Proyekt barədə | Reklam | Əlagə
Qeydiyyat
İstifadəçilər üçün giriş
Русская версия WAP RSS
Bağla



- Fanklubda qeydiyyat                       - Забыли пароль?
Rəylər
04.05.2012 / 0 şərh / 4981 -dəfə baxılıb

Ramin Musayevin oğlu: Maaşım mənə çatmır (Müsahibə)

Elvin Musazadə. Gənc futbolçudu. 23 yaşı var. PFL prezidenti Ramin Musayevin oğludur. Ampluası yarımmüdafiəçidi. «Rəvan»da 20 nömrəli formanı geyinir. Yeni il ərəfəsində «Neftçi»dən gəlib. Dediyinə görə, icarə əsasında (klubdan isə onunla sərbəst anlaşdıqlarını və ilyarımlıq müqavilə bağladıqlarını bildirirlər). Yeni klubu Premyer Liqanın debütantıdı, özü isə debütant deyil. Hələ 2009-cu ildə MOİK-in heyətində meydançaya çıxıb. Ötən mövsümü Zaqatalada, «Sığorta Cəmil»in «Simurq»unda keçirib. Cari sezonun əvvəlində isə müqavilə ilə məxsus olduğu «Neftçi»yə qayıdıb. Böyükağa Hacıyevi «ağ-qara» edən atası olsa da, «Zəif» onu avaraçılıqdan qurtaran şəxsin oğluna gün verib, işıq verməyib. Düz 6 ay ehtiyat oyunçular skamiyasında öz vaxtını gözləyib. Bu vaxtı isə o, «Rəvan»da qazandı. Elvin son 5-6 turda «sığortaçılar»ın əsas heyətində auditoriya qarşısına çıxır. «Kəpəz»lə qarşılaşmada özünü yaxşı tərəfdən göstərdi. Çalışdı, vuruşdu və 5:1 hesablı qələbəyə payını verdi.

- Son turlarda əsas heyətdə yer alırsan. Tam hazırsan?
- Futbolda hər şey gözləmək olar. Ümid eləməsəm, onda niyə oynayıram? Yəqin ki, baş məşqçi mənə inanır. İnamı olmasaydı, əsas heyətdə yer verməzdi. «Sostav»ı mən yazmıram ki? Niyə görə oynamağımı baş məşqçidən soruş. O, bunu daha yaxşı bilər.

- MOİK-də və «Simurq»da çox nadir hallarda meydana çıxırdın. Artıq həyacan hiss etmirsən ki?
- Hə, «Rəvan»dan əvvəlki komandalarımda az oynamışam. İndi isə yavaş-yavaş özümü göstərirəm. Oyuna rahat çıxıram. Elə bir həyacan hiss eləmirəm.

- «Kəpəz»lə matçda yaxşı təsir bağışladın. Bəs meydanda 90 dəqiqə qalmaq üçün sənə nə çatışmır?
- Vallah, nə bilim. Yəqin Bəhmən müəllim fikirləşir ki, bu qədər oynaya bilərəm. Amma mənim üçün problem deyil. Komandanın məşqçisi var, bunu ondan soruşa bilərsiz. Burda məndən başqa cavanlar da var. Onlara da şans vermək lazımdı.

- «Rəvan»a bu ilin əvvəlində gəldin. Səncə, niyə ilk «altılığ»a düşə bilmədiz?
- Klubumu qışda dəyişmişəm. Ona qədər «Neftçi»də yox kimi idim. «Rəvan»a gec gəldiyim üçün əvvəl nə baş verdiyini bilmirəm. Heç nə deyə bilmərəm.

- Komanda ikinci «altılığ»a düşənədək əsasən ehtiyatda qalırdın. Burda əvvəlki aqibəti yaşamayacağına əmin idin?
- Məni «Rəvan»a Vladislav Qədirov çağırmışdı. Demişdi ki, gəl, problem yoxdu, mənim sənin kimi futbolçulardan xoşum gəlir. Yəni ki, gələrsən, özünü göstərərsən, oynayarsan. Salyana, toplanışa getdim, hər şey yaxşı idi. Vladislav müəllim mənə şans verirdi, sonra çıxıb getdi. Bəhmən Həsənov isə məni tanımadı. Yəqin ki, məni görməmişdi. Sonradan oyunumu gördü, yavaş-yavaş meydana çıxmağa başladım. Hər şey birdən-birə olmur. İndi də 90 dəqiqə oynaya bilərəm.

