Proyekt barədə | Reklam | Əlagə
Qeydiyyat
İstifadəçilər üçün giriş
Русская версия WAP RSS
Bağla



- Fanklubda qeydiyyat                       - Забыли пароль?
Rəylər
29.04.2012 / 0 şərh / 2225 -dəfə baxılıb

Zülmət gecənin gündüzü (Yazı)

Çərşənbə axşamı Lənkəranda hamının qulağı səsdə, gözü yolda idi. Axşam saatlarına qədər Surixdən bir xəbər gəlməyincə, hamı yuxusunu qaçıra bildiyi qədər “Real” –“Bavariya” matçına tamaşa edib yatmışdı. Lənkəranlılar üçün silinmiş və o gün qaytarılmalı olan 6 xalın ümidi gecə ürəklərdə dəfn olunmuşdu. Sabah açılınca Böyük bazarda son açıqlamalarında özünü az qala Tanrı sayan Mourinyonun meydanda diz çökməsindən, çayxanalarda Ronaldonun penaltini qaçırmasından söhbət gedəcəkdi. “Bakı” bir gün öncə ölkə kubokunun finalına vəsiqə qazandığına görə “Xəzər Lənkəran”ı evlərindəki övladları qədər sevən cənublu fanatlar avrokubok şansını da gedən 6 xalın yanına dəfn edib susmuşdular. Onlar üçün təsəlli olaraq ən böyük iş görülmüş, əzəli rəqib Lənkəranda çempionluğu bayram etməyi bacarmadan geri dönmüşdü. Vəssalam. Amma…

Lənkəranda bayramdı. Bu şəhərdə indi “Novruz bayramı”nın ab-havası var. Həmin günlərdə tanıyan-tanımayan bir-birini yolda necə təbrik edirsə, dünən də belə idi. Bir neçə gün öncə məni israrla məhkəməni udacaqlarına inandırmaq istəyən, danışdıqca, sübut gətirdikcə əksinə məni tam olaraq inandıra bilməyən Tuyqun Nadirovun zənginə yuxudan oyananda belə cənub klubu rəsmisindən bu məsələ ilə bağlı şad xəbər eşidəcəyimə inanmırdım. Əslində inansaydım, köşəmdə gedən 6 xala görə klub rəhbərliyini çox erkən qınamazdım. Di gəl ki, rayonda yaşayan balaca uşaq valideynindən “ səni həftəsonu Bakıya aparacağam” xəbərini eşidəndə necə sevinirsə, Tuyqun bəyin də səsində də o sevinc tonu vardı. Hər halda, FİFA-dan gələn şad xəbərə camiə arasında bu xallara görə məcazi mənada az qala güllələnmə qərarı verilmiş Tuyqun Nadirovun özü qədər heç kəs sevinə bilməzdi.

“Xəzər Lənkəran” böyük qələbə qazandı. Adının, imicinin bir qəpiklik olmasına imkan vermədi. Bir əsrlik yaşı, böyük nüfuzu olan klubların bacarmadığını edib, FİFA-nı qərarından döndərməyi bacardı. Bu məsələdə kimin zəhməti varsa, onlara sözün bütün mənalarında böyük “sağ ol” düşür. FİFA isə əslində bizim böyütdüyümüz qədər əzəmətli, səhvsiz, saat mexanizmi kimi çalışan qurum olmadığı görüntüsünü yaratdı. “Xəzər Lənkəran”ı “Bakı ” ilə oyuna “döyülmüş” vəziyyətdə çıxaran bu böyük qurum elə özü boyda səhv edib təəssüfünü bildirməklə kənara çəkildisə, premyer liqasını hər iki mənada “Göy bazarı”na döndərən futbol rəsmiləri indi verdikləri açıqlamalarla cənub klubunun qələbəsini adlarına çıxarmağa cəhd edir.

