Proyekt barədə | Reklam | Əlagə
Qeydiyyat
İstifadəçilər üçün giriş
Русская версия WAP RSS
Bağla



- Fanklubda qeydiyyat                       - Забыли пароль?
Rəylər
28.04.2012 / 0 şərh / 2243 -dəfə baxılıb

Məşqçi və nəticə fərqi (Yazı)

"Bakı"nı Avroliqaya vəsiqə qazanmaq münasibəti ilə təbrik etməkdə bir qədər tələsmişik. Ölkə kubokunun finalına vəsiqə qazanan "zolaqlılar"ın rəqibi olan "Neftçi"nin çempionluğu böyük ölçüdə təmin etdiyini nəzərə alaraq, belə qənaətə gəlmişdik. Lakin dünən FİFA-nın "Xəzər Lənkəran"ın hesabından sildiyi 6 xalı geri qaytarması mənzərəni yenidən dəyişdi.

Artıq çempionluğunu elan etmək üçün "Neftçi"yə bir qələbə kifayət etmir. Bu isə o deməkdi ki, "ağ-qaralar"ın büdrəmək ehtimalı var. Və bu, baş verərsə, "Bakı" kubokun finalçısı olmasına rəğmən, avrokuboka düşə bilməyəcək.

Əslində, hər şey "Bakı"nın öz əlindədi. "Neftçi" çempion olmasa belə, "zolaqlılar" kubokdakı həlledici oyunda uğur qazanmaqla hədəflərinə çata bilərlər. Digər tərəfdən paytaxt klubunun premyer-liqada 4-cü finiş etmək ehtimalı da realdı. Hərçənd, Aleksandr Starkov istefa verdiyi ərəfədə çoxları "Bakı"nı dəftərdən silmişdi ki, bu da başadüşülən idi. Çünki latviyalı çalışdırıcının dönəmində bakılılar iddialılara qarşı keçirdiyi oyunlarda həm zəif təsir bağışlayırdı, həm də uğursuz nəticələr əldə edirdi. Təsəvvür edin, "Bakı" ilk "altılıq"da qərarlaşan komandalardan yalnız "Qəbələ" ilə "İnter"i üstələyə bilmiş, "bankirlər"lə səfər matçındakı 3 xalı isə məlum səbəblərdən meydan sahiblərinə texniki məğlubiyyət verildiyinə görə komandanın hesabına yazılmışdı.

"Bakı"nın ilk "altılıq"da qərarlaşmasının səbəbi isə zəif rəqiblərlə duellərdə nadir hallarda xal itkisi ilə üzləşməsi idi. Paytaxt klubu yalnız özündən heyət baxımından qat-qat zəif komandaları məğlub edirdi. Növbə güclülərə çatanda "silahı" yerə qoyurdular.

"Bakı"nın dərdi yalnız nəticə qazana bilməmək olsaydı, yenə də nəyəsə ümid etməyə dəyərdi. İş ondadı ki, Starkovun komandasının ortaya qoyduğu futbol əldə olunan nəticələrdən də bərbad və latviyalının "zolaqlılar"ı uğura daşıya biləcək adam olmadığı aydın idi. Elə ona görə də klub rəhbərliyi hər bir şərait yaradılmasına rəğmən, işində səriştəsizlik nümayiş etdirən baş məşqçisinə "əlvida" dedi.

Starkovun "Bakı"sı iddialı rəqiblərin kölgəsində qalsa da, komandanın yüksək potensialının olduğu danılmaz fakt idi. Sadəcə, latviyalı əlindəki "material"dan düzgün istifadə etməyi bacarmırdı. Hər halda, "zolalılar"ın Novruz Əzimovun rəhbərliyi altında oynadığı futbol, qazandığı nəticələr belə söyləməyə əsas verir.

