Proyekt barədə | Reklam | Əlagə
Qeydiyyat
İstifadəçilər üçün giriş
Русская версия WAP RSS
Bağla



- Fanklubda qeydiyyat                       - Забыли пароль?
Rəylər
24.04.2012 / 0 şərh / 2107 -dəfə baxılıb

Böyük çıxış və Böyük oyun (Yazı)

Kifayət qədər cəsarətli, bir çox məsələləri düşünmək üçün ictimaiyyətin ixtiyarına buraxılacaq qədər diplomatik və ən əsası, vətənpərvər ruhda verilən müsahibə idi. “Xəzər Lənkəran”ın fəxri prezidenti Mübariz Mənsimov uzun müddətdən sonra heç kəsin gözləmədiyi anda qısa Bakı səfərinin sonunda media önünə çıxıb, yuxarıda sadaladığım formada açıqlamalarını verib yenidən yaşadığı və “yatırım etmək, dövlətin iqtisadiyyatına xeyir vermək üçün münbit şəraitin olduğu” Türkiyəyə getdi. Məhz elə bu sitatına görə Mənsimovun cəsarətinə heyran qalmaq olar. Yox, mən Mənsimovu mədh etməyi düşünmürəm. Ki, ona qalsaydı həmmüəliffi olduğum kitabda ona iki yox, yüzlərlə səhifə həsr edərdim. Amma həmkarım Həbib bəyin Mənsimovun “bir süd zavoduna görə ölkə xaricində qazandığı pulları guya Azərbaycan futboluna sərf etməyə məhkum olması” kimi fikiri qarşısında nələrisə də qeyd etməyə məcburam.

Qısaca vurğulayım ki, sadəcə, zavodda çalışan işçilərin maaşını verəcək səviyyədə başını aşağı salıb çalışan “Palsüd” hətta bunun qarşılığında belə kənar qüvvələrin təsiri ilə üz-üzədir. Kəndlidən südü ən yuxarı bazar qiymətinə alan adıçəkilən zavodun bazardakı rəqibi hətta südü verən inəyin heyran qalacağı qədər para ödəyib təkhakimiyyətliliyə sahib olmaq istəyirsə, deməli, Mənsimovun heç kəsin cəsarət tapıb deyə bilmədiyi fikrinin çəkisi daha da artır. Siyasi çalarlardan qaçıb əlavə olaraq onu da vurğulayım ki, futbolu sevmədiyini deyən Mübariz bəyin futbolla bağlı fikirlərində müəyyən qüsur tapmaq olar. Lakin vətənini sevən, qazandığı paraları şakiralara yox, azərbaycanlı qəhrəmanların adını daşıyan tankerlərə xərcləyən birinə futbolun özünü belə keçməyə dəyər. Məncə, bu kiçik qüsurları axtarmaqdansa onun “Sabah komandanız “Neftçi” ilə oyuna çıxacaq. Qarşılaşmanı izləyəcəksinizmi?” sualına verdiyi cavabı düşünmək, təhlil etmək daha doğru olar.

“İdmanı izləmək üçün zövq almaq lazımdır. Haqsızlıq olan yerdə zövq alınmamalıdı” deyən Mübariz bəy yəqin ki, ötən il çempionluğun yuxarıların əli ilə onun komandasının əlindən alınıb “Neftçi” yə hədiyyə edildiyini nəzərdə tutur. Neçə vaxtdı lənkəranlı azarkeşlərin, futbol ictimaiyyətinin “niyə Mənsimov ulduz futbolçu gətirmir, matçları əvvəlki kimi stadionda izləmir” sualına şax, çoxlarına tərs sillə vuracaq formada cavab verib. Ölkə futbolunu “qara bazar”a döndərən futbol rəsmilərinin pərdəarxası əməllərinin əzabını biz ölkə olaraq belə çəkirik. Daha oktaylar, dursunlar, tsvetkovlar Azərbaycan futboluna gəlmir, yaxud dəqiq desək gətirilmir və yəqin ki, bundan sonra da gəlməyəcək, gətirilməyəcək. Bu mövsüm “Neftçi” öz gücünə ilk pilləni zəbt edib, artıq demək olar, çempionluğu bayram edərkən kim bakılıların çempionluğuna kölgə salır ki? Belə də niyə ötən il mütləq “ağ-qara”ların çempionluğu üçün son dəqiqə penaltiləri və hələ də unudulmayan, dillərə dastan “əl topu tapdı, top əli tapdı” yanıltmacı işə düşməli idi? Yazı yazmaq asandır, elə ittiham etmək də. Arada cənub klubundan sakitcə maraqlanın ki, akademiya tikmək üçün sizdən əlavə nə qədər torpaq haqqı istəyirlər? Elə bu səbəblərə görə də Mənsimovun milyonları Rednikin cibinə yox, hər şeyin daha şəffaf olduğu Türkiyəyə, “Beşiktaş” klubuna gedir. Çünki biz Mənsimov və onun kimilərin zövqünü pərdəarxası oyunlarla, “şapka”larla çoxdan korlamışıq.

