da fəallaşdı. İkinci penaltinin olub-olmadığını isə deyə bilmərəm. Mənə şübhəli gəldi. İstənilən halda qələbə qazanmalı idik. Biz daha yaxşı oynadıq, amma sonda istəyimizə çata bilmədik.

- Taqim Novruzov qarmızı vərəqə alaraq artıq neçənçi dəfədi komandanı pis vəziyyətdə qoyur.
- O da qırımızı vərəqə almasını istəməz. Taqim komandya xeyir verməyə çalışır. Oyunda belə şeylər olur. Taqim qırmızı vərəqəni bilərəkdən almayıb. O mübarizəyə gedəndə rəqibinə heç vaxt uduzmaq istəmir. Bəzən mübarizə zamanı qaydanı pozmalı olursan.

- Hər iki sarı vərəqə vardı?
- Əgər referi belə görübsə, deməli vardı.

- İkinci "altılıq"da oynamaq futbolçulara psixoloji tərəfdən mənfi təsir edə bilər?
- Şəxsən mən əvvəl necə, indi də çalışıram ki, komandaya xeyir verim.

- Digər futbolçular da sənin kimi fikirləşirlər?
- Vallah, bilmirəm. Bunu onlardan soruş. Onlar da əllərindən gələni edirlər. Bu oyunda hesabda irəli olmağımız bizi bir qədər arxayınlaşdırdı.

- Qələbəyə görə futbolçulara mükafat verirlir?
- Əlbəttə, verirlər. "Turan"la oyunda qələbəyə mükafat qoyulmuşdu, qazana bilmədik.

- Komanda yoldaşların deyir ki, ikinci "altılıq"da mübarizə apardığımıza görə oyunlara maraq yoxdu.
- Televiziya və mətbuat əsas diqqəti ilk "altılığ"a yönəldib. Onların oyunları müzakirə olunur. İkinci "altılıq"dan ancaq hesabları deyirlər. İlk "altılıq"la müqayisədə, ikinci "altılığ"ın oyunlarına maraq yoxdu. Bu isə istər-istəməz futbolçulara da təsir edir.

- Gah əsas heyətdə yer alırsan, gah da ehtiyatda qalırsan. Bəhmən Həsənov belə etməklə sənə nə demək istəyir?
- Bizdə cavan uşaqlar var. Baş məşqçi onlara şans verir, hansının gələcəkdə komandaya xeyir verəcəyini bilmək istəyir.

- Baş məşqçinin seçiminə haqq qazandırırsan?
- Mənim üçün problem deyil. Ehtiyatda otursam da, sonradan oyuna qoşuluram.

- Gələn mövsümü "Rəvan"da başlayacağını söyləmək olar?
- Hələ demək olmaz. Qarşıda oyunlarımız var. Həmin oyunlarda qələbə qazanıb mövsümü uğurla başa vurmaq istəyirik. Ondan sonra necə olacağını deyə bilmərəm.

- "Rəvan"ın səni saxlayacağını güman etmirsən, ya özün qalmaq istəmirsən?
- Onu hələ bilmirəm. İnşallah, rəhbərliklə görüşüb söhbət edəndən sonra bilinəcək. Çempionat başa çatandan sonra məsələm yoluna qoyulacaq.

- İlk seçimi kimin xeyrinə edəcəksən?
- Çox mehriban kollektivimiz var. Hər bir futbolçuyla münasibətim yaxşıdı. Komandada qalmaq istərdim. Hər şey danışıqlardan asılı olacaq. Çempionat başa çatandan sonra klub rəhbərliyi ilə danışacağıq. Yəqin ki, "Rəvan"da qalaram.