- Müqavilə müddətin nə vaxt başa çatır?
- Altı aylıq gəlmişəm. O da icarəyə.

- Bundan sonra qalmaq fikrin var, yoxsa «Neftçi»yə qayıdacaqsan?
- Vallah, mən biləni, bu il «Neftçi» ilə müqaviləm başa çatır.

- Bəs onda nə edəcəksən?
- Baxaram da…

- Təkliflər var?
- Yox, hələ ki təklif yoxdu.

- Deməli, qalacaqsan.
- Yəqin ki.

- Yeni klubunda səni hər şey qane edir?
- Hər şey yaxşıdı.

- Maaş və mükafatını verirlər?
- Mükafatı hələ ki görməmişəm, amma maaşımı alıram.

- Maaş görmüsən?
- Hə, görmüşəm.

- Sirr deyilsə, nə qədər alırsan?
- Onu deməyim yaxşı deyil. Hamı necə, mən də elə.

- 500, yoxsa 1000 dollar?
- 500-dən çox alıram.

- Aldığın pul gündəlik xərclərini ödəyir?
- Vallah, pul heç mənə çatmır.

- Niyə, atan alır əlindən?
- Almır, amma evə verirəm.

- Özünə toy tədarükü görürsən?
- Yox, hələ ki belə bir fikrim yoxdu.

- Hə, yəqin ki, aldığın pulu istədiyin qıza xərcləyirsən.
- Yox, qardaş, yox (gülür).

- Niyə ki?
- Yoxdu da (gülür).

- Demək istəyirsən ki, aldığın pul istədiyin qıza xərcləməyə bəs etmir?
- Bu, futboldan kənar söhbətdi. Qaqa, məndən bunları niyə soruşursan?

- Soruşmayım?
- Gəl, bundan danışmayaq.

- Yaxşı, olar. «Rəvan» MOİK və «Simurq»dan nəylə fərqlənir?
- Hamısı başqa-başqa klublardı. MOİK və «Simurq»da ab-hava fərqlidi. «Rəvan»da legionerlər daha çoxdu. Burda «altılığ»a düşmək məqsədi daha böyükdü.

- Bəs ab-hava baxımından hansı daha idealdı?
- Necə yəni idealdı?

- Bu üç komandadan hansında ab-hava ideala daha yaxındı?
- «Simurq»da daha çox olmuşam. Bir il. Zaqatalada hamısı özümüzkülər idi. Mehribançılıq vardı. «Rəvan»da da özümü narahat hiss eləmirəm. Amma «Simurq»da ab-hava daha yaxşı idi.

- «Rəvan»da o mehribançılıq yoxdu?
- Mehribançılıq var, amma o dərəcədə yox.

- Bayaq dedin ki, «Neftçi»də varkən yox kimi idim. Nədən belə?
- Oynamırdım, ona görə.

- Ordakı gənclərdən belə zəifsən?
- Mən özümü heç də zəif saymıram. Arxayın idim ki, meydana çıxsam, özümü göstərə bilərəm. Amma mənə imkan vermirdilər.

- Kim imkan vermir, inanmırdı sənə? Rəhbərlik, yoxsa məşqçilər?
- Futbolda səni meydana rəhbərlik deyil, məşqçi buraxır.

- Böyükağa Hacıyevin gözü götümürdü səni?
- Sən deyəsən, söhbəti fırladırsan.

- Yox, fırlatmıram. Mənə bu maraqlıdı ki, niyə səni oynatmırdı?
- Yox e, Böyükağa müəllim məni çox istəyir. Nə gözü götürməzlik?.. Futbol başqa, bu başqa. Məni bəyənmirdi.

