Rəylər
- 26.04.2012 / 0 şərh / 2090 -dəfə baxılıb
- "İnter"in baş məşqçisi Kaxaber Tsxadadze "Neftçi" ilə keçirilən kubok oyunundan sonra fikirlərini bölüşüb. Gürcü mütəxəssis komandasını məğlub olaraq kubokdan vidalaşmasına münasibət bildirib: "Biz bundan əvvəl "Neftçi"ylə oyunda rəqibin cərimə meydançasına 38 ötürmə etmişdik, "Neftçi"də isə bu rəqəm 27 idi. Amma istədiyimizə nail olmamışdıq. Növbəti oyunlara kimi bu problemi təhlil edib aradan qaldırmalıyıq. Bu gün futbolçularımız əziyyət çəksə də, son nöqtəni qoya bilmədik. Bundan sonra çempionat oyunlarında uğurlu nəticə göstərib Avroliqaya düşməyə çalışacağıq".
"Mən bir daha rəqibimiz "İnter"in güclü komanda olduğunu bildirirəm. Taktiki gedişləri yaxşı olan bir klubdur. Müəyyən səbəblər üzündən 4-5 futbolçumuz oynamırdı. Bu da bir sıra hakimlərin və Elçin Məmmədovun xidmətinin nəticəsidir". Bu sözləri "Neftçi"nin baş məşqçisi Böyükağa Hacıyev "İnter"lə kubokun oyunundan sonra keçirilən mətbuat konfransında deyib.
O, komandasının qələbə qazanaraq finala çıxmasına belə münasibət bildirib: "Rəqib "Neftçi"yə qarşı inamlı mübarizə apardı. İstəyirik ki, bu mövsüm "qızıl dubl" edək. Bu yolda komandama uğurlar arzulayıram".