“Böyük oyun”a gəlincə matçdan öncə cənub klubunun çalışdırıcısı Yunis Hüseynovun rahat görünməsi mənim özümü belə qorxutdu. Dözə bilməyib Lənkəranda olan auranı, məğlubiyyət olacağı halda “qaradan artıq rəng yoxdur” misalına uyğun duruma düşəcəklərini xatırlatmaq zorunda qaldım. “Neftçi”nin Lənkəranda çempionluğu bayram etməsi sözün bütün mənalarında “ağ-yaşıl” camiə üçün tarixinin ən ağır duruma düşməsinə səbəb olacaqdı. Rednikin gedişi, məşqçi dəyişikliyi, çempionluq arzusu ürəklərdə cücərən anda silinən 6 xal və dahası “Neftçi”nin Lənkəranda çempionluğu bayram etməsinin nə olduğunu bilmək üçün elə ən azı lənkəranlı olmalısan. Bir gün öncə son hadisələrdən sonra meydanda təklənmiş durumda qalan Tuyqun Nadirovla bazada rastlaşdım. Söhbət gecə 3-ə qədər davam etdi və mən Nadirovun ayrılarkən əlini göyə açıb dua etməsini görəndə anladım ki, rəhbərlik də Tuyqun bəyin timsalında bu “Böyük oyun”un məsuliyyətini aydın dərk edir. Bazar günü “Xəzər Lənkəran” məğlub duruma düşə də bilərdi. Lakin əsas odur döyüşdülər, vuruşdular və əzəli rəqibin arzusunun üzərindən çalın – çarpaz xətt çəkdilər. Küsmüş, incimiş, sadiq, çılğın azarkeşinə ümid və barış verdilər. Buna məcburdular da. Çünki, o azarkeş də komandasını tək qoymamışdı, nəhayət tribunaları doldurmuşdu. Bir sözlə “Xəzər Lənkəran” əsl mənada böyük oyundan yox, böyük imtahandan üzü ağ çıxmağı bacardı.

 
Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Şərhlər [ Bütün şərhlərə baxmaq ]

Turnir cədvəli

KlubOH
1Simurq1427
2AZAL1326
3İnter1423
4Simurq1419
5Bakı1415
6Qəbələ1413
7AZAL1413
8Rəvan1413
9-00
10-00
Bütün cədvəl

Səsvermə


Müsahibə

25.06.2012 Rəşad Abdullayev: Komandaya yeni nəfəs gətirdiyimi hiss etdirmək istəyirəm (Müsahibə) (0)
R.Abdullayev “Qəbələ FK” qəzetinə müsahibəsində kluba keçidi, yeni komandasında hədəfi və bir çox başqa məqamlardan danışdı. 
16.06.2012 Fabio Luis Ramim AZAL-dan təklif gözləyir və millimizdəki karyerasını bitmiş sayır (Müsahibə) (0)
Milli komandamızın və “Bakı”nın sabiq futbolçusu Fabio Luis Ramim müsahibə verib. 

Ən çox oxunanlar

Ən cox şərh olunanlar


Oyun cədvəli

14

21.01.2021
16:00
Səbail
Neftçi
1
3
16:00
FC Zire
Qəbələ
2
0
18:00
Sabah
Qarabağ
1
2
22.01.2021
16:00
Keşlə
Sumqayıt
0
1



Açar sözlər


 

© 1999-2014 Azerifootball
info@azerifootball.com

Saytın yaradılması və dəstək: ExtraWeb

Proyekt haqqında Reklam Əlaqə

Saytdakı materiallardan istifadə edilərkən www.azerifootball.com link şəklində istinad mütləqdir
www.azerifootball.com saytı reklam materiallara və banerlərə görə məsuliyyət daşımır.