Proyekt barədə | Reklam | Əlagə
Qeydiyyat
İstifadəçilər üçün giriş
Русская версия WAP RSS
Bağla



- Fanklubda qeydiyyat                       - Забыли пароль?
Rəylər
01.05.2012 / 0 şərh / 2530 -dəfə baxılıb

Neftçiyə heç vaxt demədim ki, FİFA-ya gedib, pulumu alaram (Müsahibə)

Çoxdan idi ki, Suat Ustanı tapmaq olmurdu. İki il öncə «Neftçi»dən kənarlaşdırılan türkiyəli legionerin «Diyarbakırspor»a keçdiyi bilinirdisə, Superliqada yerini itirən klubdan ayrılandan sonra nə etməsi naməlum idi. PSV «Eyndhoven» və «Qalatasaray» forması geymiş müdafiəçinin Bakı komandasından narazılıqla getməsi onunla bağlı söz-söhbəti artırırdı. Çünki biz Ali Cansunla söhbət edəndə dəqiqləşdirmişdik ki, onunla eyni vaxtda «Neftçi» ilə müqavilə bağlamış türkiyəlilərin pulları verilməyib. Cansun borcunu FİFA-ya şikayət əsasında geri almışdısa, Levent Kartop və Suat Ustanın buna nail olub-olmaması maraqlıydı. Bir həftədi telefon zənglərimizə cavab verməyən Suatı, nəhayət, dünən günortaüstü «yaxaladıq». Azərbaycandan gələn zəngə sevinən futbolçu «Neftçi»nin ona borclu olduğunu təsdiqlədi. Dediyinə görə, yaxın həftələrin birində pulunu tam almaq üçün Bakıya gələcək.

- Suat niyə səndən xəbər yoxdu? Haralardasan?
- Hazırda Hollandiyadayam.

- Futbolla vidalaşmısan?
- Yox, cari mövsümdən futbola ilk başladığım komandada çıxış edirəm. “Fortuna Sittard”da. Hollandiyanın ikinci liqasında mübarizə aparır. Türkiyədə idim, köhnə müəllimim Tini Roys ora gələndə, əlaqə saxladı və dedi ki, mənim üçün bu komandada oynayarsan. Mən də razılıq verdim. Diyarbəkirdən qayıdandan bəri «Fortuna»dayam.

- Azərbaycan yadından çıxmayıb?
- Qətiyyən!

- Premyer Liqa ilə maraqlanırsan?
- “Neftçi” ötən mövsüm çempion oldu. İndi də çempionluğa gedir.

- Daha nə bilirsən?
- Çempionat nə vaxt başa çatacaq?

- 3 həftədən sonra.
- Aha... Mən bu günə qədər Azərbaycandan bəzi dostlarımla əlaqə saxlayıram.

- Kimlərlə?
- «Neftçi»dən Ruslan Abışovla, orda Zaur var, onunla. AFFA-dan Anarla, İlyasla. Azərbaycandan getmişəm, ancaq oraları unutmamışam. İki il Azərbaycanda sevə-sevə oynadım.

- Ölkəmizdə çıxış etdiyin müddətdə yaxşı təsir bağışladın. Amma “Neftçi”dən ayrılmağın gözlənilməz oldu. Səni niyə bəyənmədilər, qovdular?
- Vallah, ayrılacağımı mən də gözləmirdim. Amma bu, futboldu, hər komandanın öz planı var. Sən o planın içində ola da bilərsən, olmaya da. Bunlar normal şeylərdi. Komanda ötən mövsüm çempion oldu və mən buna çox sevindim. Ən azından sabiq komandamdı. Bir müddət oranın çörəyini yedim, xoşbəxt idim. Göndəriləcəyimi gözləmirdim. Həyat isə davam edir…

- “Qalatasaray” kimi məşhur klubun oyunçusu “Neftçi”də arxa plana atılmalı idi?
- Bu, mənim öz fikrimdi: “Neftçi”də hər şeyimi ortaya qoyub, oynayırdım. Ancaq bu, onların daxili işidi. Ona görə də qarışa bilmərəm.

- Sənin vaxtında yaxşı futbolçular var idi, amma komanda yaxşı oyun və nəticə göstərmirdi. Sən və bəzi futbolçuların gedişindən sonra əksi oldu. Demək olar ki, gedişiniz “Neftçi”nin xeyirinə işlədi?
- Bizim vaxtımızda komanda yaxşı oynayırdı, sadəcə, çempion ola bilmədik. Ancaq hazırkı vəziyyət daha yaxşıdı. Kiminsə arxasınca danışmaq yaxşı şey deyil. Mən orda sevə-sevə oynadım. Bəlkə gələcəkdə yenə də “Neftçi”də çıxış elədim. Yaxud da başqa bir azəri klubunda.

- Ondan sonra “Neftçi” və ya başqa bir klubumuzdan sənə dəvət aldın?
-“Neftçi”dən yox, başqa klublardan dəvət gəldi. Lakin indiki vaxtda bu, önəmli deyil.

- Niyə önəmli deyil?
- Öz aramızda danışdığımız şeyləri indi deməyin onlara qarşı hörmətsizlik olar.

