Rəylər
- 05.05.2012 / 0 şərh / 11558 -dəfə baxılıb
- Unibank Premyer Liqasının 31-ci turunda “Qəbələ” azlıqda qaldığı səfər oyununda “Xəzər Lənkəran”la heç-heçə etdi – 1:1. Matçdan sonra baş məşqçilər oyun haqqında fikirlərini bölüşüblər.
Fatih Kavlak, “Qəbələ” klubunun baş məşqçisi: “Biz hər oyunda qələbə üçün oynayırıq. “Qarabağ” – “İnter” oyununun nəticəsinə görə Avrokubok şansımızı gözləyirdik. Artıq çempionatın son oyununa hazırlaşacağıq”.
Yunis Hüseynov, “Xəzər Lənkəran” klubunun baş məşqçisi: “Komandada arxayınçılıq var idi. İlk qoldan sonra isə futbolçular müdafiədə oynadı. Bu cür futbolu bəyənmirəm. Komandadan narazı qaldım. “Qəbələ” bu gün yaxşı oyun göstərdi”.