"Bakı" rəhbərliyi Starkovu yola salan zaman komanda 35 xalla 5-ci pillədə qərarlaşmışdı, 4-cü sıradakı "Qarabağ"dan 6, "üçlüy"ü qapayan "Xəzər Lənkəran"dan isə 9 xal geri qalırdı. Amma indi "zolaqlılar"ı ağdamlılardan 3, 3-cü sıradakı "İnter"dən isə 5 xal ayırır. Üstəlik, Əzimovun rəhbərlik etdiyi kollektiv ölkə kubokunda AZAL və "Qarabağ"ı mübarizədən kənarlaşdıraraq, finala yüksəlib.

"Bakı"nın Novruz bəyin başçılığı altında "Xəzər Lənkəran"ı evdə və səfərdə (1:0 və 4:1), "Qarabağ"ı isə Quzanlıda devirməsini isə xüsusilə qeyd etmək lazımdı (4:2). Buyurun, Starkovla Əzimovun fərqi göz önündədi. Heyət həmin heyət olsa da, baş məşqçi amili öz sözünü deyir. Düzdü, latviyalı həmyerlimizlə müqayisədə daha adlı-sanlı mütəxəssisdi. Amma nə olsun, "Bakı"ya ölkə kubokunu, çempionatın gümüş medallarını qazandıran Cüneyt Biçərlə müqayisədə Vinfred Şafer də daha məşhur sima idi. Lakin Starkovla Şaferin də işi göz önündədi, Biçərlə Əzimovun da...

Keçmişi geri qaytarmaq olmaz. Amma səhvlərdən nəticə çıxarmaq lazımdı və vacibdi. "Bakı" rəhbərliyi Bülənt Korkmazın qoyub getdiyi dağınıq komandanı toparlayıb uğura daşıyan Biçəri Şaferlə əvəzləməklə yanlış iş tutmuşdu. İndi yenə analoji vəziyyət yaranıb. Novruz bəy Starkovdan miras qalan ruhsuz kollektivi yenidən ayağa qaldırıb, avrokubok mübarizəsinə şərik edib. Və böyük ehtimalla "Bakı" Avroliqaya düşəcək. Əgər bu baş verərsə, paytaxt klubunun rəhbərliyinin görməli olduğu ilk iş Əzimovu baş məşqçi kimi təsdiqləmək olmalıdı.
 
Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Şərhlər [ Bütün şərhlərə baxmaq ]

Turnir cədvəli

KlubOH
1Simurq1427
2AZAL1326
3İnter1423
4Simurq1419
5Bakı1415
6Qəbələ1413
7AZAL1413
8Rəvan1413
9-00
10-00
Bütün cədvəl

Səsvermə


Müsahibə

25.06.2012 Rəşad Abdullayev: Komandaya yeni nəfəs gətirdiyimi hiss etdirmək istəyirəm (Müsahibə) (0)
R.Abdullayev “Qəbələ FK” qəzetinə müsahibəsində kluba keçidi, yeni komandasında hədəfi və bir çox başqa məqamlardan danışdı. 
16.06.2012 Fabio Luis Ramim AZAL-dan təklif gözləyir və millimizdəki karyerasını bitmiş sayır (Müsahibə) (0)
Milli komandamızın və “Bakı”nın sabiq futbolçusu Fabio Luis Ramim müsahibə verib. 

Ən çox oxunanlar

Ən cox şərh olunanlar


Oyun cədvəli

14

21.01.2021
16:00
Səbail
Neftçi
1
3
16:00
FC Zire
Qəbələ
2
0
18:00
Sabah
Qarabağ
1
2
22.01.2021
16:00
Keşlə
Sumqayıt
0
1



Açar sözlər


 

© 1999-2014 Azerifootball
info@azerifootball.com

Saytın yaradılması və dəstək: ExtraWeb

Proyekt haqqında Reklam Əlaqə

Saytdakı materiallardan istifadə edilərkən www.azerifootball.com link şəklində istinad mütləqdir
www.azerifootball.com saytı reklam materiallara və banerlərə görə məsuliyyət daşımır.