Proyekt barədə | Reklam | Əlagə
Qeydiyyat
İstifadəçilər üçün giriş
Русская версия WAP RSS
Bağla



- Fanklubda qeydiyyat                       - Забыли пароль?
Rəylər
03.05.2012 / 0 şərh / 2244 -dəfə baxılıb

Zəifin gücü, zəfərin sirri... (Yazı)

Premyer Liqada cari mövsümə yekun vurulmasa da, artıq çempion məlumdu. "Neftçi" son 2 turun nəticələrindən asılı olmayaraq, qızıl medalları təmin edib. Üstəlik, "ağ-qaralar" ölkə kubokunda finala vəsiqə qazandıqlarından, "qızıl dubl" etmək şansları var.

Uğurlu mövsüm, yeni rekordlar və "qızıl dubl" imkanı

"Neftçi" Premyer Liqada 5 illik ənənəyə son qoydu. 2005/06 mövsümündən başlayaraq hər il çempion dəyişirdisə, bakılılar ardıcıl 2-ci dəfə çempionluq tituluna sahib olmaqla, buna imkan vermədi. Maraqlıdı ki, bunadək də titulunu növbəti mövsüm qoruyan son komanda məhz flaqman olmuşdu. O vaxt paytaxt təmsilçisi 2003/04 və 2004/05 mövsümlərini qazanmışdı.

Bu arada Azərbaycan futbolu tarixində heç bir klub ardıcıl 3 dəfə çempion olmadığını vurğulamaq yerinə düşər. Əgər paytaxt klubu növbəti mövsüm də titulunu qoruya bilsə, ilkə imza atacaq.

Yeri gəlmişkən, "Neftçi" tarixində 7-ci dəfə ölkə çempionu oldu. "Ağ-qaralar" bu göstəricidə mütləq rekordunu bir qədər də yaxşılaşdıraraq, rəqibləri ilə aradakı fərqi artırdı. Belə ki, 2-ci ən çox çempion olan "Kəpəz" cəmi 3 dəfə - 1995, 1997 və 1998-ci ildə buna nail olub. "Neftçi" hələ ilk milli çempionatımızın qalibi kimi tarix düşəndən sonra 1996, 1997, 2004, 2005 və 2011 və 2012-ci ildə qızıl medalların sahibi olub.

Çempionluq öz yerində, "Neftçi" Böyükağa Hacıyevin rəhbərliyi altında 8 illik həsrətə son qoydu. Paytaxt təmsilçisi ölkə kubokunun finalına yüksəlməklə bu yarışdakı uğursuzluq seriyasını sındırdı. Belə ki, bakılılar 2003/04 mövsümündən sonra finala həsrət qalmışdı. 8 il əvvəl həlledici qarşılaşmada "Şəmkir"i əlavə vaxtda 1:0 hesabı ilə məğlub etdikdən sonra "Neftçi"nin ən böyük uğuru yarımfinal olurdu.

"Ağ-qaralar"ın bu dəfəki finalda rəqibi "Bakı" olacaq. "Neftçi" həlledici görüşdə "zolaqlılar"ı məğlub edəcəyi təqdirdə, mövsümü "qızıl dubl"la başa vuracaq.

"Zəif"in gücü

Yay fasiləsində "Neftçi"nin baş məşqçisi postunda Arif Əsədovun Böyükağa Hacıyevlə əvəzlənməsi futbol ictimaiyyəti tərəfindən birmənalı qarşılanmamışdı. Bir çoxları "Zəif" ləqəbli çalışdırıcıya belə bir etimad göstərilməsinin yanlış olduğunu düşünürdü.
Əksər hallarda məşqçinin bacarığı onun nailiyyətləri ilə ölçülür. Lakin fikrimcə, iddialı bir komandanın adına layiq futbol sərgilməsi daha önəmlidi. Və "Neftçi" cari mövsümdə bunu edir.

“Zəif”in başçılıq etdiyi "Neftçi" Arif Əsədovun komandası ilə müqayisədə, daha üstün, flaqmana xas futbol nümayiş etdirir. Halbuki, Hacıyev gələndən bəri "ağ-qaralar" yeni transfer etməyiblər. Bu məqam sizin üçün adi gəlməsin.

Adətən komandaya yeni baş məşqçi gələndə öz fəlsəfəsinə uyğun komanda formalaşdırmaq üçün rəhbərliyə böyük bir siyahı verir ki, bu futbolçuları istəyirəm. Amma Hacıyev kimsəni istəmədi. Üstəlik, gənc yerli oyunçulara daha çox oynamaq, özlərini göstərmək imkanı yaratdı. Məsələn, o, Fərid Quliyevi icarədən geri qaytarıb, Emil Mpenzanın əvəzinə onu ehtiyat hücumçu etdi. Təsadüfi deyil ki, "Neftçi"yə heç bir fayda verməyən belçikalı bundan sonra komandadan ayrıldı.

Əgər bir çalışdırıcı götürdüyü komandanı heç bir yeni transfer etmədən çempion edirsə, onu ayaqda alqışlamaq lazımdı. Baxmayaraq ki, "Zəif"in əlinin altında çempion futbolçular vardı.

Hacıyevin xarakter etibarı ilə həmkarlarından açıq-aşkar fərqləndiyi göz önündədi. O, yeganə məşqçidi ki, oyunsonrası mətbuat konfranslarını şablon sözlərlə yola vermir, hər kəlməsi bir olay olur. Bu, isə çempionatdakı intriqanı daha da canlandırırdı, rəngarəng edirdi.

