Proyekt barədə | Reklam | Əlagə
Qeydiyyat
İstifadəçilər üçün giriş
Русская версия WAP RSS
Bağla



- Fanklubda qeydiyyat                       - Забыли пароль?
Rəylər
03.05.2012 / 0 şərh / 2870 -dəfə baxılıb

Mən hələ Bakıda sözümü deməmişəm (Müsahibə)

"Bakı" və U-21 milli komandmamızın üzvü Rəhman Hacıyev "Bakı" futbol klubunun uşaq və yeniyetmələr üçün nəşr etdirdiyi "Toplu Bakı" jurnalına müsahibə verib.

- İlk öncə R.Hacıyevi yaxından tanıyaq...
- "Bakı"nın futbolçusu Rəhman Hacıyev Azərbaycan futbolu tarixinə ən gənc ölkə çempionu kimi düşüb. "Muğan"la qarşılaşmada meydana çıxan Hacıyev həmin gün 15 yaş 9 aylığında idi. XVII Unibank Premyer Liqanın son turunun "Bakı" -"Muğan" (4:0) qarşılaşmasının 86-cı dəqiqəsində Uilyam Roşa Batistanın əvəzinə meydana çıxan 2 nömrəli futbolçu Rəhman Hacıyev topla ilk təmasında qol ötürməsi verib. 15 yaşlı futbolçunun debütu o qədər inamlı alındı ki, oyunu tribunadan izləyən AFFA prezidenti Rövnəq Abdullayev də gənc istedadın hərəkətlərini alqışlayıb.
Rəhman Hacıyev 1994-cü ilin iyul ayında Tovuz şəhərində anadan olub. Üç ilə yaxındır ki, "Bakı" futbol klubunun əvvəlcə U-15, ardından isə 17 yaşlılardan ibarət komandasında forma geyir. Vunderkind futbolçu "Bakı" U-17 komandasının məşqçisi Məqsəd Yaqubəliyevin yetirməsidir və fitri istedadı ilə əvəzedici heyətdə, hazırda isə əsas komandada oynayır. Stabil oynamamasına baxmayaraq, onu əsas heyət oyunçusu saymaq olar.

Tovuz şəhərində, Həzi Aslanov küçəsində anadan olmuşam. Evimiz mərkəzi stadionun yaxınlığında yerləşir. Ailədə yalnız əmim futbolçu olub. O ötən əsrin 90-cı illərində “Turan”da oynasa da, sonradan baxımsızlıq nəticəsində bezərək futbolu atıb. 6 yaşımdan futbol oynamağa başlamışam. Əmimin köməkliyi ilə “Turan”ın uşaq futboluna gəlmişəm. Ailəm mənim futbola getməyimi istəmirdi. Mən isə məktəbdə pis oxuduğum üçün elmə heç həvəsim yox idi. Tovuzda şərait elə də yaxşı deyildi.

- Hacıyevin “Bakı”ya gəldiyi yola bir daha nəzər yetirək...

- Yaxşı futbolçu olmaq üçün mütləq Bakıya gəlmək lazım idi. Bir dəfə Bakıya gəlməyə şans yarandı. Bakıya “Azəri” komandası ilə yoldaşlıq oyununa getdik. Həmin vaxt mənim 12 yaşım var idi. Oyundan sonra həmin klubun rəhbərliyi mənimlə maraqlandı və nəticədə orada qaldım. Bu mənim üçün tramplin rolu oynamalı idi. Elə də oldu. Bakıya gələndən sonra öz bacarığımı nümayiş etdirmək daha rahat idi. İki ildən çox bu klubda oynadım. “Azəri” mənim futbolçu kimi yetişməyimdə mühüm rol oynadı. Burada iki mövsüm AFFA çempionatında oynadıq. Ən güclü komandadan biri idik. Anidən komandada baş verən problemlər nəticəsində klub dağıldı. Özümə başqa klub axtarmağa məcbur oldum. Əvvəl “İnter”ə getdim. Açığı orada məni bəyənib komandaya götürdülər, lakin oradakı atmosfer mənim xoşuma gəlmədi. “Azəri”də komanda yoldaşım Tural Qürbətovun köməkliyi ilə “Bakı”ya gəldim. Məqsəd Yaqubəliyev məni bəyəndi və komandaya götürdü. Burada hər şey xoşuma gəldi. 2 ay 17 yaşlıların arasında oynayandan sonra növbəti ildən əvəzedici heyətə qalxdım.