6 xal silinəndə “AFFA-nın bu məsələdə heç bir təsir gücü yoxdur “ deyənlər indi az qala FİFA ilə son günlərdə sevgi məktubları qədər güclü təsirə malik yazışmalar sonunda “Xəzər Lənkəran”ın xallarını bərpa etdirdikləri haqda nağıl danışırlar. Sanki İsrafilin suru çalınıb və öz canının hayında olan hər kəs düzünü, bəziləri isə çaşıb əksini danışır. Ölkənin ən üzdə olan milli futbolçusunun mətbuata etirafından belə çıxır ki, “Xəzər Lənkəran”dan 6 xal silinəndən sonra “Qarabağ” elə zənn edib ki, məhəllə yarışıdı və ona görə çempionluq yarışına, illərdir ala bilmədiyi ölkə kubokuna tüpürüb əsas oyunçulardan bir neçəsini ehtiyatda saxlayıb, “Bakı” ilə əslində həyat əhəmiyyətli oyunlara indiyə qədər cəmi bir dəfə məğlub olduğu Quzanlıda Göyşabanın “Balıqçılar” komandası ilə görüşürmüş kimi çıxıb. Adama deyərlər niyə, nə üçün? Məgər bu ölkədə futbol mövsüm boyu yalnız “Xəzər Lənkəran”ı medallardan mərhum etmək üçünmü oynanılır? Hanı təmiz mübarizə, şəffaf çempionat?

İndi çoxları əl-ayağa düşüb . Avroliqaya gedəcək klubları yerbəyer edib yenicə kreslolarına yanlarını qoymuşdular ki, FİFA-nın məktubu işləri korladı. Bundan sonra qarşıdakı son üç tura nəfəs çəkib tamaşa etməyə dəyər. Əgər vicdanlı hakimlik olsa ölüm-dirim mübarizəsi altında Avropaya bunu haqq edənlər gedəcək.

P.S.  Bütün bunların fonunda mən yenə öz mövqeyimdə qalıram ki, üç il öncə çıxış etmiş futbolçunun məsələsinin bu səviyyəyə gəlməsində cənub klubu rəhbərliyi günah daşıyır.

P.S.S.  Heyf. Arada yenə “Neftçi”nin ehtimalı böyük olan çempionluğuna kölgə düşəcək. “Ağ-qara”ların ötən ilki çempionluğunda hakim səhvlərini qabardanlar, indi də “Xəzər Lənkəran”ın gedib-gəlmiş 6 xalını yada salacaq.

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Şərhlər [ Bütün şərhlərə baxmaq ]

Turnir cədvəli

KlubOH
1Simurq1427
2AZAL1326
3İnter1423
4Simurq1419
5Bakı1415
6Qəbələ1413
7AZAL1413
8Rəvan1413
9-00
10-00
Bütün cədvəl

Səsvermə


Müsahibə

25.06.2012 Rəşad Abdullayev: Komandaya yeni nəfəs gətirdiyimi hiss etdirmək istəyirəm (Müsahibə) (0)
R.Abdullayev “Qəbələ FK” qəzetinə müsahibəsində kluba keçidi, yeni komandasında hədəfi və bir çox başqa məqamlardan danışdı. 
16.06.2012 Fabio Luis Ramim AZAL-dan təklif gözləyir və millimizdəki karyerasını bitmiş sayır (Müsahibə) (0)
Milli komandamızın və “Bakı”nın sabiq futbolçusu Fabio Luis Ramim müsahibə verib. 

Ən çox oxunanlar

Ən cox şərh olunanlar


Oyun cədvəli

14

21.01.2021
16:00
Səbail
Neftçi
1
3
16:00
FC Zire
Qəbələ
2
0
18:00
Sabah
Qarabağ
1
2
22.01.2021
16:00
Keşlə
Sumqayıt
0
1



Açar sözlər


 

© 1999-2014 Azerifootball
info@azerifootball.com

Saytın yaradılması və dəstək: ExtraWeb

Proyekt haqqında Reklam Əlaqə

Saytdakı materiallardan istifadə edilərkən www.azerifootball.com link şəklində istinad mütləqdir
www.azerifootball.com saytı reklam materiallara və banerlərə görə məsuliyyət daşımır.