Proyekt barədə | Reklam | Əlagə
Qeydiyyat
İstifadəçilər üçün giriş
Русская версия WAP RSS
Bağla



- Fanklubda qeydiyyat                       - Забыли пароль?
Rəylər
04.05.2012 / 0 şərh / 8689 -dəfə baxılıb

Rəşad Sadiqov: Mənim üçün ən yaxşı variant Neftçidi (Müsahibə)

“Neftçi”yə keçəcəyini açıqlayan və “Qarabağ”ın heyətindən kənarlaşdırılan Rəşad Sadiqovun müsahibəsi

- “Qarabağ”dan ayrılmağa nə zaman qərar verdin?
- “Qarabağ”la müqavilə müddətim bu yay başa çatır. Mövsümün sonuna çox az qalıb. Lakin “Qarabağ”dan mənə rəsmi müqavilə təklifi gəlməyib. Bu səbəbdən özümə yeni klub axtarmağım normaldı. Nə olsun ki futbolçuyuq, bizim də ailəmiz var, işsiz qala bilmərik.

- Klub rəsmiləri sənin komandadan qovulduğunu bildirib...
- Belə bir şey olmayıb. Mən peşəkar futbolçuyam və istənilən klubla danışıq apara bilərəm. Bunu Qurban müəllimə də demişəm. O da başqa kluba keçidimi normal qarşıladı və mənə xeyir-dua verdi. Onunla dost kimi ayrıldıq.

- Elə isə nə üçün sona iki tur qalmış komandanın düşərgəsindən uzaqlaşdırılmısan? “Qarabağ” klubunun verdiyi rəsmi bəyanatda bildirilib ki, komandaya mənəvi zərbə vurmusan və bu səbəbdən heyətdən qovulmusan.
- Komandadan uzaqlaşdırılmağımın səbəbi bu deyil. Bu, baş məşqçinin fikridir. Yəqin ki, gələn mövsüm yola kimlə davam edəcəksə, qalan iki turda da həmin futbolçularla mübarizə aparmaq istəyib. “Qarabağ”ın bəyanatı isə məni təəccübləndirdi. Avropada futboçular müqavilənin sonuna 1 il qalmış başqa klubla razılığa gəldiklərini bildirirlər, sonra da komandada çıxış edirlər. Onlara heç nə deyən olmur. Mənsə mövsümün sonuna 1 həftə qalmış danışıq aparmışam. Peşəkar futbolçu bunu edə bilər. Belə söz-söhbətlər olmamalıdı.

- “Neftçi”yə keçidin dəqiqləşib?
- “Neftçi” rəsmiləri ilə dünən danışmışam. Bu məsələ 90 faiz həllini tapıb. Lakin hələ müqavilənin detalları haqda dəqiq bir şey deyə bilmərəm. Buna gələn həftənin ilk günlərində aydınlıq gələcək.

- “Ağ-qaralar”ı seçməyinə nə səbəb oldu?
- Düzünü desəm, mənim üçün ən yaxşı variant budu. Əvvəla, “Neftçi” mənim doğma klubumdu. O zaman Gedenin ucbatından komandadan gedəsi oldum (“Neftçi”nin sabiq baş məşqçisi Hans-Yürgen Gede). İndi komandaya qayıtmağımda heç bir problem yoxdu. Həmçinin komandanın son iki ildəki nəticələri də göz qabağındadı. Sadıq müəllim burada böyük işlər görür. Bu səbəbdən təklif məni qane etdi.
 
Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Şərhlər [ Bütün şərhlərə baxmaq ]

Turnir cədvəli

KlubOH
1Simurq412
2AZAL510
3İnter47
4Simurq46
5Bakı56
6Qəbələ44
7AZAL54
8Rəvan52
9-00
10-00
Bütün cədvəl

Səsvermə


Müsahibə

25.06.2012 Rəşad Abdullayev: Komandaya yeni nəfəs gətirdiyimi hiss etdirmək istəyirəm (Müsahibə) (0)
R.Abdullayev “Qəbələ FK” qəzetinə müsahibəsində kluba keçidi, yeni komandasında hədəfi və bir çox başqa məqamlardan danışdı. 
16.06.2012 Fabio Luis Ramim AZAL-dan təklif gözləyir və millimizdəki karyerasını bitmiş sayır (Müsahibə) (0)
Milli komandamızın və “Bakı”nın sabiq futbolçusu Fabio Luis Ramim müsahibə verib. 

Ən çox oxunanlar

Ən cox şərh olunanlar


Oyun cədvəli

5

21.09.2019
17:00
Sumqayıt
Sabah
1
0
19:00
Səbail
Qəbələ
1
1
22.09.2019
18:00
Neftçi
Keşlə
-
-
23.09.2019
19:00
FC Zire
Qarabağ
-
-



Açar sözlər


 

© 1999-2014 Azerifootball
info@azerifootball.com

Saytın yaradılması və dəstək: ExtraWeb

Proyekt haqqında Reklam Əlaqə

Saytdakı materiallardan istifadə edilərkən www.azerifootball.com link şəklində istinad mütləqdir
www.azerifootball.com saytı reklam materiallara və banerlərə görə məsuliyyət daşımır.