- Əsas komandada debüt oyununu necə xatırlayırsan?
- Coko Hadziyevskinin baş məşqçi olduğu vaxt “Bakı”çempionluğunu rəsmiləşdirmək üçün sonuncu turda “Rəvan”ı (O vaxt “Muğan”adlanırdı) məğlub etməli idi. Oyunun sonuna 4 dəqiqə qalmış məşqçi məni buraxdı. Çox həyəcanlı idim. İlk dəfə idi ki, Tofiq Bəhramov adına stadionda özümdən böyüklərin arasında meydana çıxırdım. Debütüm elə uğurlu oldu ki, həmin oyundan sonra hamı məni tanıdı. Oyunda sonuncu qolun ötürməsini də mən etdim.

- 2010-cu ilin iyun ayında Türkiyənin Bank Asya Liqasında mübarizə aparan "Altay" klubuna transfer olsan da geri qayıtmağa məcbur oldun...
- Bu komandaya keçidimdə Cüneyt Biçərin rolu vardı. Həmin vaxt o komandanın ikinci məşqçisi idi. Sənədlərimlə bağlı problemləri yoluna qoya bilmədik və geri qayıtdım. Əvvəllər buna çox heyifslənirdim. İndi qayıtdığım üçün peşman deyiləm.

- “Bakı”nın gənclər siyasətinin nəticəsidir ki, bu gün əsas komandanın heyətindəki yerli futbolçuların əksəriyyəti onlardan ibarətdir. Hər il aşağı yaş qruplarından bir neçə futbolçu əsas komandaya cəlb edilir. Onların arasında ilk “pioner”lərdən biri də sənsən. Bu say getdikcə artır. Bunun hansı müsbət tərəfləri var?
- Mən əsas komandada məşq edəndə gənclərdən yalnız Bəxtiyar Soltanov vardı. İndi Elşad, Şəhriyar, Nurlan, Tural komandanın öz yetirmələridir. Onlarla birgə oynamaq daha rahatdır. Aramızda əlavə dil problemi də yoxdur. Bizim potensialımız, gücümüz var ki Unibank Premyer Liqada klubu layiqincə təmsil edək. Biz gənclərə nə qədər çox şans versələr, biz bacarığımızı daha da artırıb komandaya kömək edə bilərik. Bizə inanmaq lazımdır. Bir, oyun oynayıb, iki oyun oynamırıq. Bir oyunda alınmaya da bilər. Stabil oynaya bilmək üçün inam çox vacibdir.

- Adlarını sadaladığın gənc həmkarlarına hansı məsləhətləri verərdin?
- Şans insana çox verilmir. Bir ya da iki dəfə. Onlara tövsiyəm odur ki, verilən şansı düzgün dəyərləndirsinlər. Özüm də içində olmaqla öz üzərlərində daim çalışsınlar. Futbolu seçmişiksə, işimiz budur. İşimizə ciddi yanaşmalıyıq. Bunlar çox vacib amillərdir. Bizdən sonra gələn uşaqlar bunu oxusunlar və hazırlaşsınlar. Bir gün qapı sizin də üzünüzə açıla bilər. Sonra deməyin ki, hazır deyildik.

- Milli komandalarımızın çıxışını uğurlu hesab etmək olmasa da, son illər ərzində irəliləyişlər göz qabağındadır. Sənin əvvəlcə U-17, sonra isə U-19 və U-21 dəki çıxışını uğurlu saymaq olar. Elə sonuncu oyunda İslandiyanı evdə məğlub etdiniz...
- Belə qələbələr bizə çox vacibdir. İslandiyanı minimal hesabla da, olsa məğlub edə bildik. Mən inanıram ki, bu qələbənin davamı gələcək. Mən üç ilə yaxındır ki, millilərdə oynayıram. Bu müddət ərzində çox şey dəyişib. İndi bizə xarici ölkələrdə "qapazaltı" kimi baxmırlar. Millimiz peşəkarlaşıb, oyunçular öz üzərlərində daha çox işləyirlər. Millidə oynamaq çox faydalıdır. Biz çox şey öyrənirik. Amma bizimlə Avropalılar arasında fərq elə də böyük deyil. Sadəcə bir qədər vaxt lazımdır. Bu gün bizdə elə uşaqlar var ki, Avropada oynamaq gücündədir. Bizim yeganə çatışmazlığımız kollektiv oyunu bacarmamağımızdır.

