Proyekt barədə | Reklam | Əlagə
Qeydiyyat
İstifadəçilər üçün giriş
Русская версия WAP RSS
Bağla



- Fanklubda qeydiyyat                       - Забыли пароль?
Rəylər
16.06.2012 / 0 şərh / 3565 -dəfə baxılıb

Kəpəzdə son durum: Fuad İsmayılov kimləri saxladı? (SİYAHI)

Bu günlərdə yenidən bir araya gələcək "Kəpəz" növbəti mövsüm üçün heyətin formalaşdırılması istiqamətində işlərə start verib. Bu barədə məlumatı klubun mətbuat katibi Məqsəd Rəhimov verib.


Onun sözlərinə görə, komandanın baş məşqçisi Fuad İsmayılov ötən mövsümdə "Kəpəz"in uğurları üçün mübarizə aparmış 11 futbolçunu yenidən sərəncamında görmək istəyir. Rəhimov bildirib ki, bunlar qapıçılar Xəyal Zeynalov və Tural Abbaszadədir. Bundan başqa Şahin Kərimov, Azər Məmmədov, Əli İsmayılov, Renat Sultanov, Ceyhun Əhmədov və Pərvin Paşayev də növbəti mövsümü "Kəpəz"in heyətində çıxış edəcəklər.


Baş məşqçi legionerlərdən yalnız 3 nəfəri heyətdə görmək istəyir. Bunlar bu günlərdə müqaviləsi yenilənən Yura Fomenko, yarımmüdafiəçi Nikolay Svejençev və Armando Feutçinedir.


"Kəpəz"in baş məşqçisi ötən mövsüm əvəzedicilərin heyətində yaxşı tərəfdən özünü göstərmiş 4 futbolçunu da əsas heyətə dəvət edib. Bu Emin Əliyev, Məhərrəm Hüseynov, Elvin Həsənquliyev və Təbriz Hüseynlidir.


Məlumat üçün bildirək ki, iyunun 17-dən etibarən komanda bir araya gəlir və yaxın günlərdə 8-10 yeni futbolçu baxış üçün "Kəpəz"in məşqlərinə qatılacaq. Onların bəzisi artıq Bakıda tibbi müayinədən keçirlər.
Müəllif: Azerifootball.com     Şəkil müəllifi: Viktoriya Melnik

Mənbə: Futbol11

Çap et Geri Yuxarı
Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Şərhlər [ Bütün şərhlərə baxmaq ]

Turnir cədvəli

KlubOH
1Simurq2862
2AZAL2852
3İnter2843
4Simurq2839
5Bakı2836
6Qəbələ2835
7AZAL2829
8Rəvan2810
9-00
10-00
Bütün cədvəl

Səsvermə


Müsahibə

25.06.2012 Rəşad Abdullayev: Komandaya yeni nəfəs gətirdiyimi hiss etdirmək istəyirəm (Müsahibə) (0)
R.Abdullayev “Qəbələ FK” qəzetinə müsahibəsində kluba keçidi, yeni komandasında hədəfi və bir çox başqa məqamlardan danışdı. 
16.06.2012 Fabio Luis Ramim AZAL-dan təklif gözləyir və millimizdəki karyerasını bitmiş sayır (Müsahibə) (0)
Milli komandamızın və “Bakı”nın sabiq futbolçusu Fabio Luis Ramim müsahibə verib. 

Ən çox oxunanlar

Ən cox şərh olunanlar


Oyun cədvəli

28

29.04.2017
16:00
Kapaz FC
İnter
1
0
16:00
Sumqayıt
Qəbələ
2
1
16:00
AZAL
FC Zire
0
3
17:00
Neftçi
Qarabağ
1
2



Açar sözlər


 

© 1999-2014 Azerifootball
info@azerifootball.com

Saytın yaradılması və dəstək: ExtraWeb

Proyekt haqqında Reklam Əlaqə

Saytdakı materiallardan istifadə edilərkən www.azerifootball.com link şəklində istinad mütləqdir
www.azerifootball.com saytı reklam materiallara və banerlərə görə məsuliyyət daşımır.