Yeri gəlmişkən, Hacıyev 2-ci dəfə Azərbaycan çempion oldu. 2005/06 mövsümündə "Bakı"nı qızıl medallara daşıyan 53 yaşlı mütəxəssis bu titulu 1 dəfədən artıq qazanan 4-cü baş məşqçidi. Belə ki, Hacıyevə qədər Ağasəlim Mircavadov 5, Kazbek Tuayev 4, Mehman Allahverdiyev isə 3 dəfə bu sevinci yaşayıb.

Hacıyev 2 komandanı çempionluğa daşıyan 3-cü baş məşqçi kimi tarixə düşüb. Allahverdiyev bütün çempionluqlarını "Kəpəz"lə yaşadığından, yalnız Mircavadov və Tuayev bunu bacarmışdı.

Zəfərin sirri

Futbolda baş məşqçi amili böyük əhəmiyyət daşıyır. Lakin yaxşı, çempion ruhlu oyunçulara malik olmadan uğur qazanmaq müşkül məsələdi. Sıradan futbolçular qızıl medallar üçün döyüşən kollektiv formalaşdırılmır. Bu mənada "ağ-qaralar"ın uğurları üçün tər tökən oyunçuların əməyini xüsusilə qeyd etmək istərdik. İstər əsas heyət üzvü olsun, istərsə də ehtiyat oyunçular skamyasında oturanlar, hamısı lazım gəldiyində üzərilərinə düşən işin öhdəsindən gəldilər. Kimdəsə daha yaxşı alındı, kimdəsə yox. Amma əsas olan odu ki, komanda üçün canlarını qoydular.

Təbii ki, "Neftçi"nin çempionluğunu erkən elan etməsində, ardıcıl ikinci dəfə qızıl medallara sahib çıxmasında iddialı rəqiblərinin cari mövsümdə zəif çıxış etmələri də böyük rol oynadı. Yəni "ağ-qaralar" marafonu hamıdan öndə tamamlamaq üçün fövqəladə bir şey etmədilər. Sadəcə, digər komandalar potensiallarından aşağı səviyyədə yarışdılar.

Mövsümün əvvəlində bir çoxları "Bakı"nı favorit görürdü. Amma "zolaqlılar" Aleksandr Starkovun rəhbərliyi altında bərbad təsir bağışladılar və latviyalı çalışdırıcı istefa vermək məcburiyyətində qaldı. Onu əvəzləyən köməkçisi Novruz Əzimov isə komandanı ölkə kubokunun finalına çıxarsa da, komanda çempionatda ciddi heç nə edə bilmədi.

"Neftçi"nin prinsipial rəqibi "Xəzər Lənkəran"nın mövsüm ərzində 3 baş məşqçi dəyişməsi, özü özlüyündə hər şeyi deyir. Fikrimcə, cənublular hazırda turnir cədvəlinin 2-ci pilləsində qərarlaşdıqları üçün şükür etməlidirlər.

Toni Adams "Qəbələ"ni, Elxan Abdullayev isə AZAL-ı uğursuz çıxışa görə yarıyolda qoydular. Belə bir şəraitdə həmin kollektivlərin qızıl medallar üçün döyüşməsi mümkünsüz idi.

"Qarabağ" hər zaman olduğu kimi, kasad heyətin güdazına getdi. Qurban Qurbanovun əlinin altında ancaq ön xətt üçün normal alternativ oyunçular var. Digər mövqelərdə isə problemlərin mövcudluğu göz önündədi. Məhz yorğunluğun nəticəsidi ki, Ağdam klubu son oyunlarda zəif oynamaqla, Avroliqaya vəsiqə qazanmaq işini çətinə saldılar.

Mövsüm ərzində stabil çıxış edib, "Neftçi"yə başağrısı yaradan tək komanda "İnter" oldu. Lakin "bankirlər"in də heyət baxımından sıxıntı çəkmələri çempionatın final mərhələsində öz sözünü dedi. Yoxsa, indi "Neftçi" ən azı çempionluğunu erkən elan etməzdi.
 
Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Şərhlər [ Bütün şərhlərə baxmaq ]

Turnir cədvəli

KlubOH
1Simurq1427
2AZAL1326
3İnter1423
4Simurq1419
5Bakı1415
6Qəbələ1413
7AZAL1413
8Rəvan1413
9-00
10-00
Bütün cədvəl

Səsvermə


Müsahibə

25.06.2012 Rəşad Abdullayev: Komandaya yeni nəfəs gətirdiyimi hiss etdirmək istəyirəm (Müsahibə) (0)
R.Abdullayev “Qəbələ FK” qəzetinə müsahibəsində kluba keçidi, yeni komandasında hədəfi və bir çox başqa məqamlardan danışdı. 
16.06.2012 Fabio Luis Ramim AZAL-dan təklif gözləyir və millimizdəki karyerasını bitmiş sayır (Müsahibə) (0)
Milli komandamızın və “Bakı”nın sabiq futbolçusu Fabio Luis Ramim müsahibə verib. 

Ən çox oxunanlar

Ən cox şərh olunanlar


Oyun cədvəli

14

21.01.2021
16:00
Səbail
Neftçi
1
3
16:00
FC Zire
Qəbələ
2
0
18:00
Sabah
Qarabağ
1
2
22.01.2021
16:00
Keşlə
Sumqayıt
0
1



Açar sözlər


 

© 1999-2014 Azerifootball
info@azerifootball.com

Saytın yaradılması və dəstək: ExtraWeb

Proyekt haqqında Reklam Əlaqə

Saytdakı materiallardan istifadə edilərkən www.azerifootball.com link şəklində istinad mütləqdir
www.azerifootball.com saytı reklam materiallara və banerlərə görə məsuliyyət daşımır.