- Bu gün U-21 də çox güclü rəqabət var. Əsas milli komandaya namizədlərdən biri də sənsən...
- 21 yaşadək olan futbolçulardan ibarət milli digər aşağı yaş qruplarına nisbətən daha ağır komandadır. Burada seçim çox olduğu üçün rəqabət də güclüdür. Sevinirəm ki, dəyişikliklərə baxmayaraq, bu komandada özümə yer edə bildim. Həm də uşaqların əksəriyyəti 1991 və 1992–ci il təvəllüdlü olsa da, əsas məqsədim tezliklə Berti Foqtsun diqqətini cəlb etməkdir. İstər klub, istər millidəki oyunumla bu il buna çalışacağam. Bunu qarşıma məqsəd qoymuşam.

- Hansı oyunu daim xatırlayırsan?
- Bütün oyunlar mənim üçün əzizdir. “Yuventus”la oyunda vurduğum qolu isə həmişə xatırlayıram.

- Bir neçə illərdir ki, klublarımız futbolla ciddi maraqlanmağa başlayıb. Bir milli komanda və aparıcı klub oyunçusu kimi bu sistemli işin istər klub, istərsə də milli səviyyəsində nəticəsini nə vaxt görəcəyimizi düşünürsən?
- Bu gün Azərbaycan klubları peşəkarlaşırlar. Bir neçə ildən sonra biz də nəticələr qazana biləcəyik. Bu inkişaf tempi təkcə klublarla yox, AFFA–da da gedir. Ən böyük məsuliyyət biz futbolçuların çiynindədir. Gərgin oyunlar, turnirlər bizə praktika qazandırır. Klublar nə qədər gənclərə güvənsə futbolumuzun gələcəyi yaxşı olacaq.

- Hansı arzuların var?
- Məni “Bakı” klubu yetişdirib. Bir futbolçu kimi bu kluba borcluyam. Hələ gəncəm və çox şey öyrənməliyəm. Yaşımız az olmasına baxmayaraq, arzum çox böyükdür: - “Bakı”da uğur qazanmaq istəyirəm. Mən hələ “Bakı”da sözümü deməmişəm. Sözümüzü demək üçün bizə Avropa Liqasında və ya Çempionlar Liqasında uğur qazanmaq lazımdır. İnşallah, biz buna layiq olduğumuzu tezliklə sübut edəcəyik. “Bakı” çox güclüdür. Hamı bunu görəcək.

- Bir futbolçu kimi hansı taktiki sxemlə oynamaq sənə rahatdır?
- Mən 4-4-2 taktiki sxemində istər sağ, istərsə də sol tərəfdən özümü çox rahat hiss edirəm. Çünki hər iki ayaqla oynaya bilirəm.

 
Müəllif: Azerifootball.com     Çap et Geri Yuxarı
Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Şərhlər [ Bütün şərhlərə baxmaq ]

Turnir cədvəli

KlubOH
1Simurq1427
2AZAL1326
3İnter1423
4Simurq1419
5Bakı1415
6Qəbələ1413
7AZAL1413
8Rəvan1413
9-00
10-00
Bütün cədvəl

Səsvermə


Müsahibə

25.06.2012 Rəşad Abdullayev: Komandaya yeni nəfəs gətirdiyimi hiss etdirmək istəyirəm (Müsahibə) (0)
R.Abdullayev “Qəbələ FK” qəzetinə müsahibəsində kluba keçidi, yeni komandasında hədəfi və bir çox başqa məqamlardan danışdı. 
16.06.2012 Fabio Luis Ramim AZAL-dan təklif gözləyir və millimizdəki karyerasını bitmiş sayır (Müsahibə) (0)
Milli komandamızın və “Bakı”nın sabiq futbolçusu Fabio Luis Ramim müsahibə verib. 

Ən çox oxunanlar

Ən cox şərh olunanlar


Oyun cədvəli

14

21.01.2021
16:00
Səbail
Neftçi
1
3
16:00
FC Zire
Qəbələ
2
0
18:00
Sabah
Qarabağ
1
2
22.01.2021
16:00
Keşlə
Sumqayıt
0
1



Açar sözlər


 

© 1999-2014 Azerifootball
info@azerifootball.com

Saytın yaradılması və dəstək: ExtraWeb

Proyekt haqqında Reklam Əlaqə

Saytdakı materiallardan istifadə edilərkən www.azerifootball.com link şəklində istinad mütləqdir
www.azerifootball.com saytı reklam materiallara və banerlərə görə məsuliyyət daşımır.