- Yəqin ki, daha yaxşı maddi şərtlər istəyirsən.
- Biz pulu futbol oynamaqla qazanırq. Hamı kimi mən də ailə saxlayıram. Gələcəyimi qurmaq üçün yaxşı pul qazanmalıyam. Mən demirəm ki, pul alıb sonra oynamayım. Mənim üçün ilk növbədə oynamaq, sonra isə pul gəlir. Bu bir ili pis keçirmədim. Düzdü, zədələrlə üzləşsəm belə, artıq özümə gəlmişəm. Belə davam etsəm, daha yaxşı formaya düşəcəm.

- "Rəvan" indiki şərtlərdən artıq pul verməsə, komandanı dəyişəcəksən?
- Hələ heç nə danışmamışıq. Rəhbərliklə görüşəndən sonra nəsə deyə bilərəm.

- İddialı klublardan təklif almısan?
- Bəzi təkliflər var. Mövsüm başa çatandan sonra gələn təklifləri dəyərləndirəcəm.

- Dəvətlər keçmiş klublarından gəlib?
- Hələ fikrimi oyunlara yönəltmişəm. Çempionatı başa vurandan sonra bu haqda danışmaq olar. Görək də başımıza nə iş gəlir.

- Səndə artıq "Rəvan"dan getməyi hiss edirəm.
- Niyə elə fikirləşirsən ki? Yaxşı maddi şərtlərlə "Rəvan"da oynamağa hazıram. Niyə də burada qalmayım?

- Sənə elə gəlmir ki, baş məşqçisi Bəhmən Həsənov olan komandanın nəticə verməsi çətin məsələdi.
- Normal oynayırıq. Sadəcə, bəxtimiz gətirmir. Əgər futbolçu qol vura bilmirsə, baş məşqçi neyləsin? Hər şey bizdən asılıdı.

- Vladislav Qədirovun vaxtında komanda daha yaxşı oynayırdı, nəinki indi.
- Komanda yenə də əvvəlki kimi oynayır. Ola bilsin ki, ikinci "altılıq"da oynadığımız üçün futbolçularda o qədər istək yoxdu.

- Futbolçular Bəhmən Həsənovla işləməyə etiraz etmir?
- Yəqin ki, eləməzlər də. Rəhbərlik komandanı Bəhmən Həsənova tapşırıbsa, baş məşqçiyə hörmət eləmək lazımdı.

 
Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Şərhlər [ Bütün şərhlərə baxmaq ]

Turnir cədvəli

KlubOH
1Simurq1427
2AZAL1326
3İnter1423
4Simurq1419
5Bakı1415
6Qəbələ1413
7AZAL1413
8Rəvan1413
9-00
10-00
Bütün cədvəl

Səsvermə


Müsahibə

25.06.2012 Rəşad Abdullayev: Komandaya yeni nəfəs gətirdiyimi hiss etdirmək istəyirəm (Müsahibə) (0)
R.Abdullayev “Qəbələ FK” qəzetinə müsahibəsində kluba keçidi, yeni komandasında hədəfi və bir çox başqa məqamlardan danışdı. 
16.06.2012 Fabio Luis Ramim AZAL-dan təklif gözləyir və millimizdəki karyerasını bitmiş sayır (Müsahibə) (0)
Milli komandamızın və “Bakı”nın sabiq futbolçusu Fabio Luis Ramim müsahibə verib. 

Ən çox oxunanlar

Ən cox şərh olunanlar


Oyun cədvəli

14

21.01.2021
16:00
Səbail
Neftçi
1
3
16:00
FC Zire
Qəbələ
2
0
18:00
Sabah
Qarabağ
1
2
22.01.2021
16:00
Keşlə
Sumqayıt
0
1



Açar sözlər


 

© 1999-2014 Azerifootball
info@azerifootball.com

Saytın yaradılması və dəstək: ExtraWeb

Proyekt haqqında Reklam Əlaqə

Saytdakı materiallardan istifadə edilərkən www.azerifootball.com link şəklində istinad mütləqdir
www.azerifootball.com saytı reklam materiallara və banerlərə görə məsuliyyət daşımır.