- Səninlə bir yerdə “Neftçi”yə gəlmiş rumın, bolqar legionerlər, eləcə də həmyerlin Ali Cansun klubdan ayrılarkən problem yaşadılar. Səndə də belə vəziyyət yarandı? Çünki səndən öncə Cansunla danışdıq, dedi ki, pulunu vermirdilər, FİFA-ya müraciət etdi və aldı.
- Bu, şəxsi problemdi. Mənim də “Neftçi”dən alacağım pul var. Müəyyən məbləğ var ki, onu almalıyam. Bunu kişi kimi deyirəm ki, hər zaman klubdakı şəxslərlə görüşürəm. Mənə heç vaxt demədilər ki, sənin pulunu vermirik. Deyirlər ki, istədiyin vaxt Azərbaycana gəlib pulunu ala bilərsən. Bununla bağlı heç vaxt problem yaşamadım.

- FİFA-ya şikayət etmədin?
- Yox. Artıq iki il oldu. Ancaq mən heç vaxt demədim ki, FİFA-ya gedib, pulumu alaram. Onlar mənə, mən də onlara güvəndim.

- Bank hesabın var. Ünvanın və telefon nömrən də bəllidi. Pulunu könüllü verirlərsə, niyə hesabına keçirmirlər?
- Pulu aldığıma dair mənim imzam olmalıdı.

- İmzanı onlara faksla da göndərə bilərsən.
- Azərbaycana gəlirəm. Qolumu çəkib, pulumu alacam.

- Gəlişin nə vaxta planlaşdırılıb?
- İnşallah, 10 gün içində Bakıda olaram.

- Eşitdiyimə görə, “Neftçi”dən təxminən 200 min dollar alacağın var...
- Yox, o qədər deyil. Çünki “Neftçi” müxtəlif vaxtlarda mənə müəyyən məbləğdə pul göndərib.

- Səni düşərgədən kənarlaşdıran Arif Əsədovu da ötən yay istefaya göndərdilər. Baş məşqçinin sənə qarşı bu hərəkətini ona bağışlayacaqsan?
- Mənim onunla şəxsi problemim heç vaxt ola bilməz. Kimsə mənə qarşı bir hərəkət edirsə, düşünürəm ki, bu, onun öz qərarıdı. Bəli, mən qalmaq istəyirdim. Azərbaycana çox öyrəşmişdim. Gedəcək o qədər yerim var ki! Həm karyeram, həm də menecerim buna imkan verir. Qardaşım Fuad iki il Quus Hiddinkin köməkçisi olub. Ona görə də komanda tapmaq mənim üçün çətin deyil. Bakıda yaxşı dostlar qazanmışdım. Hər şey yaxşı gedirdi. Amma olmadı. Mən nə olsa, insanın üzünə deyirəm. Arif Əsədovla da görüşdüm. Dedi, istərmirəm səni. Qarşılıqlı şəkldə bir-birimizi başa düşdük. Burda problem yoxdu. Bəlkə də gələcəkdə başqa klubun baş məşqçisi olacaq və məni də ora dəvət edəcək.

- “Neftçi”də forma geyindiyin vaxtlarda hakimlərdən narazı idin. Tez-tez əsəbiləşirdin, mübahisə edirdin. Artıq 2 ildi “Neftçi” belə hallarla üzləşmir. Hazırda hakimlər də bu komandaya kömək edirlər. Səncə, həmin vaxt bu kömək olsaydı, “Neftçi” çempion ola bilərdi?
- Görmədiyim şey haqda danışa bilmərəm. Mənim hakimlərlə şəxsi problemim yox idi. Sadəcə, bəzilərinin idarəçiliyinə əsəbiləşirdim. Həmin vaxt “Neftçi” keçid dövrünü yaşayırdı. Bizə qarşı səhvlər, başa düşmədiyimiz hadisələr olurdu. Ancaq mən öz etirazımı sadəcə meydançada edirdim. Kənarda isə bu barədə danışmırdım. Amma hər hansı bir hakimin komandaya kömək etməsi heç bir çərçivəyə, kişiliyə sığmır.


 
Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Şərhlər [ Bütün şərhlərə baxmaq ]

Turnir cədvəli

KlubOH
1Simurq1427
2AZAL1326
3İnter1423
4Simurq1419
5Bakı1415
6Qəbələ1413
7AZAL1413
8Rəvan1413
9-00
10-00
Bütün cədvəl

Səsvermə


Müsahibə

25.06.2012 Rəşad Abdullayev: Komandaya yeni nəfəs gətirdiyimi hiss etdirmək istəyirəm (Müsahibə) (0)
R.Abdullayev “Qəbələ FK” qəzetinə müsahibəsində kluba keçidi, yeni komandasında hədəfi və bir çox başqa məqamlardan danışdı. 
16.06.2012 Fabio Luis Ramim AZAL-dan təklif gözləyir və millimizdəki karyerasını bitmiş sayır (Müsahibə) (0)
Milli komandamızın və “Bakı”nın sabiq futbolçusu Fabio Luis Ramim müsahibə verib. 

Ən çox oxunanlar

Ən cox şərh olunanlar


Oyun cədvəli

14

21.01.2021
16:00
Səbail
Neftçi
1
3
16:00
FC Zire
Qəbələ
2
0
18:00
Sabah
Qarabağ
1
2
22.01.2021
16:00
Keşlə
Sumqayıt
0
1



Açar sözlər


 

© 1999-2014 Azerifootball
info@azerifootball.com

Saytın yaradılması və dəstək: ExtraWeb

Proyekt haqqında Reklam Əlaqə

Saytdakı materiallardan istifadə edilərkən www.azerifootball.com link şəklində istinad mütləqdir
www.azerifootball.com saytı reklam materiallara və banerlərə görə məsuliyyət daşımır.