- Beləydisə, onda niyə komandaya götürmüşdü səni?
- Mən komandada olanda, Böyükağa müəllim hələ yox idi. Sonradan gəldi.

- Rəhbərlik ona demədi ki, bu uşağı da oynatmaq lazımdı?
- Rəhbərlik bu işə qarışmırdı.

- «Neftçi»dən ayrılanda atan sənə nə dedi?
- Dedim ki, mənə şans vermirlər, getmək istəyirəm. O da dedi, düz eləyirsən.

- «Rəvan»a keçəndə atanla məsləhətləşdin?
- Hə.

- Nə dedin?
- Dedim ki, «Rəvan»a keçirəm. Atamdı da, ondan məsləhət almalıyam.

- Oyununla maraqlanır? Gəlib baxır?
- Oyunumla maraqlanır, ancaq gəlib baxmayıb.

- Niyə baxmır? İnanmır sənin perspektivinə? İşi çoxdu?
- Yəqin bilir nəyə görə gəlmir.

- Nəyi bilir ki?
- Yəqin işi var. Özü bilər, mən nə deyim ki...

- Evdə ata-bala oturub, oyunları müzakirə edirsiz?
- Yadıma gəlmir.

- Atan demir ki, ay Elvin, az pul alırsan, çox pul verən kluba keç? Yaxud da elə oynama, belə oyna…
- Sən futboldan sual ver də.

- Bilmirsən, hakimlər nə üçün sənə sarı vərəqə vermir?
- O qədər də kobud oynamıram.

- Meydana çıxdığın oyunlarda hakimlərin «Rəvan»a qarşı qərəzini görmüsən?
- Əlbəttə, görmüşəm.

- Hansı oyunlarda?
- «Kəpəz»lə Gəncədəki.

- 1:0 uduzanda?
- Hə-hə, orda.

- Atana zəng vurub, şikayət etdin?
- Eləmədim.

- Niyə?
- Onun bu söhbətə aiddiyatı yoxdu.

- Bir dəfə demişdin ki, hər gün yuxudan ayılanda atanın balıncın üstünə pul qoyduğunu görürsən. Yenə hər gün pul alırsan ondan?
- Hər gün deməmişəm. Hərdən olurdu da.

- Yenə hərdən cibinə pul basır?
- İndi yox, şükür!

- Bəs sən necə onun cibinə pul qoyursan?
- … (bu nömrəyə artıq zəng çatmır)

 
Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Şərhlər [ Bütün şərhlərə baxmaq ]

Turnir cədvəli

KlubOH
1Simurq1427
2AZAL1326
3İnter1423
4Simurq1419
5Bakı1415
6Qəbələ1413
7AZAL1413
8Rəvan1413
9-00
10-00
Bütün cədvəl

Səsvermə


Müsahibə

25.06.2012 Rəşad Abdullayev: Komandaya yeni nəfəs gətirdiyimi hiss etdirmək istəyirəm (Müsahibə) (0)
R.Abdullayev “Qəbələ FK” qəzetinə müsahibəsində kluba keçidi, yeni komandasında hədəfi və bir çox başqa məqamlardan danışdı. 
16.06.2012 Fabio Luis Ramim AZAL-dan təklif gözləyir və millimizdəki karyerasını bitmiş sayır (Müsahibə) (0)
Milli komandamızın və “Bakı”nın sabiq futbolçusu Fabio Luis Ramim müsahibə verib. 

Ən çox oxunanlar

Ən cox şərh olunanlar


Oyun cədvəli

14

21.01.2021
16:00
Səbail
Neftçi
1
3
16:00
FC Zire
Qəbələ
2
0
18:00
Sabah
Qarabağ
1
2
22.01.2021
16:00
Keşlə
Sumqayıt
0
1



Açar sözlər


 

© 1999-2014 Azerifootball
info@azerifootball.com

Saytın yaradılması və dəstək: ExtraWeb

Proyekt haqqında Reklam Əlaqə

Saytdakı materiallardan istifadə edilərkən www.azerifootball.com link şəklində istinad mütləqdir
www.azerifootball.com saytı reklam materiallara və banerlərə görə məsuliyyət daşımır.