Rəylər
- 24.04.2012 / 0 şərh / 2185 -dəfə baxılıb
- "Oyun yüksək tempdə keçdi. Hesabı biz açsaq da, onu qoruya bilmədik. Biz qol vurandan sonra "İnter" daha fəal oynadı. Bunun hesabına qələbə qazandılar".
Bu sözləri "İnter"lə oyundan sonra "Qəbələ"nin vitse-prezidenti Fariz Nəcəfov deyib. Komandalarının 1:2 hesabı ilə uduzduğu qarşılaşma barədə fikirlərini açıqlayan klub rəsmisi avrokuboklara vəsiqə qazanmaq şanslarının hələ qaldığını vurğulayıb:
"İnter"dən xal qopara bilsəydik, yaxşı olardı. Qarşıda üç tur var və hələ heç nə itirilməyib. Həmin oyunları qələbə ilə başa vursaq, dördüncü yeri tuta bilərik. Çətin olsa da, hələ şansımız var".
"Qəbələ"nin kapitanı Mahir Şükürovun qırmızı vərəqə almasına da münasibət bildirən Nəcəfov görüşün baş hakimi Elvin Əsgərovun idarəçiliyindən razı qalmayıb:
"Mahirin ikinci "sarı"ya qədər artıq bir vərəqəsi vardı. O, bilərəkdən yerə yıxılaraq penalti istəyibsə, hakim düzgün qərar verib. Ancaq ümumi desəm, hakimin idarəçiliyi yüksək deyildi"